İnzibati xətalar məcəlləsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati xətalar məcəlləsinə dəyişiklik edilib

İnzibati XətalarAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 43.2-ci maddədə “54.2-ci maddəsində” sözləri “43.2-1-ci və 54.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 43.2-1-ci maddə əlavə edilsin:

“43.2-1. Bu Məcəllənin 547-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən tərtib edilir.”;

2.3. 547-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 547. Hesablama Palatası haqqında qanunvericiliyin pozulması

547.1. Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilmiş Azərbaycan Respublikası Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

547.2. Azərbaycan Respublikası Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə Azərbaycan Respublikası Hesablama Palatasının təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

547.3. Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətinə mane olma, yəni:

547.3.1. Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə;

547.3.2. elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə;

547.3.3. kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, zəruri məlumatların və sənədlərin, habelə “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədi ilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə;

547.3.4. dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçot hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə –

vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.


Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə dəyişiklik edilərək yeni maddə əlavə edilib

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsi-nə dəyişiklik edilərək yeni maddə əlavə edilib

əmlak vergisi emek muqavilesi Əmək müqaviləsi kassa çeki qaime e-qaimə Qeyri-rezident Torpaq sahələri vergi icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin  30.6.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Məcəlləyə aşağıdakı məzmunda 30.6.11-ci maddə əlavə edilsin:

“30.6.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına.”.

Bax:

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi məcəlləsi

İşədüzəltmə fəaliyyəti ilə məşğul olanlar üçün tələblər təsdiqlənib

posted in: Xəbər | 0

fərdi sahibkarların sayı“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş Naziri                         Novruz Məmmədov

Mənbə: cabmin.gov.az

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilərək yeni maddə əlavə edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu haqqında Qanuna dəyişiklik edilərək yeni maddə əlavə edilib

əmək məcəlləsi cərimələr rüsumlar Pos-terminallar İşsizlikdən Sığorta vergiAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 7-ci, 15-ci və 27-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 5. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28; Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 5.2-1-ci maddə əlavə edilsin:

“5.2-1. Kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir.”

Bax: 20 dövlət qurumu üçün vəzifə maaşı (əmək haqqı) cədvəli təsdiqləndi

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasibat uçotu