Bir neçə fəaliyyət növü ilə məşğul olmaq olar?

posted in: Xəbər | 0

Vergi MəcəlləsiHüquqi şəxs yaradaraq iki müxtəlif istiqamətdə – həm hüquqi xidmətlər, həm də ticarət sektorunda fəaliyyət göstərmək mümkündürmü? Vergilər Nazirliyinin sualla bağlı cavabında qeyd olunur ki, bir neçə fəaliyyət növü üzrə məşğul olmaq üçün ölkə qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Sadəcə olaraq, bunun üçün uçot zamanı müvafiq fəaliyyət növləri və uyğun mükəlləfiyyət seçilməlidir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
fəaliyyət növü

Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil ediləcək

posted in: Xəbər | 0

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları,  bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək

Vakansiya: Digər kredit təşkilatlarına nəzarət idarəsinin analitiki

posted in: Vakansiya, Xəbər | 0

Xərclərə Nəzarət Üzrə Baş Mütəxəssis, Vakansiya Maliyyə Meneceri Baş MühasibVakansiya: Digər kredit təşkilatlarına nəzarət idarəsinin analitiki.

İşəgötürən: AR Maliyyə Bazarlarına Nəzarət Palatası.

Şəhər: Bakı

Yaş: 25 – 35 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Əmək haqqı: Razılaşma

İş barədə məlumat

• DKT-nın maliyyə vəziyyətində kəskin dəyişikliklər, habelə, şübhə doğuran əməliyyatların yoxlanması məqsədilə yoxlama və digər nəzarət tədbirlərinin həyata keçirilməsidə iştirak və ya bu barədə təkliflərin verilməsi;
• DKT-na tətbiq olunan təsir, təshih tədbirləri və sanksiyaların elektron reyestrini aparmaq və zərurət yarandıqda müvafiq sahə üzrə mütəxəssis cəlb etməklə icrasının monitorinqini həyata keçirmək;
• DKT-nın yenidən təşkili, onların filial, şöbə və nümayəndəliklərinin açılmasına və bağlanmasına rəy hazırlanması, eləcə də digər hüquqi şəxslərin kapitalında iştirakla bağlı rəy hazırlanması.
• Nəzarət subyektlərinin qanunvericilik bazasının təkmilləşdirməsi, sektorun inkişafı və effektiv nəzarət mexanizminin tətbiqi üçün araşdırılmaların aparılması və təkliflərin hazırlanması

Namizədə tələblər

• Tam ali təhsil (Maliyyə, iqtisadiyyat);
• Bank və ya maliyyə sahəsi üzrə 2 il iş təcrübəsi;
• Lizinq və ya lombard fəaliyyəti istiqamətində təcrübəsi olması arzuolunandır
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili və orta səviyyədə rus dili bilikləri;
• MS Office proqramlarından sərbəst istifadə etmək bacarıqları;
• Digər analitik (Power BI) və statistik (SPSS) proqramlar üzrə bacarıq arzuolunandır.
• Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatların olması (CFA, CİMA, ACCA) arzuolunandır
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə / elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az
Vakansiya, nəzarət, kredit

Dövlət və ya yerli özünüidarəetmə orqanının işçiləri üçün Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi

posted in: Xəbər | 0

Asan İmza SimkartıXidmətin adı: Asan İmza Simkartı üzrə Sertifikatların verilməsi (dövlət və ya yerli özünüidarəetmə orqanının işçiləri üçün).

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”

 – şəxsiyyəti təsdiq edən sənədin surəti

– notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə)

– dövlət və ya yerli özünüidarəetmə orqanının işçisinə verdiyi etibarnamə və ya Vergilər nazirinin əmri ilə müəyyən edilmiş forma üzrə verdiyi etibarnamə

– Asan İmza SİM-kartı

– Asan imza mobil xidmətinə qoşulma forması

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004- cü il tarixli 602-IIQ nömrəli Qanun

– NK-nın “AR-da elektron imza və elektron sənədlə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 28.01.2006-cı il tarixli 27 nömrəli Qərarı

– Vergilər nazirinin 29.02.2016- cı il tarixli 1617040100324000 nömrəli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi təlimatı”

Xidmətin göstərildiyi yer:

Vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

Müraciəti emal edən struktur vahidi:

Vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, “ASAN Xidmət” mərkəzləri, “Paşa Bank”, Bank of Baku”, “Rabitəbank”, BTB ASC-ləri

İcra müddəti: Emal müddəti nəzərə alınmaqla müraciət zamanı

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Asan İmza SİM-kartı üçün Təkmil sertifikatı

– AR VN-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza Sim-kartı üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə

– Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Asan İmza Simkartı,Asan İmza Simkartı,Asan İmza Simkartı,