Read More9
Read More9

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Damla MMC

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vəzifə öhdəlikləri:
– Vergi hesabatlarının (ƏDV,ÖMV,MÖMV,Gəlir vergisi) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi .
– Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması .
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək .
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi .
– Gündəlik kassa, bank, mal uçotunun aparılmasını təmin edir
– Əsas vəsaitlərin uçotunu aparır .
– Malsatanlarla üzləşmələrin vaxtında aparılmasını təmin edir .
– MS Office(xüsusilə Excell), 1C 8.3 , e-gov,e-taxes və digər portallardan istifadə etmək.
– Mühasibatlıq, vergi və əmək qanunvericiliyi üzrə məlumatlı .
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti güclü olmalı .

Namizədə tələblər:
– Ali İqtisadi Təhsilli
– Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
– Təşkilati, analitik və idarə etmə bacarıqlar;
– Microsoft office və 1 C proqramlarından istifadə bacarığı.
– Bəy namizədlərə üstünlük veriləcək.

İş şərtləri:
– Həftədə 6 iş günü, 1 gün istirahət;
– Əmək haqqı:  700-800 AZN
– İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
– İşçilərin daşınması üçün nəqliyyat xidməti var.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini   / elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya mühasib

Xarici ölkələrə ezamiyyə zamanı xərclər sənədlərlə təsdiq edilməlidir?

posted in: Xəbər | 0

Xarici ölkələrə ezamiyyə zamanı xərclər sənədlərlə təsdiq edilməlidir?

Aviabiletlərin nağd satışıİşin tələbinə uyğun olaraq müəssisələr vaxtaşırı öz əməkdaşlarını xarici ölkələrə ezamiyyəyə göndərməli olurlar. Bu zaman onlar üçün ezamiyyə xərcləri ayrılır. Təcrübədə ezamiyyə xərclərinin yuxarı həddi, ezamiyyə ilə əlaqədar ödənilən məbləğlərin işçinin gəlirlərinə aid edilməsi, habelə ezamiyyə zamanı çəkilən xərclərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması kimi hallarla rastlaşılır, müəyyən suallar ortaya çıxır.

Bu məsələlərə aydınlıq gətirən Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin şöbə rəhbəri Gülnar İsayeva bildirib ki, ezamiyyə xərcləri gəlirdən norma daxilində çıxılan xərclər kateqoriyasına aid edilir. Onların norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə müəyyən edilir. Həmin Qərarda da hər bir xarici ölkə üzrə günlük ezamiyyə norması və ezamiyyə normasına aid olan xərclər öz əksini tapıb:

“Belə ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir. Göründüyü kimi, xarici ölkəyə gediş-gəlişlə əlaqədar uçuş xərcləri isə ezamiyyə xərclərinin 1 günlük normasına daxil olan xərc deyil. Eyni zamanda xarici ölkələrə ezamiyyə zamanı norma daxilində çəkilmiş xərclərin sənədlərlə təsdiq edilməsi nəzərdə tutulmur”.

G.İsayeva əlavə edib ki, Vergi Məcəlləsində də ezamiyyə xərclərini aşkar tənzimləyən müddəalar yer alıb:

“İlk növbədə, qeyd olunmalıdır ki, faktiki ezamiyyə xərclərinin əvəzinin ödənilməsi gəlirə daxil deyil və işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsində ezamiyyə xərclərinin norma daxilində çəkilən hissəsinin gəlirdən çıxılmasına hər hansı bir məhdudiyyət yoxdur. Yalnız faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır”.

Qeyd edilənləri ümumiləşdirən G.İsayeva xarici ölkələrə ezamiyyələr zamanı norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edildiyini bildirib. Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ezamiyyə ezamiyyə zamanı xərclər

Konservasiyada olan əsas vəsaitlər əmlak vergisinə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

əsas vəsaitlər qiymetlendirme Yenidən qiymətləndirmə amortizasiya Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftSual: Fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisinin balansında olan əsas vəsaitlər konservasiya edilmiş əsas vəsaitlər hesab edilirsə və bu halda həmin əsas vəsaitlərə amortizasiya hesablanmırsa onlar əsas vəsait kateqoriyasından çıxır. Belə olan halda həmin vəsaitlərin əmlak vergisinə cəlb edilməsi doğrudur?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir. Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansında olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər.

Lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir. Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 16.4-cü, 72.2-ci, 108-ci və 114-cü maddələri, XIII fəsli.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əsas vəsaitlər

E-qaiməni çap edib saxlamağa ehtiyac varmı?

posted in: Vergi, Xəbər | 0

qaime E-qaimə faktura Qaimə-fakturalarBankların onlayn xidmətlərini artırması kağız daşıyıcılara güvənən iş adamlarında müəyyən narahatlıqlar yaradır. Onlar düşünürlər ki, əvvəllər hesabatlarda istifadə etdikləri kağız formasında olan sənədlər sıradan çıxsa, vergi yoxlamaları zamanı çətinlik çəkəcəklər. Çünki onlayn bank əməliyyatları barədə məlumatları kağızda ala bilmirlər. Bəzi iş adamları isə hətta elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların çap variantında arxivləşdirilməsini təklif edirlər.

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, elektron vergi hesab-fakturasının, elektron qaimə-fakturanın tətbiqi və istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Mallar (işlər, xidmətlər) vergi ödəyicisi (satıcı) tərəfindən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən və ya e-qutusu olmayan alıcılara, həmçinin pərakəndə ticarət, ictimai iaşə və məişət xidməti sahələrində təqdim edildikdə, elektron vergi hesab-fakturası alıcıların tələbi ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində yaradılan elektron vergi hesab-fakturası sistemində hazırlanır, qeydə alınır və çap edilir. Bu sənədlər hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə verilə bilər.

Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.

Göründüyü kimi, digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən, tələb olunmur. Xatırladaq ki, həmin sənədlərdən istifadə edilməsi Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 14 mart 2017-ci il tarixli 89 saylı və “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarları, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə uyğun həyata keçirilir.

error: Content is protected !!