Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya Baş mühasibVakansiya: Mühasib.

İşəgötürən: Texno Plus Electronics

Əmək haqqı: 700 – 1000 AZN

Şəhər: Bakı

Yaş: 27 – 35 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Sevinc Almamedova

Telefon: (012) 374-58-56 / (070) 374-58-56

E-mail: /

Vakansiya barədə məlumat:

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 09:30-dan 19:00-dək
– Bazar günü istirahət günüdür

Namizədə tələblər:

– Ali təhsil
– Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
– Vergi və əmək məcəlləsi üzrə biliklər
– Mal-material, əsas vəsait, əmək haqqı uçotunu, bank-kassa əməliyyatlarını aparmaq bacarığı
– Elektron vergi əməliyyatlarını (EQF, EHF, bəyannamə) icra etmək bacarığı
– Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı

Yuxarıdaki tələblərə uyğun gələn namizədlər cvlərini Mühasib başlığı altinda / mail ünvanında göndərə bilərlər.

Mənbə: finstaff.az

mühasib

Əmək pensiyasının minimum məbləği artırılıb

posted in: Xəbər | 0

vergilər nazirliyi struktur Dövlət rüsumuPrezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib. (əmək pensiyası, emek pensiyasi)

Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir.

Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bundan başqa, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Qanunun tam mətni aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012,

№ 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380; Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1565-VQD və 1568-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-1-ci maddədə “1 mart tarixindən 160 manat” sözləri “1 oktyabr tarixindən 200 manat” sözləri ilə əvəz edilsin;

1.2. 29.1-ci maddədə “və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı” sözləri çıxarılsın;

1.3. aşağıdakı məzmunda 29.1-1-ci maddə əlavə edilsin:

“29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.”.

Maddə 2. Bu Qanun 2019-cu il oktyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2019-cu il.

Mənbə: president.az

Bax: 2020-ci ildən əmək haqqının hesablanma qaydası

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
(əmək pensiyası, emek pensiyasi)

Dövlət büdcəsinə gömrük yığımları açıqlanıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iyul ayında komitənin xətti ilə büdcə daxilolmaları ümumilikdə 413 milyon 394,4 min manat olub. ƏDV üzrə daxilolma 269 milyon 036,9 min manata, aksizlər üzrə daxilolma 25 milyon 648,7 min manata çatıb.

Ay ərzində büdcəyə 5 milyon 738,6 milyon manat yol vergisi, 112 milyon 970,2 min manat gömrük rüsumları köçürülüb. Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 487,555 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və ya 27,7 faiz çoxdur. (gömrük yığımları)

İlk 7 ayda büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və ya 19,8 faiz artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və ya 27,4 faiz artaraq 1.693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və ya 73,7 faiz artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud 25 faiz artaraq 25,904 milyon manata çatıb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük yığımları

Neft məhsullarına görə ödənilən yol vergisi

posted in: Vergi, Xəbər | 0

Neft-qazNeft məhsullarının pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən alınmış neft məhsullarına görə ödənilən yol vergisinin gəlirdən çıxılması, alınmış neft məhsullarının alıcıların satış məntəqələrinə daşınması ilə bağlı çəkdiyi nəqliyyat xərclərinin gəlirdən çıxılan xərc kimi nəzərə alınması və neft məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin hesablanması ilə bağlı daxil olan müraciətlərə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsi açıqlama verib. (yol vergisi)

Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qanunvericiliyə uyğun olaraq, topdansatış tariflərinə yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Qərarın 2.6-cı bəndinə əsasən, pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, eləcə də qanunvericiliyə uyğun olaraq yol vergisi tətbiq olunan neft məhsulları üzrə yol vergisi daxil edilmişdir.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən, həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq, malın dəyəri kimi gəlirdən çıxılır və mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsində əks etdirilir.

Mənbə: vergiler.az

Bax: 2020-ci ildən əmək haqqının hesablanma qaydası

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
yol vergisi, neft