Read More9
Read More9

Yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin verilməsi qaydası

posted in: Xəbər | 0

nəqliyyatYol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin verilməsi qaydası.


Baş verən yol-nəqliyyat hadisələrindən hadisə zamanı iki tərəfin və ya zəncirvari qəzalar vaxtı bir neçə sürücünün hadisənin baş verməsində təqsirli olduğu hadisələrlə də rastlaşmaq mümkündür. Bu isə mütləq dəqiq surətdə tənzimlənməli hallardır. Sığorta şirkətləri tərəfindən hadisənin baş verməsində iki tərəfin də təqsiri müəyyən edildiyi hallarda sığorta ödənişinin verilməsi aşağıdakı qaydada həyata keçirilir:

a) Hadisə 2 sığortalı sürücünün iştirakı ilə baş verdikdə – Sığorta şirkətində icbari qaydada sığorta olunan şəxs (A) B sürücü ilə toqquşur. Hadisədə hər ikisinin təqsiri rəsmiləşdirilir. B sürücü A-nın sığorta şirkətindən hadisədə təqsirinin dərəcəsinə mütənasib qaydada sığorta ödənişini alır. Belə ki, B-nin avtomobilinə 1000 manat məbləğində zərər dəyib və hadisədə yarı təqsirli sayılıbsa, ona 1000 manatın yarısı məbləğində ödəniş ediləcək. A-nın avtomobilinə görə isə B əgər sığortalıdırsa, A sürücü B-nin sığorta şirkətindən yenə öz təqsirinə görə ödəniş ala bilər. Bu halda da A-nın zərəri 1000 manat və yarı təqsiri olduğu üçün A-ya 500 manat ödəniləcək.

b) Hadisə 1 sığortalı sürücünün iştirakı ilə baş verdikdə – bu halda hər iki tərəfin təqsiri müəyyən edilir. Təqsirin dərəcəsi məlum olur. Daha sonra isə sığortası olmayan sürücü sığortalı sürücünün sığorta şirkətindən dəymiş zərərini təqsirin dərəcəsinə uyğun olaraq almalıdır.

c) Hadisədə bir neçə sığortalı sürücü iştirak etdikdə – Hər bir sürücü onun avtomobilinə dəyən zərərə görə təqsirli olan sürücülərin sığorta şirkətindən onun həmin avtomobilə dəymiş zərərdə təqsiri nəzərə alınmaqla ödənişini ala bilər.

Bununla yanaşı xatırladaq ki, sığorta şirkətinin öhdəliyi bir hadisəyə görə 5000 manat olaraq müəyyən edilmişdir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, hadisə zamanı digər sürücünün sığortalı olub-olmamasından asılı olmayaraq hər bir sürücü digər tərəfə vurduğu zərərə görə tam həcmdə mülki məsuliyyət daşıyır.

Bu səbəbdən də sürücünün sığortalı olmaması onu vurduğu zərəri ödəmək vəzifəsindən azad etmir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Yol-nəqliyyat hadisəsi

2019-cu ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

Sosial Sığorta, vergi, Vergilər nazirinin müavinləri,, Vergilər Naziri, Əmək münasibətləri şirkət Nizamnamə kapitalı Vergi ödəyicisi Asan İmza Simkartı daxilolma ödənilməli vergilər vergi sistemi fiziki şəxs vergi öhdəlikləri İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar2019-cu ilin sentyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

2019-cu ilin avqust ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisinin bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisinin bəyannaməsi,
  • Mədən vergisinin bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin avqust ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 3-cü rübü üzrə bəyannaməni 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin avqust ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin sentyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. (2019-cu ilin 3-cü rübü üzrə bəyannamə 2019-cu ilin oktyabr ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin avqust ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin sentyabr ayının 16-dan gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

  • 15.09.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti 16.09.2019-cu il tarixə keçirilmişdir.
  • 20.10.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.10.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ödənilməli vergilər

Vakansiya: İnsan Resursları üzrə təcrübəçi

posted in: İnsan Resursları, Vakansiya, Xəbər | 0

Vakansiya: İnsan Resursları üzrə təcrübəçi.

İşəgötürən: Avrora MMC.

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• İş vaxtı: 08:00-dan 17:00-dək;
• İş yeri: Hökməli və Dərnəgül qəsəbəsi
• Nahar və servis şirkət tərəfindən təmin olunur;
• Təcrübə ödənişlidir;
• Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilir.

Tələblər:

• Ali təhsil;
• Yaş: 21-25;
• Cinsi: kişi;
• Yaxşı ünsiyyət qurma qabiliyyəti;
• İR sahəsi üzrə karyera qurmaq hədəfi;
• MS Office bilikləri;
• Öyrənməyə və inkişafa yüksək həvəs;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• MBA (İnsan Resursları üzrə) və ya HR Təlimlərində iştirak edən namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İnsan Resursları üzrə təcrübəçi” yazaraq  / ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az


Bakıda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

əmək haqları əmək haqqıBakıda orta aylıq əmək haqqı 816 manata yüksəlib.(emek)

Bu ilin yanvar-iyun aylarında əvvəlki ilin analoji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.

Bakı Şəhər Statistika İdarəsinin növbəti hesabatında qeyd olunur ki, bu dövrdə ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Mənbə: vergiler.az



error: Content is protected !!