PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (Ağamir Əsgərov)

posted in: Xəbər | 0

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu

Peşəkar Mühasib Sertifikatı (PMS) ölkəmizdə peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün nəzərdə tutulmuş sertifikasiyadır.

Azərbaycan Mühasiblər Məktəbi olaraq, PMS imtahanına hazırlaşan mühasiblərə dəstək olmaq məqsədilə, 3 aylıq PMS I mərhələ üzrə imtahana hazırlıq kursuna başladıq.

Kur PMS imtahanının 1-ci mərhələsi – qanunvericilik üzrə aşağıdakı növlərdə keçirilir:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri (KOS) üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS.

Təlimçi haqqında:

Ph.D. Ağamir Əsgərov – Mühasibatlıq və Audit üzrə Ekspert

Mühasibat uçotu və audit sahəsində tanınmış mütəxəssisdir. Bakı Mühəndislik Universitetində maliyyə və mühasibat kafedrasında dosent vəzifəsində çalışır. Dövlət İmtahan Mərkəzində imtahan rəhbəri, Peşəkar Mühasib Sertifikatının eksperti və Dövlət qulluğu sektorunda müstəqil eksperti kimi fəaliyyət göstərir.

Eyni zamanda, bir sıra qurumlarda Baş mühasib, Maliyyə direktoru vəzifələrində çalışır. Həmçinin bir neçə şirkətin təsisçisidir.

Təhsil və Akademik Nailiyyətlər

Ağamir Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin Təşkili və İdarə edilməsi ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirmişdir.

2015-ci ildə Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiya Komissiyasından iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi adını almışdır.

O, Maliyyə mühasibat sahəsində beynəlxalq səviyyədə tanınmış bir sıra elmi məqalələrin müəllifi, sahə üzrə bir sıra lahiyələrin icraçısı və müxtəlif Beynəlxalq Konfransların iştirakçısıdır.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Kursun formatı: Ənənəvi və onlayn

Təlim sayı və vaxtı: – dərs / Həftədə – dəfə

Kursa daxildir:

  • 27 dərs (54 saat) + 2 sınaq imtahanı;
  • Sertifikatların təmini;
  • Video qeydlər, dərs materialları və testlərlə təminat;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Mövzunun adı Saat
1 1 – MALİYYƏ HESABATLARI ÜZRƏ KONSEPTUAL ƏSASLAR 2
2 2 – MUBS-2 EHTİYATLAR 3
3 3 – MUBS-16 – TORPAQ, TİKİLİ VƏ AVADANLIQLAR 4
4 4 – MUBS 20 – HÖKUMƏT SUBSİDİYALARININ UÇOTU VƏ HÖKUMƏT YARDIMI HAQQINDA MƏLUMATIN AÇIQLANMASI 2
5 5 – MUBS 40 –  İNVESTİSİYA MÜLKİYYƏTİ 2
6 6 – MUBS 23 – BORCLAR ÜZRƏ MƏSRƏFLƏR 2
7 7 – MUBS 38 –  QEYRİ-MADDİ AKTİVLƏR 3
8 8 – MUBS 36 – AKTİVLƏRİN QİYMƏTDƏN DÜŞMƏSİ0 4
9 9 – MHBS 15 – MÜŞTƏRİLƏRLƏ MÜQAVİLƏLƏR ÜZRƏ GƏLİRLƏR 4
10 10 – MHBS 16 – İCARƏLƏR 4
11 11 – MHBS 9 – MALİYYƏ ALƏTLƏRİ 2
12 12 – MUBS 12 – MƏNFƏƏT VERGİSİ 3
13 13 – MUBS 21 – XARİCİ VALYUTA ƏMƏLİYYATLARIN DƏYİŞMƏSİNİN TƏSİRLƏRİ 2
14 14 – MUBS 37 – YARADILMIŞ EHTİYAT FONDLARI, ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ ŞƏRTİ AKTİVLƏR 2
15 15 – MUBS 41 – KƏND TƏSƏRRÜFATI 1
16 16 – MUBS 7 – PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTi HAQQINDA HESABAT 4
17 17 – MHBS 10 – BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 4
18 17 – MHBS 10 – BİRLƏŞDİRİLMİŞ (KONSOLİDƏ EDİLMİŞ) MALİYYƏ HESABATLARI:MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT 4
19 18 – MUBS 1 – Maliyyə hesabatlarının təqdimatı 2
CƏMİ 54

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir

posted in: Xəbər | 0

5 sentyabr dünyada Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd olunur. BMT tərəfindən təsis edilən bu günün əsas məqsədi yardımlaşma və həmrəyliyin vacibliyini xatırlatmaqdır.

