Gömrük orqanlarına xidmət qəbulu başladı

posted in: Xəbər | 0

Gömrük orqanlarına xidmət qəbulu başladı

Dövlət Gömrük Komitəsi rüsum DGK gömrükAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukutruna daxil olan gömrük orqanlarında mövcud olan texniki nəzarət vasitələrinin istismarı, eləcə də texniki nəzarət vasitələrinin servis işlərinin həyata keçirilməsi ilə bağlı xüsusi bacarığa malik olan mütəxəssislər üzrə vakansiyalar yaranmışdır.

Bu vakansiyalara mexanika, elektrotexnika, avtomatika, radiotexnika, kompüter və digər mühəndislik ixtisasları olan, habelə yuxarıda qeyd olunan sahələr üzrə texniki ixtisas qrupunu bitirən aidiyyəti ali təhsilli şəxslərin müsabiqəsi elan olunur. Xarici dilləri sərbəst bilən və aidiyyəti üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədləri 01.08.2019-cu il tarixinədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinə (otaq 105, əlaqə telefonu: 404-22-00/0112) təqdim edə bilərsiniz:

  1. Şəxsiyyəti təsdiq edən sənəd;
  2. Müvafiq ali təhsil haqqında sənədlər (diplom, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının müəyyən olunmuş formada təsdiqi – nostrifikasiyası);
  3. CV (curriculum vitae)

Mənbə: customs.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Artıq ödənilmiş vergilərin vergi ödəyicisinə qaytarılması ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

vergi gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumları“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.3-cü bəndinin,

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanununun tətbiqi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 422 nömrəli Fərmanının 1.2-ci bəndinin və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının 2-ci hissəsinin on yeddinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6, maddə 349; 2005, № 2, maddə 134; 2006, № 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905; 2017, № 10, maddə 1888) aşağıdakı dəyişikliklər edilsin:

  1. Adına və 1-ci hissəsinə “vergilərin,” sözündən sonra “məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının,” sözləri əlavə edilsin adından və 1-ci hissəsindən “vergi ödəyicisinə” sözləri çıxarılsın.
  2. Həmin Qərarla təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
  3. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                 Novruz Məmmədov

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

posted in: Xəbər | 0

uşaq pulu uşaqpulu mezuniyyet məzuniyyət hüquqlarıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işçilərin distant (məsafədən) iş və ya teleiş  formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması istiqamətində işlər aparır.

İlk növbədə Əmək Məcəlləsindəki əsas anlayışlar sırasına “Distant (məsafədən) iş – əmək funksiyalarının elektron, proqram-texniki vasitələr əsasında evdə yerinə yetirilməsi forması” və “Teleiş –  əmək funksiyalarının telekommunikasiya vasitələri əsasında evdə yerinə yetirilməsi forması” anlayışlarının daxil edilməsi nəzərdə tutulur. Yeni anlayışların daxil edilməsi ilə əlaqədar Məcəllənin 4-cü maddəsinin 2-ci hissəsinin və 55-ci maddəsinin də təkmilləşdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu sahədə işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş Tədbirlər planına əsasən aparılır. Belə ki, həmin Tədbirlər planında teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması tədbiri də yer alıb.

Mənbə: sosial.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
distant iş teleiş

“Sədərək”dən alınan malları necə rəsmiləşdirmək olar?

posted in: Xəbər | 0

“Sədərək”dən alınan malları necə rəsmiləşdirmək olar?

MMC sənədlər sənədləşməSual: Sədərəkdən alış aktı ilə mal alıb satmaq mümkündürmü? Nəzərə almaq lazımdır ki, qarşı tərəfin çox vaxt VÖEN-i olmur, şəxsiyyət vəsiqəsini qeyd edib belə əməliyyat apara bilərikmi? Qeyd edim ki, biz ƏDV ödəyicisiyik.

Cavab: Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).

Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, “Vergi ödəyiciləri ilə sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 73-cü və 130-1-ci maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Xarici ölkələrə ezamiyyə zamanı xərclər sənədlərlə təsdiq edilməlidir?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Sədərək rəsmiləşdirmək