Read More9
Read More9

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin sayı artıb

posted in: Vergi, Xəbər | 0

“Əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı az idi. Əgər əvvəl bu onlarla ölçülürdüsə, indi minlərlədir”. (vergi borcu)

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov son illər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayının açıqlanmaması məsələsinə aydınlıq gətirərkən deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür:

“Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”.

Nazir müavini ABŞ və Avropanın bir sıra ölkələrində olduğu kimi vergidən yayınmaya görə, qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib: “ABŞ yaxud Avropanın vergi inzibatçılığının tarixi arasında kəskin fərq var. Bizim vergi inzibatçılığımız 1991-ci ildən başlayır. Çox kəskin addımlar atmaq olmaz. Diktatura metodu ilə getmək lazım deyil. Beyinlərdə dəyişiklik etmək lazımdır. İnsanlar artıq bunu başa düşməlidir”.



S. Ələkbərov Baltikyanı ölkələrdə bu sahədə irəliləyişin olmasının səbəblərini də açıqlayıb: “2011-ci ildə tədbirlərin birində mən Estoniyanın Vergi və Gömrük Administrasiyasının rəhbərindən soruşdum ki, “Siz nağdsız ödənişlərə keçmişiniz. Biz də bu istiqamətdə ciddi addımlar atmaq niyətindəyik. Mənə izah edin görüm, siz hansı addımları atdınız, nə etdiniz?” Gördüm sualı başa düşmədi. Təzədən bir də izah etdim. Qayıtdı ki, “biz nə etməliyik axı?! Nağdsız ödənişlərə keçməklə bağlı qanun qəbul olundu və heç bir problem olmadı”. Bu gün Estoniyada nağd ödənişlərin həcmi ən aşağı həcmdədir. Çünki bu artıq insanların şüuruna işləyib. Amma biz yüz dəfə deyirik ki, “nə olar, siz Allah bunu eləyin. Bu lazımdır, sizə sərf edir. Digər məsələ də var ki, onlar SSRİ-nin tərkibində cəmi 40 il qalıblar. Əvvəllər isə Avropada olublar. Bu da hamısına təsir edir. Bizdə də bunun üçün zaman lazımdır. Həddindən artıq [vergi hüquqpozmalarına qarşı cəza tədbirlərini] sürətləndirmək fəlakətə gətirib çıxarır”.

Mənbə: report.az


Bax: Azərbaycanda bu şəxslərin pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib

Azərbaycanda bu şəxslərin pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib

posted in: Xəbər | 0

əmək haqqı, emek, orta aylıq əmək haqqı, əmək haqları əmək haqqıAzərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 21-ci (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci (Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir) maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddət də daxil edilir: Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti.

Dəyişikliklə isə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də əlavə edilir. Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunub. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub. (Məsələn, Fövqəladə Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.).

Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Mənbə: report.az



E-kassanın uçotdan çıxarılması

posted in: Xəbər | 0

elektron kassaE-kassaların uçotdan çıxarılması elektron kassa operatorları tərəfindən aşağıdakı prosedurlar yerinə yetirilməklə həyata keçirilir.

İlk öncə e-kassa istifadəçisi e-kassalarda sonuncu növbəni bağlayır. E-kassa istifadəçisi e-kassanı uçotdan çıxarmaq üçün gücləndirilmiş elektron imzadan istifadə etməklə e-kassanın uçotdan çıxarılması haqqında ərizə forması ilə vergi orqanına müraciət edir.

Bundan sonra, vergi orqanı tərəfindən e-kassa operatorunun elektron kabinetinə istifadəçiyə məxsus e-kassanın uçotdan çıxarılması üçün zəruri tədbirlərin görülməsi barədə bildiriş göndərilir.

E-kassa operatoru bildiriş daxil olduğu tarixdən 5 iş günü ərzində aparılmış əməliyyatlar barədə nəzarət mexanizmi qurğusunda toplanmış məlumatların tam şəkildə Vergilər Nazirliyinin elektron informasiya sisteminə ötürülüb-ötürülməməsini yoxlayır və zərurət yarandığı halda məlumatların Vergilər Nazirliyinin elektron informasiya sisteminə ötürülməsini təmin edir. Bununla yanaşı, e-kassa operatoru mütləq qaydada nəzarət mexanizmi qurğusuna yazılmış sertifikat faylını silərək qurğunu sıfırlaşdırır. Qeyd olunanlardan sonra e-kassa operatoru e-kassanın uçotdan çıxarılması barədə Akt tərtib edərək portal üzərindən vergi orqanına göndərir. Bu andan etibarən e-kassa qeydiyyatdan çıxarılaraq statusu dəyişdirilir. Akt istifadəçinin müraciəti əsasında kağız daşıyıcıda ona verilə bilər. E-kassanın uçotdan çıxarılması barədə bildiriş sistem tərəfindən hazırlanaraq e-kassa istifadəçisinin elektron kabinetinə göndərilir.

Mənbə: e-kassa.gov.az



“Korporativ kreditlərin təhlili üzrə təcrübəçi” tələb olunur

posted in: bank, Təcrübə, Vakansiya, Xəbər | 0

Maliyyə təhlili üzrə təcrübəçiAzərbaycan Beynəlxalq Bankı ASC  Korporativ kreditlərin təhlili üzrə təcrübəçi (Corporate credit analyst intern) axtarışındadır. (korporativ kredit)

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

– Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
– Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
– Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
– Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

– Mühasibatlıq/Maliyyə/Biznesın idarəedilməsi sahələrində yeni bitimiş gənclərə üstünlük veriləcəkdir;
– CFA üzrə müəyyən bilgilərə sahib olmaq;
– Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi üstünlükdür;
– MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
– Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

– Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
– İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
– Təcrübə müddəti sonunda işəqəbul olunma imkanları;
– Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  29 sentyabr 2019-cu il tarixinədək  / elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Corporate credit analyst intern” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az



error: Content is protected !!