MDSS və İşsizlik hesabat formalarına dəyişiklik edilib

posted in: Xəbər | 0

MDSS və İşsizlik hesabat formalarına dəyişiklik edilib

vergiler naziri Vergilər naziri vergiler kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallar“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formalarına dəyişiklik edilib. Bununla bağlı Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq bildirişi göndərib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 2.1.1-ci, 2.1.2-ci yarımbəndlərinin və 2018-ci il 21 dekabr tarixli 422 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşmaqla “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formaları təsdiq edilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklər ilə əlaqədar olaraq vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanılması və nəzarət funksiyaları 1 yanvar 2019-cu il tarixdən Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Sosial sığorta ödənişləri üzrə hesabat formalarının vahid bəyannamə şəklində optimallaşdırılması istiqamətində hal-hazırda Vergilər Nazirliyi tərəfindən müvafiq işlər aparılmaqdadır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə hesabat formaları yeni redaksiyada təsdiq edilmişdir.

Göstərilənləri nəzərə alaraq, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın vergi ödəyiciləri tərəfindən təqdim edilməsi və dövri olaraq statistik hesabatlarının alınmasının asanlaşdırılması məqsədilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta məqsədləri üçün bir sıra fəaliyyət növlərinin kodları birləşdirilmiş və ləğv bəyannamələrinin kağız formatda verilməsi imkanı yaradılmışdır.

Belə ki, məcburi dövlət sosial sığorta məqsədləri üçün 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər), 0102 (Büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə), 0103 (Büdcədən maliyyələşən təşkilatlar (xüsusi vəsaitlər üzrə), 0110 (Seçkili orqanlar), 0111 (İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) və 8111 (İşəgötürənlər-fiziki şəxsləri muzdlu işə cəlb edən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla)-Digər) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 0112 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) olan yeni hesabat forması yaradılmış, fəaliyyət növünün kodu 0900 (Torpaq mülkiyyətçiləri) olan hesabat formasının adı dəyişdirilərək “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər” kimi adlandırılmışdır.

Əlavə olaraq  bildirik ki, 8102 (Xüsusi statusa malik və büdcədən maliyyələşən təşkilatlar (büdcə vəsaitləri üzrə)) və 8103 (Xüsusi statusa malik və büdcədən maliyyələşən təşkilatlar (xüsusi vəsaitləri üzrə) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 8105 (Xüsusi statusa malik təşkilatlar) olan yeni hesabat forması yaradılmışdır.

İşsizlikdən sığorta üçün 1000 (İşsizlik sığortasına cəlb olunan hüquqi şəxslər) və 1001 (İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər) kodlu hesabatlar birləşdirilmiş və həmin kodlar əsasında fəaliyyət növü kodu 1100 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) olan yeni hesabat forması yaradılmış, fəaliyyət növü kodu 1200 (Xüsusi statusa malik təşkilatlar) olan yeni hesabat forması əlavə edilmişdir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən hesabat formaları 1 oktyabr 2019-cu il tarixdən qüvvəyə minəcəkdir.

Bununla əlaqədar, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat”ları və tərtib edilməsi qaydaları məktuba əlavə edilməklə Sizə göndərilir.

Hesabat formaları və onların tərtib edilməsi qaydaları barədə məlumatları Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz.

Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), 195-1 Çağrı Mərkəzinə və Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 15, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 44, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti 276, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 10 ünvanlarında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə keçiriləcək növbəti görüşlərdə iştirak etməkdə maraqlı olduğunuz halda, bu barədə Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya internet vergi idarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsi vasitəsilə müraciət edərək görüşlər və onların qrafiki barədə ətraflı məlumat ala və görüşlərə yazıla bilərsiniz. Görüşlərin qrafiki barədə ətraflı məlumat Vergilər Nazirliyinin rəsmi internet saytında (http://www.taxes.gov.az/modul.php?name=elaqe&file=gorush) yerləşdirilmişdir.      

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti

Hesabatların doldurulma qaydalarını əlavə edilmiş fayllardan yükləyə bilərsiz.

