Azad ticarət zonalarındakı şirkətlər vergini necə ödəməlidir?

posted in: Vergi, Xəbər | 0

Azad ticarət zonalarındakı şirkətlər vergini necə ödəməlidir?

güzəşt sənədlər

Azərbaycanda qeydiyyatda olan şirkətlər azad ticarət zonalarının yaratdığı imkanlardan yararlana bilərlər. Bir sıra ölkələrlə Azərbaycan hökumətinin ikitərəfli və çoxtərəfli müqavilələrinin olması bu imkanı daha da artırır. Xüsusilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər şirkətlərin öhdəliklərinin azalmasına xidmət etdiyindən yerli sahibkarlar qonşu ölkələrdə, məsələn Gürcüstanda yaradılan azad ticarət zonalarına maraq göstərirlər. Bəs bu zaman onların əldə etdiyi dividendlərdən Azərbaycanda da vergi ödənilməlidirmi? 

Bu sualla əlaqədar Vergilər Nazirliyindən bildiriblər ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının rezidenti olan müəssisənin Gürcüstanın Azad Ticarət Zonasında törəmə müəssisə yaratmasında hər hansı məhdudiyyat nəzərdə tutulmayıb.

Törəmə müəssisənın Azərbaycanda yerləşən təsisçi müəssisəyə ödənilən dividendlərdən vergi tutulması “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” Konvensiyanın 10-cu (“Dividendlər”) və 23-cü (“İkiqat vergitutmanın aradan qaldırılması”) maddələri ilə tənzimlənir.

Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, şirkət tərəfindən ödənilən dividendlər, həmçinin onun rezidenti olduğu Gürcüstan Respublikasının qanunvericiliyinə uyğun surətdə vergiyə cəlb oluna bilər, lakin dividendi alan onun faktiki sahibidirsə, bu tərzdə tutulan vergi dividendlərin ümumi məbləğinin 10 faizindən yüksək olmamalıdır.

Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər Azərbaycan Respublikasının rezidenti bu Konvensiyanın müddəalarına görə Gürcüstan Respublikasında vergiyə cəlb olunmalı gəlir əldə edirsə, yaxud əmlaka malikdirsə, bu gəlirə, yaxud əmlaka görə Gürcüstan Respublikasında ödədiyi verginin məbləği bu rezidentdən Azərbaycan Respublikasında həmin gəlirlərlə əlaqədar tutulan verginin məbləğindən çıxılmalıdır. Lakin çıxılan məbləğ Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq bu cür gəlirə, yaxud əmlaka hesablanmış verginin məbləğindən çox olmamalıdır.

Vergi Məcəllənin 13.2.5.1-ci maddəsinə və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” Konvensiyanın 4-cü maddəsinə əsasən, fiziki şəxs Azərbaycan Respublikasının rezidentidirsə, onun ödənilən dividendlərdən gəlirindən vergi tutulması həmin konvensiyanın 10-cu və 23-cü maddələri ilə tənzimlənir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
azad ticarət

Vergilər nazirinin müavini vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

Vergilər nazirinin müavini Qax rayonunda vətəndaşları qəbul edəcək

dislokasiya seminar məlumat mübadiləsi xitam əmək haqlar Vergilər Nazirliyi Mühasibat proqramlarıQax, Zaqatala və Balakən rayonları sakinlərinin nəzərinə!
Vergilər nazirinin müavini Mətin Eynullayev 22 iyul 2019-cu il tarixində Qax rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti) QaxZaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyul 2019-cu il tarixlərində Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qax və Balakən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də VN 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin  elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

O, öz ərizəsi əsasında işdən çıxarılıb.

E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Mənbə: report.az

 

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
əmək

Vakansiya: Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

kiçik Mühasib vakansiya baş mühasibVakansiya: Baş mühasib 

İşəgötürən: FJ Group

  • Şəhər: Bakı
  • Yaş: 30 – 55 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Rəsulova
Vakansiya barədə məlumat

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: bazar ertəsi – şənbə günləri 09:00-dan 18:00-dək
– Bazar günü – istirahət günü
– Nahar fasiləsi 13:00-dan 14:00-dək

Namizədə tələblər

– Tikinti sahədə təcrübə vacibdir!
– Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
– Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etmək
– DSMF, Statistika və digər hesabatları tərtib etmək
– Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotu
– Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– Gündəlik əməliyyatları yerinə yetirmək

Xahiş olunur şəxslər cv-lərinizi foto ilə birlikdə,   / elektron poçt ünvanına göndərin və mövzu qismində “Baş Mühasib” qeyd edin.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
baş mühasib vakansiya