“Aktivlər” əslində nə deməkdir?

posted in: Məqalə, Xəbər | 0

Əgər mühasibat uçotuna sadə bir mühasibin gözü ilə baxırsınızsa, onda aktivlər şirkətin mülkiyyətidir.

Aktivlər – bu, şirkətin gələcəkdə iqtisadi səmərə gözlədiyi keçmiş hadisələr nəticəsində şirkətin nəzarətində olan resurslardır.

Aktivlər  – şirkətin sahib olduğu və köməyi ilə qazandıqlarıdır, məsələn:

  • həm kassada, həm də banklardakı hesablaşma hesablarında pul vəsaitləri;
  • anbardakı mallar;
  • əsas vəsaitlər (məsələn, daşınmaz əmlak, avadanlıqlar);
  • qeyri-maddi aktivlər (ticarət nişanları, proqram təminatı);
  • və debitor borcu;

Şirkətin aktivləri və mülkiyyəti çox vaxt üst-üstə düşür. Lakin heç də həmişə belə olmur. Əmlakın əsas xüsusiyyəti – mülkiyyət hüququdur. Aktivlər üçün isə başlıca olan şirkətə iqtisadi fayda gətirmək bacarığıdır.

Məsələn, şirkətdə köhnə yük avtomobili var və onun içərisi tamamilə çürüyüb, hətta ehtiyat hissələr üçün belə yararsızdır. Buna baxmayaraq, ona olan mülkiyyət hüququ qeydə alınıb və uçota salınıb. Bu, aktiv deyil, əmlakdır.

Əgər şirkət avadanlıq üçün istehsal otağı tikibsə, orada şirkətin məhsulları hazırlanır. Şirkət bu sahəyə mülkiyyət hüququna malikdir. İstehsal otağı – bu isə şirkətin aktividir, şirkət oradan iqtisadi fayda götürür.

Gördüyünüz kimi, əmlakın olması şirkət üçün heç də həmişə faydalı olmur. Aktivlərə sahib olmaq daha vacibdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email