Read More9
Read More9

Məsuliyyətli borclanma: kredit rəsmiləşdirilərkən nələr nəzərə alınır?

posted in: Uncategorized | 0

Bu il sentyabrın 1-nə olan məlumata əsasən, ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2 faiz artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı ən son statistik göstəricilər bunu deməyə əsas verir. Bu ilin avqustunda vaxtı keçmiş kreditlərin məbləği artaraq 530,9 milyon manat təşkil edib. Ötən ilin sonunda həmin rəqəm 449,1 milyon manat olub. Bu il avqustun sonuna isə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib.

Bu göstəriciləri analiz edən AMB izafi borclanmanın qarşısının alınmasını hədəfləyib. AMB-nin baş direktoru Şahin Mahmudzadə mediaya açıqlamasında bildirib ki, AMB borclanmaya qarşı deyil, sadəcə, bu proses sağlam formada aparılmalıdır – 5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir: “Borclanma gəlirə mütənasib olmalıdır. Həyata keçirdiyimiz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər”.

Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydaların müəyyən ediləcəyini deyən Ş.Mahmudzadə bundan öncə AMB-nin kredit kartlarının verilməsi qaydalarının sərtləşdirilməsinə dair qərar verdiyini də diqqətə çatdırıb. Bildirib ki, artıq kredit ayrılarkən vətəndaşların “GROSS” gəlirləri deyil, “NETT” gəlirləri nəzərə alınacaq. Bu da izafi borclanmanın qarşısının alınması, məsuliyyətli borclanma davranışlarının formalaşdırılması məqsədi daşıyır. Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatları qarşısında öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını müəyyən etdikdə borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanınaraq minimallaşdırmasına imkan verəcək.

Azərbaycan Banklar Assosiasiyasının eksperti Elçin Məmmədov da hesab edir ki, son illərdə əhalinin kredit davranışında müsbət dəyişikliklər müşahidə olunur. Vətəndaşlar getdikcə daha çox maliyyə savadlılığına önəm verir, öhdəliklərini vaxtında yerinə yetirməyə çalışır və borclanarkən gəlir imkanlarını daha real qiymətləndirirlər. Bununla yanaşı, bir sıra şəxslər hələ də bankın ona lazımi miqdarda kredit ayırmamasından narazıdır. Ekspert bunun səbəblərini belə izah edib: “Bank kreditləri geri qaytarılması zəruri olan vəsaitlərdir. Buna görə də hər bir müraciət risk qiymətləndirilməsindən keçir. Kredit yalnız gəlir səviyyəsi, mövcud borc yükü, kredit tarixçəsi və rəsmi gəlir axını ödəmə qabiliyyətini təsdiqlədiyi halda verilir. Burada məqsəd vətəndaşı riskə atmamaq, onu borc yükü altına salmadan real imkanlarına uyğun maliyyə dəstəyi göstərməkdir”.

Bəs kredit əldə etmək üçün vətəndaşdan və ya sahibkardan nə tələb olunur? E.Məmmədov bildirib ki, əsas tələblər sabit gəlir mənbəyi (rəsmi əməkhaqqı və ya biznes gəliri), müsbət kredit tarixçəsi – yəni əvvəlki öhdəliklərinin vaxtında ödənilməsi, şəxsiyyət vəsiqəsi və digər sənədlərdir. Bəzi hallarda isə zaminlik və ya girov təminatı tələb olunur. Təcrübə göstərir ki, müsbət kredit tarixçəsi banklar üçün ən mühüm amildir. Ona görə də hər bir müraciət fərdi qaydada qiymətləndirilir. Əgər vətəndaşın gəlir mənbəyi mövcuddursa, lakin bəzi texniki sənədlər və ya formal tələblər tam uyğun deyilsə, bank tərəfindən əlavə araşdırma və güzəştli qərar verilə bilər. Ekspert vurğulayıb ki, bu güzəşt maliyyə sabitliyini risk altına almamalıdır. Güzəştlər tənzimləyicidən irəli gələn tələblər üzrə deyil, bankın daxili qaydalarına uyğun şərtlər üzrə edilə bilər.