Məhz bu əlamətdar gündə Qırmızı Ürəklər Fondu sosial həssas qruplardan olan tələbələrin təhsilinə dəstək məqsədilə “Onu Oxut” aksiyasına start verir. Həyata keçirilən ianə aksiyasının əsas məqsədi əhalinin sosial həssas qruplardan olan tələbələrin təhsil imkanlarını genişləndirmək, onlara dəstək olmaqdır.

Xatırladaq ki, 2021-ci ildən başlayan “Onu oxut” aksiyası çərçivəsində bugünədək 115 490 manat vəsait toplanılaraq, 76 tələbəyə təhsil təqaüdü təqdim edilib.

Qırmızı Ürəklər Fondu xeyriyyəçilik təşəbbüslərinə qoşulmaq istəyən hər kəsi “Onu Oxut” aksiyası çərçivəsində həmrəylik nümayiş etdirməyə və gənclərə dəstək olmağa çağırır.

Aksiyaya fotodakı QR kodu oxudaraq, eləcə də Fondun veb-saytı (https://redhearts.az/aktiv-aksiyalar/tehsil-teqaud), Kapital Bank terminalları,  Birbank və m10 mobil tətbiqləri vasitəsi ilə ianə etmək mümkündür.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Bu ilin I rübündə fəaliyyətini dayandıran sahibkara vergi güzəşti veriləcəkmi?

Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri – 161-ci hesab üzrə uçot

posted in: Xəbər | 0

Mühasibat uçotu subyektləri üçün Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 16-cı maddəsi təxirə salınmış vergi aktivlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatların uçotu üçün nəzərdə tutulub. Bu maddə özündə aşağıdakı hesabları birləşdirir:

  • 161 saylı “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesabı;
  • 162 saylı “ Digər təxirə salınmış vergi aktivlərı” hesabı.

Məqalə 161 saylı hesabda bu aktivlərin necə əks olunduğunu izah etmək məqsədi ilə hazırlanıb.

Təxirə salınmış vergi anlayışı və yaranma səbəbləri

Təxirə salınmış vergilər müəssisənin maliyyə hesabatları üzrə əldə etdiyi mənfəət (mühasibat mənfəəti) ilə vergi qanunvericiliyinə əsasən vergi hesablanması üçün qəbul edilən mənfəətin (vergi mənfəəti) arasındakı fərqlərdən yaranır. Bu fərqlər əsasən müvəqqəti xarakter daşıyır, yəni onlar bir dövrdə yaranıb gələcək dövrlərdə geri dönür.

Müvəqqəti fərqlər iki əsas qrupa bölünür:

  • vergi tutulan müvəqqəti fərqlər: bunlar gələcəkdə vergi öhdəliyinin artmasına səbəb olan fərqlərdir və təxirə salınmış vergi öhdəliklərini yaradır;
  • vergidən çıxılan müvəqqəti fərqlər: bunlar gələcəkdə vergi aktivlərinin yaranmasına səbəb olan fərqlərdir və gələcək vergi öhdəliyini azaldır.

Təxirə salınmış vergi aktivləri bu vergidən çıxılan müvəqqəti fərqlərdən və ya istifadə edilməmiş vergi zərərlərindən, eləcə də istifadə edilməmiş vergi güzəştlərindən yaranır. Bu aktivlər, müəssisənin gələcək dövrlərdə ödəməli olduğu mənfəət vergisini azaldacaq potensial faydaları təmsil edir.

161 saylı hesabın məzmunu

Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri aşağıdakı hallarda yaranır:

– Çıxılan müvəqqəti fərqlər: aktiv və ya öhdəliyin balans dəyərinin gələcək dövrlərdə vergi mənfəətinin hesablanmasında çıxılacaq məbləğlərlə nəticələndiyi hallar.

– İstifadə olunmamış vergi zərərləri: cari və ya əvvəlki illərdə yaranan və gələcək dövrlərdə əvəzlənməsi mümkün olan mənfəət vergisi zərərləri.

– Vergi kreditləri: gələcək dövrdə tətbiq oluna biləcək güzəştli və ya təxirə salınmış vergi ödənişləri.

Hesabın təyinatı

161 saylı “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesabı üzrə əməliyyatların tərkibi, müxabirləşmələrin verilməsi, uyğun subhesabların açılması AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Hesabda mühasibat uçotu subyektinin fəaliyyəti prosesində mənfəət vergisi üzrə çıxılan müvəqqəti fərqlər, gələcək dövrə keçirilən istifadə olunmamış vergi zərərləri və gələcək dövrə keçirilən istifadə olunmamış vergi kreditləri ilə əlaqədar gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir (Qaydalar, bənd 17.2).

“Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesabı üzrə tənzimləmələr

Hesab üzrə mühasibat yazılışları verilərkən:

  • qaydaların 17.3 bəndinin (uçot mənfəəti, vergi mənfəəti (vergi zərəri) anlayışı, mənfəət vergisi üzrə vergi xərclərinin hesablanması zamanı müxabirləşmələr), habelə;
  • qaydaların 17.4 bəndinin ( keçmiş illər üçün təxirə salınmış vergi öhdəliyi mövcud olduqda müxabirləşmələr) tələbləri nəzərə alınır.

Bu hesabın debetinə aktivlərin tanınması, kreditinə isə onların silinməsi (istifadə edilməsi) yazılır.

Təxirə salınmış vergi aktivlərinin tanınma meyarları

12 saylı “Mənfəət vergisi” adlı Mühasibat Uçotunun Beynəlxalq Standartı (MUBS 12 – İAS12) təxirə salınmış vergilərin tanınması, ölçülməsi və maliyyə hesabatlarında təqdim edilməsi ilə bağlı prinsipləri müəyyən edir. IAS 12 standartına əsasən, təxirə salınmış vergi aktivləri yalnız o zaman tanınmalıdır ki:

  • gələcəkdə vergi mənfəətinin əldə olunması ehtimalı yetərincə yüksək olsun;
  • müvəqqəti fərqlərin gələcəkdə vergi azaldıcı təsiri olacaqsa;
  • aktivlər və öhdəliklər arasında vergi bazası ilə balans dəyəri arasında fərq mövcuddursa.

Bu baxımdan müəssisənin planlaşdırma və proqnozlaşdırma imkanları, maliyyə sabitliyi, habelə keçmiş fəaliyyət nəticələri nəzərə alınır.

Praktiki nümunə və mühasibat yazısı

Mühasibat uçotunda şübhəli borclara görə ehtiyatlar yaradıla bilər, lakin vergi uçotunda bu ehtiyatlar yalnız faktiki silinən zaman xərc kimi tanınır. Bu, müvəqqəti fərq yaradır. Nümunəyə baxaq:

Müəssisə 2024-cü ildə 30000 AZN mənfəət əldə edib. Mühasibat uçotu ilə vergi uçotu arasında 5000 AZN şübhəli borc ehtiyatı fərqi var. Vergi dərəcəsi 20%-dir.

Məlumata əsasən:

  • müəssisənin 2024-cü ildə mühasibat mənfəəti: 30000 manat;
  • şübhəli borc ehtiyatı üzrə müvəqqəti fərq: 5000 manat;
  • vergi dərəcəsi: 20%
  • bu fərq çıxılan müvəqqəti fərqdir (yəni gələcəkdə vergi məqsədilə tanınacaq).

Təxirə salınmış vergi aktivinin hesablanması: 5000 manat ×20% =1000 manat.

Mühasibat yazılışları:

Əməliyyat Debit Kredit Məbləğ Qeyd
Təxirə salınmış mənfəət vergisi üzrə xərclər silinir 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 801 “Ümumi mənfəət (zərər)” 1000 manat Təxirə salınmış vergi xərcinin tanınması
Təxirə salınmış vergi aktivi hesablanıb 161 “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 1000 manat Təxirə salınmış vergi aktivinin tanınması

Müxabirləşmə nümunəsi: şübhəli borclara görə ehtiyatlar

Gəlin yuxarıdakı nümunəni genişləndirək, müəssisənin ümumi mənfəət vergisi xərci, cari və təxirə salınmış vergi hissələri, vergi mənfəəti və mühasibat yazılışlarını tam şəkildə təqdim edək.

Bizə aşağıdakılar məlumdur:

Göstərici Məbləğ (AZN)
Mühasibat mənfəəti 30,000
Vergi məqsədilə tanınmayan xərc (şübhəli borc ehtiyatı) +5,000
Vergi mənfəəti (vergi uçotu üzrə) 35,000
Vergi dərəcəsi 20%

Vergi hesablaması

  • Cari vergi öhdəliyi (vergi uçotu üzrə): 35,000×20%=7,000 manat
  • Təxirə salınmış vergi aktivi (mühasibat fərqinə görə): 5,000×20%=1,000 manat
  • Ümumi mənfəət vergisi xərci (mühasibat uçotu üzrə):

Cari vergi xərci (7,000) −Təxirəsalınmıs vergi aktivinin artımı(1,000)=6,000 manat

Mühasibat yazılışları:

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 Cari mənfəət vergisi xərci tanındı 801 – “Ümumi mənfəət (zərər)” 901 – “Cari mənfəət vergisi üzrə xərclər” 7,000
2 Hesablanmış vergi dövlət büdcəsinə öhdəlik kimi tanındı 901 – “Cari mənfəət vergisi üzrə xərclər” 521 – “Vergi öhdəlikləri” 7,000
3 Təxirə salınmış vergi xərci tanındı 902 – “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 801 – “Ümumi mənfəət (zərər)” 1,000
4 Təxirə salınmış vergi aktivinin tanınması 161 – “Təxirə salınmış vergi aktivləri” 902 – “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 1,000

Müxabirləşmə nümunəsi: istifadə olunmamış vergi zərərləri

Başqa bir situasiyaya baxaq: müəssisə 2023-cü ildə vergi uçotu üzrə 20,000 AZN zərər ilə fəaliyyət göstərib

  • 2024-cü ildə isə mənfəət əldə olunub, amma 2023-cü il zərəri hələ bağlanmayıb
  • Vergi Məcəlləsinin 121-ci maddəsinə əsasən, zərərlər növbəti 5 il ərzində mənfəətdən çıxıla bilər
  • Mühasibat uçotuna əsasən, müəssisə bu zərəri gələcək illərdə bağlaya biləcəyini proqnozlaşdırır
  • Vergi dərəcəsi: 20%

Bu halda 20,000 × 20% = 4,000 AZN məbləğində təxirə salınmış vergi aktivi tanınır.

Mühasibat müxabirləşmələri (zərərin növbəti dövrdə istifadəsi proqnozlaşdırılırsa):

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 Təxirə salınmış vergi xərci tanındı 902 – “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 801 – “Ümumi mənfəət (zərər)” 4,000
2 Təxirə salınmış vergi aktivinin tanınması 161 – “Təxirə salınmış vergi aktivləri” 902 – “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 4,000

Gələcəkdə zərər silinirsə (məsələn, 2025-ci ildə mənfəətdən çıxılırsa)

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı   Məbləğ (AZN)
3 Təxirə salınmış aktivin silinməsi (reallaşma) 801 – “Ümumi mənfəət (zərər)” 902 – “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 4,000
4 Aktiv silinir 902 – “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər” 161 – “Təxirə salınmış vergi aktivləri” 4,000

Yeni işə qəbul olunan işçi ödənişsiz məzuniyyətdən istifadə edə bilərmi?

Peşəkar Excel Təlimi

posted in: Xəbər | 0

Peşəkar Excel Təlimi

Bu günkü dövrdə mühasib və maliyyə mütəxəssislərini Excel proqramı olmadan təsəvvür etmək demək olar ki, mümkünsüzdür. Çünki bir çox hallarda Excel bizə elə hesabatlar hazırlamağa imkan verir ki, bunu mühasibat proqramlarının özləri belə edə bilmir.

Əgər siz hələ də Excel-də istədiklərinizi rahatlıqla həyata keçirə bilmirsinizsə, bu bilikləri bizimlə qazana bilərsiniz. “Azərbaycan Mühasiblər Məktəbi”nin Peşəkar Excel Təlimində iştirak etməklə Excel-in mühasibat, maliyyə və insan resursları ilə bağlı gizli imkanlarını öyrənmək şansını əldə edəcəksiniz.

Təlim kimlər üçündür?

Təlim, müəyyən təcrübəsi olan və Excel-in potensialından maksimum istifadə etmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub;
Təlim istənilən sahəyə uyğun olaraq fərdiləşdirilə bilər.

Təlimçi barədə:

Xəyal Səmədov

Rəqəmsal bacarıqların inkişafında 10 ildən artıq peşəkar təcrübəyə malik olan Xəyal Səmədov həm öz sahəsində ixtisaslaşmış təlimçi, həm də müxtəlif biznes strukturlarında liderlik etmiş bir mütəxəssisdir. Excel, Power BI, SQL və Python kimi alətlərdə dərin biliklərə sahib olan Xəyal bəy, yüzlərlə iştirakçını əhatə edən təlim proqramları ilə Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına töhfə verib.

Azercell, XalqBank, Veysəloğlu, Azərsun, McDonald’s, Hyundai və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edən Xəyal Səmədov, təkcə texniki bilikləri deyil, eyni zamanda analitik düşüncə, komanda idarəçiliyi və layihə rəhbərliyi bacarıqları ilə də seçilir.

Excel üzrə Microsoft sertifikatına (MO-201, MO-211, MCE) malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavrtəhsil almış, Qiymətli kağızlar üzrə MBA üzrə təhsilini davam etdirir.

Fərəc Qurbanov

Maliyyə ixtisası üzrə təhsil almış, Microsoft sertifikatlı Excel eksperti və data analitikası sahəsində təcrübəli təlimçidir. O, Excel, Python, SQL, və Power BI kimi alətlər üzrə ixtisaslaşmış və hazırda Excel və Python təlimləri aparır. Rockvel Construction şirkətində Kommersiya üzrə mütəxəssis vəzifəsində çalışan Fərəc bəy müxtəlif təhsil mərkəzlərində layihə rəhbəri və təhsil meneceri kimi çalışmış, həmçinin IBM və digər nüfuzlu təşkilatlardan data analitikası üzrə beynəlxalq sertifikatlara yiyələnmişdir.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Onlayn və ənənəvi

Kursa daxildir:

  • 20 saat / Həftədə 2 dəfə,saat 19:00-21:00;
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun:

Proqram

Dərs 1: Excel ilə tanışlıq və riyaziyyat funksiyalar

  • ARABIC function
  • INT function
  • MOD function
  • ROUND function
  • ODD function
  • POWER function
  • PRODUCT function
  • RAND function
  • RANDBETWEEN function
  • ROMAN function
  • ROUND function
  • ROUNDDOWN function
  • ROUNDUP function
  • SQRT function
  • SUBTOTAL function
  • SUM function
  • SUMIF function
  • SUMIFS function
  • SUMPRODUCT function
  • TRUNC function

Dərs 2: Statistical functions (Statistik funksiyalar)

  • AVERAGE function
  • AVERAGEIF function
  • AVERAGEIFS function
  • COUNT function
  • COUNTA function
  • COUNTBLANK function
  • COUNTIF function
  • COUNTIFS function
  • LARGE function
  • MAX function
  • MEDIAN function
  • MIN function
  • SMALL function
  • Rank function

Dərs 3: Text (Mətn) funksiyaları

  • CONCAT function
  • CONCATENATE function
  • EXACT function
  • FIND functions
  • LEFT functions
  • LEN functions
  • LOWER function
  • MID functions
  • NUMBERVALUE function
  • PROPER function
  • REPLACE functions
  • REPT function
  • RIGHT functions
  • SEARCH functions
  • SUBSTITUTE function
  • TEXT function
  • TEXTJOIN function
  • TRIM function
  • UPPER function

Dərs 4: Logical (Məntiqi) funksiyalar

  • AND function
  • FALSE function
  • IF function
  • IFERROR function
  • IFNA function
  • IFS function
  • NOT function
  • OR function
  • ISBLANK function
  • ISERROR function
  • ISEVEN function
  • ISFORMULA function
  • ISNA function
  • ISNONTEXT function
  • ISNUMBER function
  • ISODD function
  • ISTEXT function

Dərs 5: DATE (Tarix) funksiyaları

  • DATE function
  • DATEDIF function
  • DAY function
  • DAYS function
  • EDATE function
  • EOMONTH function
  • HOUR function
  • MINUTE function
  • MONTH function
  • NETWORKDAYS function
  • NETWORKDAYS.INTL function
  • NOW function
  • SECOND function
  • TIME function
  • TODAY function
  • WEEKDAY function
  • WEEKNUM function
  • WORKDAY function
  • WORKDAY.INTL function
  • YEAR function

Dərs 6: Təkrar

Hər kəs qrup yoldaşları üçün tapşırıq hazırlayır.

365 funksiyalar

Randarray, Let, Xlookup, Filter, Sortby, Sequence, Groupby, Pivotby, Unique, Let, Maxifs, Minifs, Vstack, Hstack maliyyə funksiyaları

Dərs 7: LOOKUP & REFERENCE (Axtarış və İstinad) funksiyaları

  • ADDRESS function
  • CHOOSE function
  • COLUMN function
  • COLUMNS function
  • FILTER function
  • INDEX function
  • INDIRECT function
  • MATCH function
  • OFFSET function
  • ROW function
  • ROWS function
  • TRANSPOSE function
  • VLOOKUP function

Dərs 8: Menu

  • Page Layout
  • Pivot Table Analyze
  • Pivot Table Design

Dərs 9: Menu

  • Formulas
  • Data

Dərs 10: Menu

  • Review
  • View

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 05 50
📱+994 50 212 34 72

Ünvan: Caspian Plaza

1 168 169 170 171 172 173 174 2. 700