Vergi ödəyicisi vergi güzəştindən imtina edə bilər?

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisi vergi güzəştindən imtina edə bilər?

vergi güzəşti vergi ödəyicisi

Sual:

Vergi Məcəlləsiylə vergi ödəyicilərinə tətbiq olunan vergi güzəştlərindən vergi ödəyicisinin istifadə etməmək kimi bir hüququ varmı?

Cavab:

Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək vergi ödəyicilərinin vəzifələrinə deyil, hüquqlarına aid edilmişdir. Vergi ödəyicisi həmin hüquqlardan istifadə etməyə də bilər.

Əsas: Vergi Məcəlləsinin 15.1.3-cü maddəsi.

Mənbə: taxes.gov.az

Həmçinin bax: 
Vəfat etmiş vergi ödəyicisinin vergi borcunu kim ödəməlidir?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi ödəyicisi vergi gözəşti 

3000 manat əmək haqqı ilə Mühasib axtarılır

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib / İşəgötürən: AzeriMed MMC

Əmək Haqqı: 2000 – 3000 AZN

Ümumi məlumat

Vakansiya barədə məlumat

– DSMF, Statistika və digər hesabatların tərtib və təqdim edilməsi;
– Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
– Gündəlik maliyyə əməliyyatlarının yerinə yetirilməsi;
– Maliyyə aktivlərinin idarə olunması
– Rəsmi hesabatların (Vergi, Statistika, Məşğulluq) müvafiq orqanlara təqdim edilməsi
– Vergi risklərinin hesablanması
– Büdcə planlaşdırılmasının və icrasının təmin edilməsi
– Pul vəsaitləri hərəkətinin və maliyyə vəziyyəti haqqında aylıq hesabatların hazırlanması
– Vergi və mühasibat hesabatlarının tərtib edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunun təşkil edilməsi
– Qanunvericiliyə uyğun dövlət orqanlarının və Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi, hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
– Vəzifə səlahiyyətinə müvafiq olaraq qərarların qəbul edilməsi – Əsas vəsaitlərlə işləyə bilənlərə və dövlət sektorunda işləyənlərə üstünlük verilir

Mühasib üçün tələblər

– Yaş: minimum 30 yaş və yuxarı;
– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
– Qeyd edilən sahədə ən az 3 il iş təcrübəsi;
– Logistika və istehsalat sahəsində iş təcrübəsinin olması üstünlükdür;
-1C 8.3 və Excel proqramlarında sərbəst işləmə bacarığı;
-Vergi və Mülki Məcəllələr üzrə əla səviyyədə biliklər;
-Beynəlxalq mühasibat uçotu standartlarını bilmək (ACCA və digər sertifikatların olması üstünlükdür).

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasib vəzifəsi üzrə vakansiya elan olunur.

Vəfat etmiş vergi ödəyicisinin vergi borcunu kim ödəməlidir?

posted in: Vergi, Xəbər | 0

mənfəət Sadələşdirilmiş vergi ödəyicisiSual: Bilmək istəyirəm, valideyn yerli vergilər idarəsinin qeydiyyatında öz adında dükan işlədir. Valideyn sağ ikən, öz dövlət qeydiyyatında olan dükanını övladlarından heç birinin adına yerli vergilər idarəsində qeydiyyata salmırsa və sağlığındada dükanın fəaliyyətinin dayandırılması barədə də yerli vergi idarəsinə ərizə ilə muraciət etmirsə və ömrünün sonuna qədər öz dövlət qeydiyyatında olduğu dukanını hər ayın vergisini verib işlədirsə, belə olduğu təqdirdə valideyin dunyadan köçəndə valideynin hər ay ödəməli olduğu vergisinə görə övladlarından hər hansı biri məsuliyyət daşıyırmı?

Cavab: Bildiririk ki,  vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

Vəfat etmiş şəxsin varisi (varisləri) olmadıqda və ya varisi (varisləri) tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından və vəfat etmiş şəxsin varisindən (varislərindən) alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış Komissiyayanın qərarı əsasında həyata keçirilir.

Vəfat etmiş şəxsin varisi (varisləri) olduqda və onun əmlakı varisə (varislərə) keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik  əmlakının dəyəri hədlərində ödənilir. Qeyd edilən halda vəfat etmiş şəxslərin borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir.

Əsas: VM 81-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax: Əmlakın satışı zamanı ƏDV və mənfəət vergisi necə hesablanır?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi borcu

Ödəniş kartlarının istifadə qaydalarında dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

nağdsız ödəniş Pos-terminal Təhtəlhesab şəxs POS-terminalMaliyyə Bazarlarına Nəzarət Palatası ölkədə təmassız ödənişlərin genişləndirilməsinə dair ödəniş kartlarının emissiya və istifadə qaydalarına dəyişikliklər layihəsini irəli sürüb. Bunu qurumun Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda sənəd aidiyyəti dövlət qurumları ilə müzakirə olunur: “Yeni layihə rəqəmsal ödənişlərdə biometrik eyniləşdirmə üsullarının tətbiqi ilə yanaşı, təmassız ödənişlər texnologiyasının əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq. Yəni təmassız ödənişlərin ödəniş terminalları infrastrukturu üzərindən aparılması imkanı da bu qaydalarda aparılacaq dəyişikliklər əsasında mümkün olacaq”. (Ödəniş kartları)

Ölkənin nəqliyyat sistemində təmassız ödənişlərin qəbuluna toxunan Palata rəsmisi bildirib ki, ictimai nəqliyyatda bu texnologiyanın tətbiqi Bakı Nəqliyyat Agentliyi ilə müzakirələr əsasında müəyyən olunacaq: “Qeyd edim ki, nəqliyyat sistemində rəqəmsal ödənişlərin tətbiqi, ödəniş kartları ilə əməliyyatların aparılması “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd olunan tədbirlərdən biridir”.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Ödəniş kartları