Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?
Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik? (EDV, ƏDV müavinət məbləği)

You can display the Full post on your Blog Page
Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik? (EDV, ƏDV müavinət məbləği)

İşçilərin sayı və maaşını gizlədənlər aşkarlanacaq
Vergilər Nazirliyi əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq edib. Sənəd vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq 8.000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsidir. Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.
Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab olunması üçün əhəmiyyətli əsaslar olduğu halda, işə cəlb etdikləri şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.
Vergi ödəyicilərinin muzdla işləyən işçilərinə əməkhaqqını uçotdankənar verməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilməməsi həmin şəxslərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur. Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq edilmiş yeni konsepsiyanın da əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir.
Risk qrupuna daxil olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemindən və digər mənbələrdəki məlumatlardan da istifadə edilməsi nəzərdə tutulub. Vergi orqanı əmək münasibətləri sahəsində vergi ödəyiciləri üzrə işçi sayı, əməkhaqqı fondu, o cümlədən bir işçiyə düşən orta aylıq əməkhaqqı məbləği, bəyannamə, hesabat göstəriciləri və “Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlar əsasında təhlil apararaq riskləri müəyyən edəcək. Təhlillər aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.
Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət ediləcək və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşdıqda müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təmin ediləcək. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək.
Mənbə: vergiler.az
İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə görə vətəndaş yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
Mövzu çərçivəsində bu xəbərdarlıq və ya cərimədən azad olunmaq üçün qanuni proseduru izah etməyə çalışacağıq.
Şəxsin yaşayış yeri onun mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerlərdir.
Şəxsin olduğu yer isə onun yuxarıda göstərilən yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) hesab olunur.
Bu növ qeydiyyatla bağlı normaları nəzərdə tutan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna görə 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin, yəni müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri hesab edilir. 14-18 yaşınadək olan şəxslərin isə (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin razılığı ilə müəyyən edilir.
Qanuna görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə müraciət edərək Nazirlər Kabineti tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə
– şəxsiyyət vəsiqəsini
– yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, qanunvericilikdə göstərilən digər sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim edərək yeni yaşayış yerində qeydiyyata alınır.
Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilərkən onlar Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar.
Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Bu qeydiyyatı aparmaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:
– viza əsasında gələnlər – vizada göstərilən qalma müddətinə;
– viza tələb olunmayan qaydada gələnlər – 90 gün müddətinə
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar.
Müəllif: Praktik hüquqşünas / Şəhriyar Həbilov
Vergilər Nazirliyində departamentlər ləğv edilib, yerində isə baş idarələr yaradılıb. (Vergilər Nazirliyi)
Bu dəyişikliklər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda qeydə alınıb.
Prezidentin sərəncamı ilə həmçinin yeni Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi yaradılıb.
Beləliklə, sərəncamla “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” aşağıdakı kimi təsdiqlənib:
1. Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).
2. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:
2.1. Milli Gəlirlər Baş İdarəsi;
2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;
2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;
2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;
2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);
2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).
Mənbə: report.az