E-qaimədə ən çox artım bu sektorda olub

posted in: Xəbər | 0

E-qaimə üzrə ən çox artım bu sektorda olub

qaime E-qaimə faktura Qaimə-fakturalar2019-cu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə ƏDV-yə cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.

Statistika deyir ki…

Vergilər Nazirliyinin rəsmi məlumatına əsasən, qeyri-neft sektorunda şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olaraq, 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb. ƏDV dövriyyəsində artım isə 9,6 faiz təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4 faiz, o cümlədən ƏDV dövriyyəsi 24,6 faiz artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə – 37,3 faiz, o cümlədən ƏDV dövriyyəsi 38,2 faiz artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6 faiz təşkil edir. Şəffaflaşmanın nəticələrini əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır.


2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft
sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin
cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib


2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 faizi ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artım tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.

2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 faiz, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 faiz, istehsalda isə 30,1 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9 faizdən 83,6 faizə, istehsalda isə 65,7 faizdən 75,4 faizə yüksəlib.


Vergi daxilolmaları sahəsindəki vəziyyətə dərindən nəzər salsaq,
onda bu sahədə çox ciddi uğurların qazanıldığını aydın görə bilərik


Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış, həm də pərakəndə ticarətdə 43,7 faizə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8 faiz), ticarətdə (43,7 faiz), rabitədə (24,2 faiz), sənayedə (16,9 faiz) və digər fəaliyyət sahələrində (29,9 faiz) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1 faiz və 56,3 faiz artmasıdır.

İqtisadçı rəyi

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, cari ilin son beş ayının statistikasına nəzər salsaq, ölkədə aparılan vergi islahatlarının səmərəliliyini əks etdirən nəticələrin tam pozitiv olduğunu görərik: “Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına dair proqnozlara 108,3 faiz əməl edilib. Vergi daxilolmaları sahəsindəki vəziyyətə dərindən nəzər salsaq, onda bu sahədə çox ciddi uğurların qazanıldığını aydın görə bilərik”.

F.Yusifov qeyd edib ki, əvvəllər vergi daxilolmaları zamanı sahibkarların növbəti dövrlər üçün vergi ödəmək praktikasından geniş istifadə edilirdi: “İndi daxilolmalar müəssisələrin faktiki fəaliyyəti əsasında ödənilən vergilərdir. Digər tərəfdən, unutmayaq ki, 2018-ci ilin dövlət büdcəsinin ilkin variantı ilə müqayisədə vergi yığımı üzrə proqnozlarda kifayət qədər böyük artımlar baş verib. Deməli, bir qədər dərindən yanaşdıqda, bütövlükdə vergi daxilolmaları sahəsində nə qədər uğurlu nəticələrin əldə edildiyini görmək mümkündür. Bu nəticələr ölkədə aparılan vergi islahatları və Vergilər Nazirliyinin fəaliyyətinin yeni islahatlara uyğun yenidən qurulması nəticəsində mümkün olub”.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
E-qaimə

Bəzi məhsullar gömrük rüsumundan azad edilib

posted in: Vakansiya, Xəbər | 0

Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumlarıTəmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən  propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 %-dən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni avqustun 14-də qüvvəyə minir.

Tam mətnə nəzər yetirin:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. AR Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 aprel tarixli 150 nömrəli, 9 aprel tarixli 151 nömrəli, 12 aprel tarixli 165 nömrəli və 2 may tarixli 202 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 2711 12 910 0, 2711 12 930 0, 2711 12 940 0, 2711 13 100 0, 2711 13 300 0, 2711 13 910 0 və 2711 13 970 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.
  2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş Naziri                      Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gömrük rüsumu gomruk rusumu

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Baku Electronics

  • Şəhər: Bakı
  • Yaş: 27 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
Vakansiya barədə məlumat

– Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması
– Vergi, sosial fonda ayırmaların hesablanması
– Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi
– Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım)
– İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması
– Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi
– Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət
– Elektron imza vasitəsilə elektron hokumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət
– Rüblük hesabatın, işsizlik söğortası hesabatının hazırlanması

Namizədə tələblər

– Ali təhsili
– Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı
– Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel.)
– Komandada işləmək bacarığı
– 1C (7.7., və ya 8.3.)-də iş təcrübəsi mütləqdir

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ( / ) elektron poçtuna göndərməlidir.

“Mövzü” qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
mühasib

Gəlirdən amortizasiya ayırmaları hansı qaydada çıxılmalıdır?

posted in: Vergi, Xəbər | 0

Gəlirdən amortizasiya ayırmaları hansı qaydada çıxılmalıdır?

Turagentlər vergi güzəştləri Vergi nəzarəti artım Yükdaşıma xırda istehsal vergi öhdəliyi qeyri-neftSual: Kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicisi istifadə etdiyi əsas vəsaitlərə münasibətdə gəlirdən amortizasiya ayırmalarını hansı qaydada çıxmalıdır?
Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarına 1,5 əmsalı tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
Əsas: Vergi Məcəlləsi, 114.3-2-ci maddə
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun