Read More9
Read More9

Mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir?

posted in: Xəbər | 0

Müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər satışdan sonra bank vasitəsilə hissə-hissə xarici şirkətə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilir. Bununla əlaqədar malın dəyəri süni şəkildə artırılır. Bəs həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymət ilə, yoxsa gömrük dəyəri ilə bəyan edilməlidir? (gömrük rüsumu)

Mallar gömrük dəyəri ilə qiymətləndiriləndə müəssisədə ilin sonuna süni mənfəət yarana bilər. Bu məsələyə görə narahat olan sahibkarlar uyğunsuzluğun uçot üzrə hesabatda hansı qaydada göstərilməsinin izah edilməsini xahiş ediblər.

Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.


Bax: İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Qeyd: Bu məqamda Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri tətbiq edilir.

Mənbə: vergiler.az



Vakansiya: Mühasib – Espresso Club Azerbaijan

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasib köməkçisiVakansiya: Mühasib. (muhasibat)

İşəgötürən: Espresso Club Azerbaijan.

İş barədə məlumat

– Şirkətin vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, debitor və kreditor hesablaşmalarının aparılması;
– Mal-materialların uçotunun aparılması;
– İşçilərin əmək haqqlarının hesablanması;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq maliyyə hesabatlarının hazırlanması;

– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi;
– İş qrafiki: 10:00-20:00, həftənin bazar ertəsi – şənbə
– Əmək haqqı – 800 AZN
– İstirahət günü: bazar günləri
– İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir

Namizədə tələblər

– Ali təhsil (maliyyə və yaxud mühasibatlıq üzrə)
– MS Office proqramları üzrə biliklər, BTP, EFP proqramları ilə işləmə bacarığı;
– İnternet Banking vasitəsilə online ödənişləri həyata keçirmə bacarığı;
– Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
– İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
– Fərdi və komandada işləmək bacarığı

Zəhmət olmasa CV-lərinizi / emailinə göndərin.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib, muhasibat

İşçiyə ödənilən yemək pulu işsizlikdən sığortaya cəlb edilir?

posted in: Xəbər | 0

işçilər Sığorta şirkətləriİşsizlikdən sığorta haqqında qanun 9-cu maddəsinə əsasən sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə в– hesablanmış əməyin ödənişi fondunun 0,5 faiz , sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə в– işçinin əməkhaqqının 0,5 faizdir. Vergi Məcəlləsinin 98.1 maddəsinə əsasən Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir? (yemək pulu)

Sual 1: İşəgötürən tərəfindən işciyə yemək xərcləri birbaşa özünə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq?

Sual 2: İşəgötürən tərəfindən işciyə çəkilən yemək xərci üçünçü tərəfə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq?

(Qeyd:Vergilər Nazirliyi tərəfindən online kargüzarlığa göndərilmiş məktubda üçünçü tərəfə ödənilən yemək xərci yalnız işəgötürən tərəfindən 0.5 faiz hesablanması nəzərdə tutulmuşdur. Amma İşsizlikdən Sığorta üzrə Rüblük Bəyannamədə hər hansı cəkilən xərcin işəgötürən tərəfindən ödənilməsi və işcin tərəfindən azad olunması ilə bağlı qrafa yoxdur.



Cavab: “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əmək haqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

ƏM-nin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: İşsizlikdən sığorta haqqında” Qanun.

Mənbə: taxes.gov.az


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yemək pulu, yemək pulu, işsizlikdən sığorta

“Qaçaqmalçılıqla bağlı mübarizəyə xüsusi diqqət yetirilir”

posted in: Xəbər | 0

büdcə daxilolmaları ASAN ödəniş gömrük ödənişləri xidmət qəbulu Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükBakıda keçirilən “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, hələ də topdansatış mərkəzlərində qeydiyyatsız mallar var və bu, gömrük orqanlarını düşündürür. Bu il 1 milyard 300 milyon manat əlavə vəsait toplanılmalı idi. Aparılan tədbirlər nəticəsində bu hədəf daha 500 milyon manat artırılıb. Artıq Azərbaycan bazarında 4 milyard manatlıq malın qeydiyyatı və uçotu təşkil olunub. (Qaçaqmalçılıq)

DGK-nin sədri onu da nəzərə çatdırıb ki, mövcud risklərin və baş verə biləcək risklərin qiymətləndirilməsi “kölgə iqtisadiyyatı”na qarşı mübarizə üçün seçilən istiqamətlərindən biridir: “Bu halda qaçaqmalçılıqla bağlı mübarizəyə xüsusi diqqət yetirilir. Digər tərəfdən, xüsusi imtiyaz verilmiş şəxslər tərəfindən kommersiya məqsədi üçün nəzərdə tutulmadığı adı altında belə fəaliyyətlə məşğul olan işbazlar formalaşıb. Bu işbazlarla da mübarizə aparılır ”.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Qaçaqmalçılıq
error: Content is protected !!