Sahibkarlıq subyektlərinin rəhbərləri üçün seminar keçiriləcək

posted in: Xəbər | 0
birbank biznes

KOBİAKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə sentyabrın 13-də mikro və kiçik sahibkarlıq subyektlərinin rəhbərləri üçün “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda növbəti seminar keçiriləcək.

KOBİA-dan bildirilib ki, tədbirin təşkilində məqsəd

  • KOB subyektləri arasında müasir dövrün tələblərinə uyğun innovativ sahiblik düşüncə tərzinin inkişaf etdirilməsi,
  • alternativ maliyyə mənbələri, onların üstünlükləri,
  • müvafiq resurslara çıxış imkanları və bu sahədə beynəlxalq təcrübə barədə sahibkarların məlumatlandırılmasıdır.

Seminarda iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” seminarı” yazmaqla Agentliyin “” e-mail ünvanına göndərmələri xahiş olunur.

Seminarda iştirak ödənişsizdir.

Mənbə: azertag.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
sahibkarlıq, seminar
Print Friendly, PDF & Email