                                                                                                 

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv 

26 yaşına kimi polyaklar gəlir vergisi ödəməkdən azad ediliblər

posted in: Vergi, Xəbər | 0

Polşa polyaklar gəlir vergisi gelir vergisi26 yaşına kimi polyaklar gəlir vergisi ödəməkdən azad ediliblər (gelir vergisi)

26 yaşına kimi şəxslər gəlir vergisi ödəməyəcəklər – hökumətin və Polşa Maliyyə nazirliyinin bəyannaməsində belə deyilir. Müvafiq layihəni Polşa nazirlər Kabineti qəbul edib. Bu haqda Polşa radiosunun xarici xidmətindən məlumat verilib.

Polşa maliyyə nazirinin müavini Petr Novak bəyan edib:

“Əgər biz 4765 zlotı (1120 avro) təşkil edən orta əmək haqqından danışırıqsa, onda pul kisəsində il ərzində təxminən 4600 zlotı (1080 avro) qalacaq. Belə demək olar ki, bu məbləğ on üçüncü əmək haqqıdan daha çoxdur. Bu nöqteyi-nəzərdən bu, ölkəmizdə inqilabi bir dəyişiklikdir”.

26 yaşına kimi insanlar üçün vergi güzəştləri mühafizəkar “Hüquq və ədalət” partiyasının lideri Yaroslav Kaçinskinin siyasi proqramının bölümlərindən biri idi.  Onun digər başlıca vədləri arasında – ailələrə yardım proqramının genişləndirilməsi, pensiyaçılara on üçüncü əmək haqqının verilməsi və yerli avtobus marşrutlarının açılması kimi vədlər də yer alıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
gəlir vergisi gelir vergisi polyaklar

Bu məhsul üçün gömrük rüsumu müəyyən edilib

posted in: Xəbər | 0

Azərbaycana idxal edilən sənayedə tətbiq üçün heyvan yağlarına 5% gömrük rüsumu müəyyən edilib.

gomruk rusumu gömrük rüsumu Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi Borclar İdxal rüsumlarıNazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Qərara əsasən, qidada istifadə olunan məhsulların istehsalından başqa, sənayedə tətbiqi üçün heyvan yağına gömrük dəyərinin 5%-i həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.
Qeyd edək ki, indiyə qədər sənayedə tətbiqi üçün emulsiya halına gətirilməmiş və ya qarışıq olmayan, yaxud hər hansı başqa üsulla hazırlanmamış lyard-stearin və oleostearin yağlarına 5% idxal gömrük rüsumu, digərləri üçün 15% idxal gömrük rüsumu tətbiq olunub.
Mənbə: apa.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yanacaqdoldurma məntəqələrinin əlavə dəyər vergisi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Yanacaqdoldurma məntəqələrinin ƏDV öhdəliyi EDV

xidmətTarif Şurasının neft məhsullarının qiymətlərinin tənzimlənməsi barədə qərarına əsasən, yanacaqdoldurma məntəqələri neft məhsullarını tonla alır və litrlə təqdim edirlər. Bunun üçün də yanacaqdoldurma məntəqələrində əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydalarının izahına ehtiyac var. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. 

Hər növ neft məhsulunun tərkibindəki mayenin sıxlığı fərqli olduğundan, yəni 1 ton neft məhsulu 1.000 litr olmadığı üçün tonu litrə çevirmək üçün hər növ neft məhsuluna fərqli xüsusi çəki əmsalı tətbiq edilir ki. Bu da vergi ödəyicilərinə neft məhsullarının satışına görə verginin hesablanmasında müəyyən çətinliklər yaradır. Öncə Aİ-92 benzininin 1 litri üçün qiymətin necə formalaşdığını Tarif Şurasının qərarına və xüsusi çəki əmsalına əsaslanaraq ardıcıllıqla izah edək.