E.Məmmədov az gəliri olan vətəndaşlara tövsiyələrini də açıqlayıb: “Yaxşı olar ki, onlar kiçik məbləğli, qısamüddətli və məqsədli kreditlərdən başlasınlar. Bu, həm onların kredit tarixçəsini formalaşdırır, həm də gələcəkdə daha böyük məbləğlərə çıxış imkanı yaradır. Eyni zamanda, davamlı gəlir mənbəyi yaratmaq, rəsmi gəlirləri artırmaq və maliyyə savadlılığını inkişaf etdirmək vacibdir. Banklar da bu istiqamətdə maarifləndirici layihələr həyata keçirir”.

Qeyd edək ki, daha çox istifadə olunan istehlak kreditlərinə münasibətdə qaydalar daha sərtdir. Kredit sorğusu verilərkən öncə vətəndaşın onu qaytarmaq imkanları araşdırılır – gəlirləri və öhdəlikləri hesablanır və ayrılan kreditin aylıq ödəniş məbləği buna adekvat olmalıdır. Tutaq ki, vətəndaş aylıq 1.000 manat əməkhaqqı alır və ailədə 2 nəfərdir. Bu halda onun aylıq gəlirindən öncə minimum yaşayış məbləği, sonra isə başqa öhdəlikləri varsa, onlar da çıxılır. Yalnız yerdə qalan məbləğ kreditə yönləndirilə bilər. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Ailədə 2 nəfər əmək qabiliyyətli şəxs varsa, 1.000 manatdan 610 manat onların aylıq yaşayışı üçün çıxılacaq. Bu halda vətəndaşın 390 manat vəsaiti kreditə yönləndirilə bilər. Həmin şəxsə aylıq ödənişi 450 manat olan kredit məbləği ayrıla bilməz. Əgər uşaq olarsa, əlavə olaraq 246 manat da ona görə çıxılır. Nəticədə götürəcəyi kreditin aylıq ödənişi 204 manatdan çox ola bilməz. Bütün bu nəticələr alınacaq kreditin məbləğinə, faiz dərəcəsinə və müddətinə təsir edir. Ona görə də rəsmilər və ekspertlər vətəndaşlara məhz məsuliyyətli borclanmanı tövsiyə edirlər. Ekspert E.Məmmədov da bütün hallarda məsuliyyətli borclanmanın həm vətəndaşlar, həm də banklar üçün daha əlverişli olduğunu vurğulayır: “Məsuliyyətli borclanma vətəndaş üçün sabit maliyyə vəziyyəti və stresssiz ödəniş planı, bank üçün isə aşağı risk və uzunmüddətli etibarlı müştəri bazası deməkdir. Bu prinsip bütövlükdə bank sektorunun sağlam inkişafını, iqtisadi sabitliyi və maliyyə dayanıqlığını təmin edir. Yəni məsuliyyətli borclanma cəmiyyət üçün həm fərdi, həm də sistem səviyyəsində faydalıdır”.

AMB-nin son məhdudlaşma qərarına toxunan E.Məmmədov bunun bəzi kredit növlərində azalmaya səbəb olduğunu bildirir və prosedurun alternativ xidmətlərlə əvəzlənməsini vacib sayır: “Azərbaycan Mərkəzi Bankının məhdudlaşdırıcı qərarları əsasən risklərin idarə olunması və həddən artıq borclanmanın qarşısının alınması məqsədini daşıyır. Qısamüddətli dövrdə bəzi kredit növlərində azalma müşahidə olunsa da, bu, uzunmüddətli sabitlik və dayanıqlı maliyyə sistemi üçün vacib addımdır. Banklar bu vəziyyəti alternativ məhsullar, rəqəmsal xidmətlər və maliyyə savadlılığı proqramları vasitəsilə kompensasiya edə bilər”.

Mənbə: vergiler.az

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” yerli bazarda müştərilərinin rəqabət qabiliyyətini artırmaq üçün həyata keçirdiyi təşəbbüsləri davam etdirir.

Bank 31 oktyabr 2025-ci il tarixinədək davam edəcək yeni kampaniya çərçivəsində KOS müştərilərinə bizneslərini böyütmək və maliyyə xərclərini azaltmaq üçün onlayn biznes kreditini 2% endirimlə əldə etmək imkanı təqdim edir. Bu imkandan yararlanacaq sahibkarlar 250 000 AZN-dək girovsuz onlayn biznes kreditini 13%-dən deyil, yalnız 11%-dən başlayan şərtlərlə əldə edə bilərlər.

