Bu şəxsləri sənəd olmadan işlədənlər 6000 manat cərimə ediləcək
Bu şəxsləri sənədsiz işlədənlər 6000 manat cərimə ediləcək
Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.
Mənbə: apa.az


Vakansiya: Mühasib tələb olunur.
Yeni Zelandiya hökuməti müəssisələrə işçilərinin əmək haqqını kriptovalyuta ilə ödəməyə icazə verib və qərar artıq keçən aydan qüvvədədir. Yeni Zelandiya hökumətinin qəbul etdiyi qərarda göstərilir ki, ödənişlər müntəzəm qaydada sabit məbləğdə edildiyi halda əmək haqqı kriptovalyuta ilə verilə bilər. Bu zaman seçilən rəqəmsal pul qanuni şəkildə ödəniş vasitəsi kimi qəbul edilmiş valyutaların ən azından biri ilə bağlı olmalıdır. Bundan əlavə, əməkhaqqının ödənildiyi kriptovalyuta dönərli olmalıdır. Hökumətin bu qərarı ölkənin özüməşğul əhalisinə şamil edilmir. Əməkhaqqını kriptovalyuta ilə ödəmək qərarına gəlmiş müəssisələr üçünsə gəlir vergisinin həcmində hər hansı dəyişiklik olunmayıb.