Vakansiya: Xərclərə Nəzarət Üzrə Baş Mütəxəssis

posted in: Vakansiya, Xəbər | 0

Vakansiya Maliyyə Meneceri Baş MühasibVakansiya: Xərclərə Nəzarət Üzrə Baş Mütəxəssis

Şəhər: Bakı

Yaş: 30 – 40 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: HR

E-mail: /

Kateqoriya: Maliyyə

Əmək haqqı: 1500 – 2000 AZN

İş barədə məlumat

1. Müəssisənin balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş etmək;
2. Təftişin nəticələrini rəsmiləşdirmək və lazımi tədbirlər görmək üçün sənədləri məsul şəxsə təqdim etmək;
3. Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasını yoxlamaq;
4. Xərclərdə büdcə kənarlaşmalarını analiz etmək;
5. Büdcə hesabatlarını hazırlamaq və nəzarət etmək;
6. Büdcə və pul axınının analizini etmək və hesabat hazırlamaq;
7. Qiymət məlumat bazasını hazırlamaq və izləmək;
8. İş fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərə hesabatları hazırlamaq və təqdim etmək;

– Əmək haqqı; 1500 – 2000 manat
– 6 günlük iş həftəsi;

Namizədə tələblər

– Maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə ali təhsil
– Müvafiq sahə üzrə 3 – 5 il iş təcrübəsi;
– Yaş həddi : 30 – 40 (bəy namizədlər)
– Təşkilati, analitik və idarə etmə bacarıqlar;
– Qida və yeyinti, otel, restoran sahələrində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini / elektron ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, Xərclərə Nəzarət Üzrə Baş Mütəxəssis

İnsan resursları üzrə assistent / təcrübəçi tələb olunur

“PAŞA Sığorta” ASC namizədləri “İnsan resursları üzrə assistent / təcrübəçi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müsahibələrin, imtahan və qrup çalışmalarının təşkil edilməsi;
• Müsahibədə iştirak etmiş namizədlərin qeydiyyat reyestrinin aparılması və namizədlərə müsahibə nəticələrinin göndərilməsi;
• Recruitment prosesinin optimizasiyasi layihəsinin icrasında dəstək olmaq;
• İşə qəbul sənədlərin toplanması və şəxsi faylların açılmasında dəstək olmaq;
• Müvafiq sənədlərin daxili elektron bazaya yükləmək;
• Korporativ tədbirlərin təşkilində dəstək olmaq;

Bilik və bacarıqlar:

• Azərbaycan və rus dillərində sərbəst danışmaq, ingilis dili biliyinin olması arzu olunandır;
• MS Office proqramları üzrə istifadə bacarıqları;
• Təqdimat bacarığı.

Son müraciət tarixi: 30 avqust, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi / ünvanına göndərin.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
insan resursları, assistent, təcrübəçi

Auditorların peşə məsuliyyətinin icbari sığortası barədə bilmədiklərimiz

posted in: Audit, Xəbər | 0

Auditorların peşə məsuliyyətinin icbari sığortasıBu yazımızda hüquqi şəxslərin fəaliyyətində rol oynayan və fəaliyyətləri qanunvericiliyə uyğun olaraq tənzimlənən auditorların peşə məsuliyyətinin icbari sığortası barədə mühüm məsələləri izah etməyə çalışacağıq.

Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş auditorlar tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər 30 AZN, vəzifəli şəxslər 80 AZN, hüquqi şəxslər isə 200 AZN məbləğində cərimə edilir. Cərimə ödənilməsi rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilir.

Auditorların peşə məsuliyyəti aşağıdakı hallarla əlaqədar sığorta olunur:

1) auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;

2) mühasibat (maliyyə) və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;

3) aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;

4) işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;

5) məxfilik prinsipinin pozulması.

Göstərilən 5 haldan hər hansı biri baş verdiyi təqdirdə, zərərə məruz qalmış və auditor xidməti göstərilməsi barədə müqaviləsi olan fiziki və ya hüquqi şəxs sığorta ödənişi almaq hüququ əldə edir.

Bununla yanaşı qeyd etmək yerinə düşərdi ki, həmin bu 5 hal auditorla bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifələrin auditor tərəfindən deyil, müqavilə tərəfi olan fiziki və ya hüquqi şəxs tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verərsə, həmçinin müvafiq dövlət orqanlarından və digər əlaqəli tərəflərdən alınmış məlumatlar auditorun səhv rəy verməsinə səbəb olarsa, bu halda auditorun peşə məsuliyyəti yaranmır və sığorta ödənişi verilmir.

Auditorun peşə məsuliyyəti ilə əlaqədar sığorta şirkətinin öhdəliyini nəzərdə tutan sığorta məbləği sığorta müqaviləsinə əsasən müəyyən edilir. Bununla yanaşı qanunvericiliyə əsasən fiziki şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği 1000 AZN-dən, hüquqi şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği isə 3000 AZN-dən az ola bilməz.

Mövzu çərçivəsində onu da qeyd etmək lazımdır ki, göstərilən 5 halın hər biri üzrə auditorla bağlanmış müqaviləyə əsasən onun xidmətləri nəticəsində zərərə məruz qalmış fiziki və ya hüquqi şəxsin zərərinin məbləği və çəkdiyi birbaşa xərclərini təsdiq edən sənədlər də sığorta şirkətinə təqdim edilməlidir.

Bu sığorta növünün daha bir spesifik xüsusiyyəti isə ondan ibarətdir ki, sığorta müqaviləsi müddətində heç bir hadisə baş verməz və sığorta şirkəti tərəfindən heç bir sığorta ödənişi edilməzsə, auditorun ödədiyi sığorta haqqının 10%-i ona geri qaytarılır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
peşə

Vakansiya: Mühasib – Kristal Abşeron MTK

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasib Əmək haqqı üzrə mühasibVakansiya: Mühasib

İşəgötürən: Kristal Abşeron MTK

Əmək haqqı: 800 AZN

Şəhər: Bakı

Yaş: 25 – 45 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: Samir Hacıyev

E-mail: /

Vakansiya barədə məlumat:

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi

– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Namizədə tələblər:

– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
-1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

CV-lərinizi / ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib