Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya mühasib təcrübə proqramıVakansiya: Mühasib.

İşəgötürən: AGA Group of Companies.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil:Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: HR
İş barədə məlumat:
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
– Mal-materialların uçotunun aparılması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – cümə saat 09:00-dan 18:00-dək; Şənbə qısaldılmış iş günü saat 09:00-dan 13:00-dək; bazar – istirahət
– Əmək haqqı: 500-700 AZN
Namizədə tələblər:
– Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Azərbaycan dili (əla)
– 1C (8.3) proqramında işləmək bacarığı
– Maliyyə sahəsində sertfikatı olanlara üstünlük verilirQeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV-lərini /  elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
vakansiya mühasib

Yeni işə başlayan fiziki şəxsin vergi öhdəlikləri hansılardır?

posted in: Vergi, Xəbər | 0

              Yeni işə başlayan fiziki şəxsin vergi öhdəlikləri hansılardır? (fiziki şəxs)

İşçilərin sayı EDV ƏDV MDSS İşsizlik hesabat vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarSahibkarlıq fəaliyyətinə ilk dəfə başlamaq üçün nə etmək lazımdır? Əgər vətəndaş mağaza açırsa, ilk günlərdən ona vergi necə və hansı məbləğdə təyin olunacaq? İlk dəfə sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayan fiziki şəxs üçün hansı güzəştlər və məlumatlandırma baxımından hansı köməkliklər göstərilir? 

Vergilər Nazirliyinin açıqlamasında bildirilir ki, mağaza açmaq sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunan şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna durmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

“Asan imza” sertifikatlarının alınması üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) “Asan imza” SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlidir. Təqdim edilən sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət edən şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Gücləndirilmiş elektron imzanın vacibliyi ilə bağlı isə bildirilir ki, 2018-ci il yanvar ayının 1-dən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə fakturanın təqdim edilməsi üçün, əmək müqavilələrinin rəsmiləşdirilməsi üçün gücləndirilmiş elektron imzanın (o cümlədən “Asan imza”nın) olması zəruridir.

Həmin şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sadələşdirilmiş vergi ödəyicisi olduqda əldə olunan gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi ödənilməlidir. Göründüyü kimi, sadələşdirilmiş verginin dərəcəsi güzəştli xarakter daşıdığı üçün əlavə vergi güzəştləri nəzərdə tutulmayıb.

Sahibkar gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyi halda isə gəlirlərindən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Bu halda bir sıra vergi güzəştləri nəzərdə tutulub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
vergi öhdəlikləri fiziki şəxs

Torpaq sahələrinin təqdim edilməsindən sadələşdirilmiş verginin tutulması

posted in: Vergi, Xəbər | 0

icarə haqqı əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftVergi Məcəlləsinin 218.4.5-cü maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyirlər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. (torpaq sahələri)

Bu maddənin tətbiqinin əsas məqsədi mülkiyyətində olan torpaq sahələrini təqdim edən şəxslərdən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması qaydasını müəyyənləşdirməkdir. Belə ki, yaşayış fondlarının, sənaye və kənd təsərrüfatı təyinatlı torpaqların təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir.

Qanuna əsasən, torpaq sahələrini təqdim edən şəxslərdən alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar ödəmə mənbəyində torpaq sahələrinin sadələşdirilmiş vergisini yaşayış fondları, sənaye və kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə aşağıdakı qaydaya uyğun olaraq ayrılıqda hesablayır:

  • Yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə hesablama: torpağın ümumi sahəsi x 0,5 manat (baza məbləği) x zona əmsalı;
  • Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri üzrə hesablama: torpağın ümumi sahəsi x 0,5 manat (baza məbləği) x zona əmsalı x yüksəldici əmsal;
  • Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə hesablama: kənd təsərrüfatı təyinatlı torpaqlara Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində sadələşdirilmiş vergi hesablanır: torpağın ümumi sahəsi x şərti bal x 0,06 (bir şərti balın məbləği) x 2 (sadələşdirilmiş vergi əmsalı).