  1. Əvvəlcə bir ton Aİ-92 benzininin neçə litr olduğunu müəyyən edək. Bu benzinin xüsusi çəkisi 1,31 olduğundan 1 tonu 1.310 litrdir (1.000 x 1,31 = 1.310 lt.)
  2. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün Əlavə Dəyər Vergisi daxil olmaqla 1.052,8 manat olduğu üçün tərkibindən Əlavə Dəyər Vergisi məbləğini çıxardıqdan sonra ƏDV-siz məbləğ 892,2 manat (1.052,8:1,18 = 892,2 manat) olar. Bu halda hər litr üçün benzinin topdansatış qiyməti ƏDV-siz 0,68 manat ( 892,2 manat: 1.310 lt. = 0,68 manat) təşkil edir.
  3. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün Əlavə Dəyər Vergisi ilə 1.052,8 manat olduğundan, 1 ton üçün ƏDV 160,6 manat ( 1052,8 x 18:118 = 160,6 manat ) təşkil edir. Hər litr üçün ƏDV isə 0,12 manatdır (160,6: 1310 lt. = 0,12 manat) və ya hər litr üçün ƏDV 0,12 manat (0,68 x 18% = 0,12 manat). Bu halda 1 litrin qiyməti ƏDV ilə 0,8 manat (0,68 manat topdansatış qiyməti + 0,12 manat ƏDV = 0,8 manat) olar.
  4. Tarif Şurasının qərarına əsasən, 1 ton üçün yol vergisinin məbləği 26,2 manatdır və ya Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə uyğun olaraq, benzinin hər litri üçün yol vergisi 0,02 manat olduğundan 1 ton üçün yol vergisinin məbləği 26,2 manat (1.310 lt. x 0,02 manat = 26.2 manat yol vergisi) olar.
  5. Qərara əsasən, Aİ-92 benzininin topdansatış qiyməti Əlavə Dəyər Vergisi və yol vergisi ilə birgə 1 ton üçün 1.079 manat, hər litr üçün isə 0,82 manatdır (1.079 manat:1.310 lt. = 0,82 manat) və ya hər litr üçün 0,82 manat (0,68 manat topdansatış qiyməti + 0,12 manat Əlavə Dəyər Vergisi + 0,02 manat yol vergisi = 0,82 manat) təşkil edir.
  6. Tarif Şurasının Aİ-92 benzini üçün təsdiq etdiyi topdansatış (1 litr üçün 0,82 man.) və pərakəndə satış (1 litr üçün 0,9 manat) qiymətlərini təhlil edərkən, Aİ-92 benzininin hər litrinə pərəkəndə satış zamanı 0,08 manat ticarət əlavəsi tətbiq olunduğu görünür (0,9 man. pərakəndə satış qiyməti – 0,82 man. topdansatış qiyməti = 0,08 manat ticarət əlavəsi).

Misal: Tutaq ki, “A” yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında 30 ton Aİ-92 markalı benzin alıb və həmin benzini iyul ayında da təqdim edib. Tarif Şurasının qərarına əsasən Aİ-92 benzininin topdansatış qiyməti 1 ton üçün 1.052,8 (ƏDV-li) manat, pərakəndə satış qiyməti isə 1.179 (ƏDV-li) manatdır. Bu halda yanacaqdoldurma məntəqəsinin büdcəyə ödəyəcəyi vergi məbləğini müəyyən edək.

Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin aldığı Aİ-92 benzininə görə ödəməli olduğu ƏDV-nin məbləğini müəyyən edək.

  1. 30 ton Aİ-92 benzininin neçə litr olduğunu müəyyən edək. Aİ-92 benzinin xüsusi çəkisi 1,31 olduğundan, 30 ton Aİ-92 benzini 39.300 litr (30.000 lt. X 1.31 = 39.300 lt. ) olar.
  2. Alınmış nəticəyə əsasən, 39.300 litr benzinin ƏDV-siz dəyərini müəyyən edək. Aİ-92 benzininin hər litrinin Əlavə Dəyər Vergili topdansatış qiyməti 0,68 manat olduğundan alınmış 39.300 litr benzinin ƏDV-siz topdansatış qiyməti 26.724 manat (39.300 lt x 0,68 manat = 26.724 manat ) olar.
  3. Beləliklə, ƏDV-siz topdansatış qiyməti 26.724 manat olan benzinə görə hesablanmalı ƏDV-nin məbləğini müəyyən edək. ƏDV-nin dərəcəsi 18 faiz olduğundan, ƏDV-siz topdansatış qiyməti 26.724 manat olan Aİ-92 benzininə görə hesablanmalı ƏDV-nin məbləği 4.810 manat (26.724 manat x 18% = 4810 manat) olar.