Kampaniya haqqında ətraflı məlumat almaq və bu fürsətdən istifadə etmək üçün https://pshb.az/3KOhGyU keçid edin.

Xatırladaq ki, Azərbaycan bazarında kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə “PAŞA Bank” 2024-cü ildə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Ən yaxşı KOS bankı” mükafatına layiq görülüb. Bundan əlavə, Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

Bu il Azərbaycanda qadın sahibkarların sayı 7 % artıb

posted in: Xəbər | 0

2025-ci ilin altı ayında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayı 330 mindən çox olub.

Bunu KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov “Türk dünyasında qadınların gücü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu da ötən illə müqayisədə təxminən 7 % artım deməkdir:

“2025-ci il yanvarın 1-nə olan məlumata əsasən, ölkəmizdə məşğul əhalinin 48 %-ni qadınlar təşkil edir. Fəaliyyətdə olan fərdi sahibkarların 23 %-dən çoxu qadındır. 2024-cü ildə təsisçisi qadın olan 2 800-ə yaxın KOB subyekti qeydiyyatdan keçib. Bu da Azərbaycanda qadın sahibkarlığının inkişaf etdiyini və bundan sonra da inkişaf edəcəyini göstərir”.

Mənbə: report.az

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

Malları idxal edən vergi ödəyiciləri ilə bağlı yumşalmalar

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri idxal edəcəkləri mallar haqqında vergi orqanına məlumat verməlidirlər. Bu maddə üzrə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vacib məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Birinci dəyişiklik – Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan vergi ödəyiciləri idxal ediləcək mallarla bağlı vergi orqanının təsdiq etdiyi formanı müvafiq qaydada təqdim etməlidirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 14 mart 2022-ci il tarixli 6 saylı qərarı ilə “Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması” təsdiq olunub. Əvvəllər bəzi vergi ödəyiciləri sənədləri sərbəst formada təqdim edirdilər. Dəyişiklikdən sonra isə qeyd edilən forma yalnız internet vergi portalında yaradılmış xüsusi bölmə vasitəsilə təqdim olunmalıdır.

İkinci dəyişikliklə Vergi Məcəlləsinin 16.1.1-11.1-ci maddəsi ləğv edilib. Həmin maddədə qeyd olunurdu ki, vergi ödəyicisi mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə məlumatı qeyd etməlidir. Maddənin ləğv edilməsini vergi inzibatçılığının təkmilləşdirilməsi kimi qiymətləndirmək lazımdır. Bundan əlavə, artıq növbəti dəyişiklikdən aydın olur ki, idxalla məşğul olan (karqo şirkətləri istisna edilməklə) vergi ödəyiciləri ilə bağlı nəzarət tədbirləri yumşaldılıb.

Vergi Məcəlləsinin 16.1.11-11.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, “bir” sözündən sonra “və ya bir neçə” sözləri əlavə edilib. Son dəyişikliyədək vergi ödəyicisinin vergi orqanında bir təsərrüfat subyekti (obyekti) olduğu halda vergi orqanına müvafiq forma göndərilməsi tələbi var idi.

Misal 1

Tutaq ki, bank fəaliyyəti göstərən vergi ödəyicisinin baş ofisi ilə yanaşı filialları olduğu halda, idxalla bağlı formanı təqdim etməli idi. Amma yeni dəyişiklikdən sonra vergi ödəyicisinin birdən artıq təsərrüfat subyekti (obyekti) olduğu halda da vergi orqanına idxalla bağlı məlumat forması təqdim etməsinə ehtiyac qalmayıb. Öncəki dəyişiklikdə qeyd etdiyimiz kimi, Vergi Məcəlləsindəki dəyişikliklərlə idxalla məşğul olan vergi ödəyicisinə yumşalmalar tətbiq edilib.

Növbəti dəyişiklik qeyri-sahibkarlıq və şəxsi istifadə üçün mallar idxal olunan zaman müvafiq formanın təqdim edilməməsi ilə bağlıdır.

Misal 2

Fərdi sahibkar şəxsi istifadə üçün minik avtomobili idxal edirsə, Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsində nəzərdə tutulan məlumat formasını vergi orqanına göndərməyəcək.

Mənbə: vergiler.az

Xərclərə və vaxta qənaət imkanı: sahibkarlar üçün daha bir yenilik

1 145 146 147 148 149 150 151 2. 700
error: Content is protected !!