Misal 1: Tutaq ki, Naxçıvan şəhərində fiziki şəxsin mülkiyyətində sahəsi 500 m2 olan və yaşayış fondu üçün nəzərdə tutulan torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (500 m2) baza məbləğinə (0,5 manat) vururuq və alınan məbləği Naxçıvan şəhəri üzrə zona əmsalına (1,2) vuraraq ödəmə mənbəyində tutulmalı 300 manat (500 m2 (torpağın ümumi sahəsi ) x 0,5 manat (baza məbləği) x 1,2 (zona əmsalı) = 300 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Misal 2: Tutaq ki, Kəngərli rayonunda hüquqi şəxsin mülkiyyətində sahəsi 1200 m2 olan sənaye təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (1200 m2) baza məbləğinə (0,5 manat), alınan məbləği isə Kəngərli rayonu üzrə zona əmsalına (1,2) vururuq və bu dəfə alınan məbləği həmin rayon üzrə yüksəldici əmsala (1,1) vuraraq ödəmə mənbəyində tutulmalı 330 manat (1.200 m2 (torpağın ümumi sahəsi ) x 0,5 manat (baza məbləği) x 0,5 (zona əmsalı) x 1,1 (yüksəldici əmsal) = 330 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Misal 3: Tutaq ki, Babək rayonunda fiziki şəxsin mülkiyyətində birinci kateqoriyaya aid olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsi təqdim edildiyi zaman alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğini hesablayaq.

Bunun üçün əvvəlcə torpağın ümumi sahəsini (2 ha) Babək rayonunun birinci kateqoriyaya üzrə şərti balına (53), alınan məbləği də bir şərti balın məbləğinə (0,06) vururuq. Alınan məbləği sadələşdirilmiş vergi əmsalına ( 2 ) vuraraq ödəmə mənbəyində tutulmalı 12.72 manat (2 ha (torpağın ümumi sahəsi ) x 53 (şərti bal) x 0,06 (bir şərti balın məbləği) x 2 (sadələşdirilmiş vergi əmsalı) = 12.72 manat (sadələşdirilmiş vergi)) sadələşdirilmiş vergi məbləğini tapırıq.

Onu da qeyd edək ki, bu maddəyə əsasən torpaq sahələrinin təqdim edilməsi zamanı aşağıdakı hallarda müqavilələri təsdiq edən natariuslar sadələşdirilmiş vergi tuta bilməzlər.

1. Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən torpaq sahələri vergi ödəyicisinin ailə üzvləri tərəfindən hədiyyə, maddi yardım və miras kimi verildikdə;

2. Vergi Məcəlləsinin 102.1.18-ci maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;

3. Vergi Məcəlləsinin 106.1.16. -cı maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildikdə;

4. Vergi Məcəlləsinin 144.1.1-ci maddəsinə torpaq sahələri ər və arvad arasında verildikdə;

5. Vergi Məcəlləsinin 144.1.2-ci maddəsinə əsasən torpaq sahələri keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;

Misal 4: Tutaq ki, Bakı şəhərində hüquqi şəxsin mülkiyyətində 500m2 torpaq sahəsi var. Hüquqi şəxsin həmin torpağı dövlət ehtiyacları üçün alınıb və dəyəri kompensasiya kimi ödənilmişdir. Bu halda alğı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmayacaqdır. Çünki Vergi Məcəlləsinin 106.1.16-ci maddəsinə əsasən hüquqi şəxslərə torpaq sahələrinin dəyəri kompensasiya kimi ödənildiyi halda onun tam dəyəri vergidən azaddır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
torpaq sahələri

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Xəbər | 0

uçot azərbaycan pul nişanlarıAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,5%-dən 8,25%-ə endirilməsi haqqında qərar qəbul edib. (uçot dərəcəsi)

Bu barədə keçirdiyi mətbuat konfrasında qurumun sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 10,25%, aşağı həddi isə 6,25% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar iyulun 29-dan qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin paramentlərinə növbəti dəfə sentyabrın 13-də baxacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
uçot dərəcəsi