Alınmış nəticəyə əsasən, 39.300 litr Aİ-92 benzininə görə hesablanmalı yol vergisinin məbləğini müəyyən edək. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsində göstərilir ki, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğundan, 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt x 0.02 = 786 manat) olar.

Deməli, “A” yanacaqdoldurma məntəqəsi 2019-ci ilin iyul ayında aldığı 30 ton Aİ-92 markalı benzin üçün topdansatış müəssisəsinə 32.320 manat (26.724 manat topdansatış qiyməti + 4.810 manat Əlavə Dəyər Vergisi + 786 manat yol vergisi) məbləğində pul ödəməlidir ki, bu əməliyyatlara görə 4.810 manat dəyərində Əlavə Dəyər Vergisini əvəzləşdirmək hüququ yaranır.

Yuxarıda qeyd etdiyimiz şərtləri nəzərə alaraq, məntəqənin 2019-ci ilin iyul ayında pərakəndə qaydada təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün büdcəyə ödəyəcəyi Əlavə Dəyər Vergisi məbləğini müəyyən edək. Bunun üçün əvvəlcə təqdim edilmiş 30 ton Aİ-92 benzininin Əlavə Dəyər Vergili pərakəndə satış dəyərini tapaq. Yuxarıda qeyd etdiyimiz kimi, 30 ton Aİ-92 benzini 39.300 litrdir. Tarif Şurasının qərarına əsasən, Aİ-92 benzininin 1 ltirinin Əlavə Dəyər Vergili pərakəndə satış qiyməti 0,9 manat olduğu üçün təqdim edilmiş 39.300 litr Aİ-92 benzininin Əlavə Dəyər Vergili pərakəndə satış qiyməti 35.370 manat (39.300 lt. x 0,9 manat = 35.370 manat) olar.

Sonrakı mərhələdə təqdim edilmiş 39.300 litr məbləğində Aİ-92 benzininin 35.370 manat dəyəri ilə onun daxilində olan yol vergisinin məbləğinin fərqini müəyyən edək. Çünki neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğin tərkibindən Əlavə Dəyər Vergisi çıxılaraq vergi hesablanır. Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə əsasən, benzinin hər litri üçün yol vergisinin məbləği 0,02 manat olduğu üçün alınmış 39.300 litr benzinə görə hesablanmalı yol vergisinin məbləği 786 manat (39.300 lt. x 0.02 = 786 manat) olar. Pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ 34.584 manat (35.370 manat pərakəndə satış qiyməti – 786 manat yol vergisi = 34.584 manat) olar. Beləliklə, həmin məbləğin tərkibindən Əlavə Dəyər Vergisi çıxıldıqdan sonra qalan 29.308,47 manat (34.584 : 1,18 = 29.308,47 manat) məbləğindən 5.276 manat (29.308,47 x 18% = 5.276 manat) Əlavə Dəyər Vergisi hesablanır.

Son mərhələdə “A” yanacaqdoldurma məntəqəsi 2019-cu ilin iyul ayında təqdim etdiyi 30 ton Aİ-92 benzini üçün hesabladığı 5.276 manat Əlavə Dəyər Vergisindən həmin benzini alarkən ödədiyi 4.810 manat Əlavə Dəyər Vergisini çıxdıqdan sonra büdcəyə 466 manat (5.276 manat – 4810 manat = 466 manat) Əlavə Dəyər Vergisi ödəyəcəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi ƏDV öhdəliyi EDV EDV EDV EDV EDV EDV EDV EDV