Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

posted in: bank, Xəbər | 0

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq. Layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir. Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir. (bank hesabları)

Layihə ilkin olaraq seçilmiş pilot banklar, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə icra olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
bank hesabları

Təcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) – Bank Respublika ASC

posted in: bank, Təcrübə, Xəbər | 0

Təcrübə proqramı Bank RespublikaTəcrübə proqramı (Şirvan, Sabirabad, Bərdə, Yevlax) / İşəgötürən: Bank Respublika ASC.

İş barədə məlumat

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək önə çıxa biləcəyiniz şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
• Gələcəkdə Bank Respublika ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.

Namizədə tələblər

• Universitet tələbəsi və ya yeni universitet məzunu olmaq (maliyyə, iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla, ingilis və rus dilləri arzuolunandır;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Maraqlanan şəxslərin öz CV-lərini 22 sentyabr 2019-cu il tarixinədək / ünvanına, mövzu hissəsində Təcrübə proqramı yazmaqla göndərmələri xahiş olunur.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təcrübə proqramı, bank respublika

Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Əmlak satışı, ƏDV, mənfəət vergisi,Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxs hansı verginin ödəyicisi olmalıdır? (yaşayış sahələri, vergi öhdəliyi)

Suala Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilir ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim olunması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir. Bu təqdimetmədən əldə olunan gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.

Mənbə: vergiler.az

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(yaşayış sahələri, vergi öhdəliyi)

Son 1 ildə hüquqi şəxslərin sayı 12% artıb

posted in: Xəbər | 0

proqnoz, Cari vergi ödəmələri, vergiler, Vergilər Nazirliyi, nizamanme formalari, MMC-lər, nizamnamə formaları, vergilər NKA-dan istifadə departamentlər Vergilər Nazirliyi Vergi nəzarəti işsizlik sığortası MDSS dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıBu il sentyabrın 1-nə Azərbaycanda 1 031 164 vergi ödəyicisi uçotda olub ki, bunun da 13,1%-ni hüquqi şəxslər təşkil edib. (hüquqi şəxs)

Bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həççinin deyilir ki, son 1 ildə hüquqi şəxslərin sayı 11,5% artıb. Bu artımın 99,2%-i kommersiya qurumlarının hesabına təmin edilib.

Təkcə bu ilin avqust ayında 1 372 kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da ötən ilin avqust ayına nisbətən 47% çoxdur. Kommersiya qurumlarının 72,1%-i elektron qaydada qeydiyyatdan keçib. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4%-i MMC, 1,6%-i isə ASC və yaxud QSC kimi fəaliyyət göstərir.

Hesabat tarixinə 64 329 kommersiya qurumunun və yaxud ümumi kommersiya qurumlarının 53,7%-i aktiv olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22% artaraq 31 946-ya çatıb, aktiv ƏDV ödəyicilərinin sayı isə 18 622-yə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1% artıb və onların xüsusi çəkisi 2,2 faiz bəndi çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3% artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 80,9%-dən 87,3%-ə qədər yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90%-dən çox olub. Cari ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
hüquqi şəxs