Müəllimlərin əmək məzuniyyəti və onun hesablanması qaydası (II Hissə)

posted in: Xəbər | 0

Yazının əvvəlki hissəsi ilə buradan ( I HİSSƏ ) tanış olmaq olar.

4. Məzuniyyət dövrü üçün orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan qazanclar

Əmək Məcəlləsinin 139-cu maddəsində məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əməkhaqqı növləri müəyyən edilib. Həmin maddəyə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı hesablanarkən bu Məcəllənin 154-cü maddəsinin I hissəsi ilə müəyyən edilmiş əməkhaqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Həmçinin, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı nəzərə alınan qazanc növləri kimi müəyyən olunub. Bu baxımdan, nümunədə qeyd edilən iyul və avqust ayları üzrə ödənilmiş məzuniyyət haqları da hesablamada nəzərə alınacaq. Nəticədə son 12 ayın cəmi gəliri 15.065 manat olacaq.

Qeyd edilənləri nəzərə almaqla, nümunə üzrə məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanmasına baxaq.

Son 12 aylıq dövrün nəzərə alınan qazancı: 15.065 manat;
Orta aylıq əməkhaqqı: 15.065 : 12 ay = 1.255,42 manat;
Orta gündəlik əmək haqqı: 1.255,42 : 30.4 = 41.30 manat;
Məzuniyyət dövrü üçün orta əməkhaqqı: 41.30 x 56 = 2.312,61 manat.

5. 12 aydan az işləyib məzuniyyətə çıxanların məzuniyyət haqqının hesablanması qaydası

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Misal 3: Sentyabrın 15-dən yeni işə başlayan müəllimin tədris ilində aldığı əməkhaqqı aşağıdakı kimi olub:

2024 Sentyabr 650
Oktyabr 1.100
Noyabr 1.200
Dekabr 1.330
2025 Yanvar 1.350
Fevral 1.350
Mart 1.300
Aprel 1.300
May 1.400
İyun 1.400

Müəllimin iyulun 1-dən 56 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxdığını nəzərə alaraq, məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanmasına baxaq. Nümunədəki müəllim 12 təqvim ayından az işləyərək məzuniyyətə çıxdığı üçün onun məzuniyyət dövründə orta əməkhaqqı, faktiki olaraq, işlədiyi tam təqvim ayları əsasında hesablanacaq. Yəni hesablamada sentyabr ayı nəzərə alınmayacaq. Bu zaman oktyabr -iyun aylarını əhatə edən dövrlər üzrə gəlirlərə əsasən hesablama aparılacaq:

Oktyabr – iyun ayları üzrə nəzərə alınan cəmi qazanc: 11.730 manat;
Orta aylıq əməkhaqqı: 11.730 manat : 9 ay = 1.303,33 manat;
Orta gündəlik əməkhaqqı: 1.303,33 : 30.4 = 42.87 manat;
Məzuniyyət dövrü üçün orta əməkhaqqı: 42.87 x 56 = 2.400,88 manat.

Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

Sonda bir məqamı da qeyd edək ki, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Mənbə: vergiler.az

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

Azərbaycanda auditor xidmətlərinin ümumi dəyəri artıb

posted in: Xəbər | 0

Bu ilin I yarısında Azərbaycanda sifarişçi təsərrüfat subyektlərinə göstərilən auditor xidmətlərinin ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % artıb.

Bu barədə Auditorlar Palatası Şurasının iclasında məlumat verilib.

Bildirilib ki, həmin müddətdə bağlanılan müqavilələrin ümumi sayı da 12,8 % artıb. Ümumilikdə icra olunmuş 3 521 müqavilədən 2 387-si məcburi (67,8 %), 1 134-ü isə (32,2 %) könüllü audit üzrə bağlanıb.

Palata Şurasının qərarına əsasən, auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara Beynəlxalq Audit Standartları və Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin tələblərinə uyğun olaraq keyfiyyətli xidmət göstərmək, fəaliyyətlərində şəffaflığı artırmaq, haqsız rəqabət və dempinq hallarına yol verməmək tapşırılıb.

Mənbə: report.az

Müəllimlərin əmək məzuniyyəti və onun hesablanması qaydası

MMX-da qeydiyyatdan keçən mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin sayı məlum olub

posted in: Xəbər | 0

Bu il yanvarın 1-nə Maliyyə Monitorinqi Xidmətinin (MMX) Şübhəli Əməliyyatların Monitorinqi Sistemində (ŞƏMS) qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin sayı 1 593 vahid təşkil edib.

Bu barədə MMX-ya istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 80 % çoxdur.

Qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin 47,3 %-i və yaxud 754-ü mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslər, 268-i hüquq xidməti göstərən şəxslər, 219-u audit xidməti göstərən şəxslər, 104-ü rieltorlar, 84-ü vəkil fəaliyyəti ilə məşğul olan şəxslər, 58-i bank olmayan kredit təşkilatları, 22-si bank, 17-si maliyyə lizinqi xidməti göstərən şəxslər, 14-ü ödəniş təşkilatları, 14-ü investisiya şirkətləri, 10-u elektron pul təşkilatları, 7-si lombardlar, 5-I həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta təşkilatları, 5-i kredit ittifaqları, 3-ü valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər, 3-ü virtual aktiv xidməti təminatçıları, 2-si həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığorta vasitəçiləri, 2-si investisiya fondu, hər birindən 1 dənə olmaqla həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan təkrarsığorta təşkilatları, mərkəzi depozitar, notarius və poçt rabitəsinin milli operatoru olub.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Mənbə: report.az

2024-cü ildə Dövlət Vergi Xidməti neçə səyyar vergi yoxlaması keçirib?

2024-cü ildə Dövlət Vergi Xidməti neçə səyyar vergi yoxlaması keçirib?

posted in: Xəbər | 0

2024-cü ildə Dövlət Vergi Xidməti (DVX) tərəfindən aparılmış nəzarət tədbirləri nəticəsində 1 milyard 764,7 milyon manat əlavə vəsait hesablanıb.

DVX-in illik hesabatına istinadən olan məlumatlara görə, hesablanmış əlavə vəsaitin 1 milyard 168,9 milyon manatı kameral, 530,7 milyon manatı səyyar, 65,1 milyon manatı isə operativ yoxlamaların payına düşüb.

Qeyd edək ki, ötən il kameral yoxlamaların sayı 150,6 min, səyyar yoxlamaların sayı 384, operativ nəzarət tədbirlərinin sayı isə 22,5 min təşkil edib.

Mənbə: https://www.taxes.gov.az/az/page/illikhesabat

Azərbaycanda gecikmə ilə təqdim edilən vergi bəyannamələrinin payı yüksəlib

1 160 161 162 163 164 165 166 2. 700