Mühasibat proqramları təkmilləşdirilməlidir

posted in: muhasibat, Xəbər | 0

Mühasibat proqramları təkmilləşdirilməlidir.

“Vergilər Nazirliyi qanunvericiliyin düzgün tətbiqinə nəzarəti həyata keçirir. Bununla yanaşı, tövsiyə olunur ki, sahibkarlar və vergi ödəyiciləri mühasibat proqramlarını tətbiq edərkən mütləq onların lisenziyalı olmasına diqqət yetirsin”. 

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov “vergiler.az” saytının “Rəsmi cavab” rubrikasında sahibkarların tətbiq etdiyi mühasibat proqramlarına münasibət bildirərkən belə deyib. Qeyd edib ki, hazırda iri və kiçik şirkətlər tərəfindən müxtəlif çoxfunksiyalı mühasibat proqramları tətbiq olunur. Lakin ölkədə mühasibat uçotu proqramlarının təkmilləşdirilməsinə ehtiyac var: “Yəqin ki, gələcəkdə bu proqramların təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Vergilər Nazirliyinin mühasibat uçotunun həyata keçirilməsində səlahiyyəti olan digər strukturlarla birlikdə mövcud proqramların mühasibat uçotu və vergi qanunvericiliyinə uyğun tətbiqi ilə bağlı işlər həyata keçirməsi istisna edilmir”.

 

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Mühasibat proqramları

Ali Audit Qurumları birgə Anlaşma Memorandumu imzalayıb

posted in: Xəbər | 0

4 müxtəlif ölkənin Ali Audit Qurumları birgə Memorandum imzalayıb

Hesablama vergi sirri hesablama palatası vergi ödəmələriAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “BMT-nin 2030-cu il Gündəliyinin məqsədlərinin nail olunmasına nəzarət üçün Şərq Tərəfdaşlığı ölkələrində Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.

Hesablama Palatasından verilən məlumata görə, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Layihənin açılış mərasimində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarusun Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GİZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmi şəxsləri çıxış ediblər.

Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi Şərq Tərəfdaşlığı ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və Ali Audit Qurumlarının (AAQ) əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.

Layihə AAQ-ların potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Şərq Tərəfdaşlığı ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır. Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Gürcüstanın Tbilisi şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmaları, nəticələri və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün forum, həmçinin maliyyə auditinə dair təlim, eyni zamanda Ukraynanın Kiyev şəhərində səmərəlilik auditinə dair təlim-seminar keçirilib.

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna AAQ-larının nümayəndə heyətlərinin rəhbərləri birgə Anlaşma Memorandumu imzalayıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Ali Audit Qurumları Memorandum
anlaşma memorandumu

İdxal rüsumları ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

İdxal rüsumları ilə bağlı Qərarda dəyişiklik edilib

Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi BorclarAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 aprel tarixli 150 nömrəli, 9 aprel tarixli 151 nömrəli, 12 aprel tarixli 165 nömrəli və 2 may tarixli 202 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin.

Dəyişikliyin tam mətninə nəzər yetirmək üçün faylı yükləyin: İdxal rüsumları ilə bağlı Qərar

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşəgötürənlərə 263 inzibati cərimə tətbiq olunub

posted in: Xəbər | 0

malların alış sənədiBu ilin altı ayında Dövlət Əmək Müfəttişliyinə vətəndaşlardan 3964 şikayət və 3106 məktub daxil olub. Müfəttişliyin rəhbərləri tərəfindən paytaxtda və ölkəmizin bölgələrində 708 vətəndaş fərdi qaydada qəbul edilib. İlin birinci yarısında vətəndaşlardan və hüquqi şəxslərdən edilən müraciətlərə əsasən 282 hüquq pozuntusu qeydə alınıb və 263 inzibati xəta haqqında cərimə tətbiq olunub.

Edilən müraciətlər nəticəsində 77 nəfər əvvəlki iş yerinə bərpa olunub, ödənilməyən 52 min manat sosial ödənişlər öz sahiblərinə çatdırılıb. Həmin müddətdə 94 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 24 nəfər həyatını itirib.

Bu barədə “Strateji uyğunluq planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq” siyasəti mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məlumat verib. Onun sözlərinə görə, ölkəmiz 2007-ci ildən Beynəlxalq Əmək Təşkilatına üzv qəbul olunub və təşkilatın 55 konvensiyasına qoşulub. Nazir müavini ölkəmizdə işçilərin əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi məsələləri, əmək qanunvericiliyinə əməl olunması sahəsində görülən işlərdən danışıb.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Beynəlxalq Əmək Təşkilatının Əmək Administrasiyasının əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsində məsul şəxs Joaquim Nunes çıxış ediblər.

Konfrans ayrı-ayrı sessiyalarda öz işini davam etdirir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
inzibati cərimə