Sahibkarlıq subyektlərinin rəhbərləri üçün seminar keçiriləcək

posted in: Xəbər | 0

KOBİAKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə sentyabrın 13-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək.

KOBİA-dan bildirilib ki, tədbirin təşkilində məqsəd

  • KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi,
  • alternativ maliyyə mənbələri, onların üstünlükləri,
  • müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı” yazmaqla Agentliyin “” e-mail ünvanına göndərmələri xahiş olunur.

Seminarda iştirak ödənişsizdir.

Mənbə: azertag.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkarlıq, seminar

Vakansiya: Mühasib – Avirtel MMC

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

mühasib, vakansiyaVakansiya: Mühasib.

İşəgötürən: Avirtel MMC.

İş barədə məlumat
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
  • Aylıq hesabatların aparılması
  • Kassa və bank əməliyyatlarının aparılması
  • Əmək haqqı hesabatlarının hazırlanması
  • Kreditorlarla üzləşmələr
  • Debitor hesabatların aparılması
  • E-Qaimə, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması
  • Mal-material uçotunun aparılması
  • Anbar hesabatının hazırlanmasına nəzarət
Namizədə tələblər
  • Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
  • Bank işi, maliyyə, mühasibat uçotu sahəsində ən azı natamam ali təhsil
  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi
  • MS Office (xüsusillə Microsoft Excel), 1C, e-gov, e-taxes və digər portallarıdan istifadə bacarığı
  • Dil bilikləri: B1 (intermediate) və daha yuxarı səviyyə ingilis dili biliyi üstünlükdür.

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib

Vakansiya: Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi

posted in: bank, Vakansiya, Xəbər | 0

Vakansiya: Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi.

İşəgötürən: Bank BTB ASC.

Şəhər: Bakı

Yaş: 25 – 38 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Əmək haqqı: Razılaşma

İş barədə məlumat

• Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
• Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;

• Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
• Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
• Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
• Bankın korporativ məhsul və xidmətlərinin təbliğat – təşviqat materiallarının strukturunun və mətninin hazırlanması;
• Satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.

Namizədə tələblər

– Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
– Ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
– Azərbaycan, Rus və İngilis dilləri;
– Ünsiyyətqurma bacarığı;
– Satış bacarığı;
– Analitik bacarıq;
– Yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 Sentyabr , 2019-cu il tarixinədək / elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Azərbaycanda 1 milyon 350 min insanın maaşı artıb

posted in: Xəbər | 0

dövlət rüsumu, vəzifə maaşları əmək haqqı vergi daxilolmaları DGKPrezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Həmçinin dövlət sektorunda çalışanların əmək haqlarında 20-50 faiz artımlar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı, ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla, 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib. (maaş)

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir. Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir. Xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən, əməyin leqallaşdırılmasını stimullaşdırır.
Ölkə başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyənlərin əmək haqlarının da 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əməkhaqqının və dövlət sektorunda işləyənlərin əmək haqlarının artımı ümumən 1 milyon 350 min insanın gəlirlərinin əhəmiyyətli şəkildə yüksəlməsi ilə nəticələnib.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
maaş