Vakansiya: Kiçik Auditor tələb olunur

posted in: Audit, İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Kiçik Auditor

İşəgötürən: HR Recruitment Team

  • Şəhər: Bakı
  • Yaş: minimum 18 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
Vakansiya barədə məlumat:

– Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirməsi
– Planlaşdırılmış və qəfləti mal qalığının inventarizasiyasının aparılması
– Kassa qalıqlarının yoxlanılması
– Müvafiq audit hesabatların hazırlanması
– Auditlə bağlı digər tapşırıqların həyata keçirilməsi
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 10:00-dan 19:00-dək

Namizədə tələblər

– Ali təhsil dərəcəsi
– Fəaliyyət göstərdiyi sahədə müvafiq iş təcrübəsi
– Microsoft Office – təcrübəli istifadəçi
– Komanda şəklində iş bacarığı
– Güclü analitik bacarıqları
– Tez öyrənmək və uyğunlaşmaq bacarığı
– İş ilə bağlı səyahət etmək imkanı
– 1C proqramı üzrə biliklər
– Excel proqramı üzrə yüksək səviyyədə biliklər

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kiçik auditor” qeyd edərək CV formasını / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Kiçik Auditor

Daha bir elektron resurs istifadəyə verilib

posted in: Vergi, Xəbər | 0

kameral vergi hesabat bəyannamə ödənilməli vergilər İstifadəçi kodu parol fiziki şəxs Vergi müvəkkilləri Hüquqi şəxs sosial daxilolmalar Asan İmza vergi daxilolmaları aksizli mallarVergilər Nazirliyi tərəfindən daha bir elektron resurs istifadəyə verilib.

Nazirliyin rəsmi internet səhifəsində elektron kassaların istifadəsi ilə bağlı yeni bölmə yaradılıb. “E-kassa tətbiqi” adlanan bölmədən e-kassa operatorları üçün portala daxil olmaq mümkündür. Elektron kassa aparatlarının əldə olunması və istifadəsinə dair bütün məlumatlar e-kassa.gov.az sahifəsində yerləşdirilib.

E-kassa səhifəsindəki ilk bölmə bu sahə ilə bağlı qanunvericilik bazasıdır. Burada kassaların tətbiqi ilə bağlı qanun və qərarlar yer alıb. E-kassa haqqında bölmədə isə ümumi məlumatlarla yanaşı, onların növləri, tərkibi, istifadə xüsusiyyətləri və üstünlükləri barədə ətraflı informasiya təqdim olunub.

İstifadəçilər üçün nəzərdə tutulan bölmədə e-kassanın əldə edilməsi qaydaları, istismarı və əvəzləşdirilməsi şərtləri, eləcə də operatorlara texniki dəstək üsulları yer alıb. Səhifədə e-kassaların reyestri və modernləşdirilə bilən kassaların siyahısı üçün ayrıca bölmə yaradılıb. Digər bölmədə isə e-kassa operatorlarına dair tələblər, onların hüquq və vəzifələri verilib. Saytda e-kassalarla bağlı suallara cavab almaq mümkündür.

Daha ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz:

https://e-kassa.gov.az/

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
elektron resurs

Bill Gates varlı adamları daha çox vergi ödəməyə səslədi

posted in: Xəbər | 0

Bill Gates varlı adamları daha çox vergi ödəməyə səslədi.

Biznesmen artıq 10 milyard dollar vergi ödədiyini bəyan etdi və hesab edir ki, onun ödənişləri daha da yüksək ola bilər.

Zəngin insanların ödədiyi vergilərin payı ədalətlidirmi? Bill Gates hesab edir ki, ədalətli deyil. Bu ərəfələrdə o bildirib ki, 10 milyard dollarlıq yığım ödəsə də, bu azdır. Hesab edir ki, onun ödənişləri daha yüksək olmalıdır, xüsusilə də kapital artımı ilə bağlı.

Reddit istifadəçisi Gates-dən soruşduqda ki, onun fikrincə nə qədər vergi ödəməlidir, Bill cavab verib ki, varlı adamlar daha çox vergi ödəməlidirlər.

“Düşünürəm ki, bizim vergi sistemi daha mütərəqqi olmalıdır. (Varlı adamlar daha çox pay ödəməlidirlər).

Burada əsas məqam adi gəlirlərdə olduğu kimi kapital artımına və daşınmaz əmlaka görə də vergilərin artırılmasıdır. Avropa ölkələri daha çox vergi toplayırlar. Baxmayaraq ki, bunu həm də istehlak vergiləri vasitəsilə həyata keçirirlər, hansı ki, proqressiv olmayan vergilərdir”, – biznesmen belə yazıb.

“İnsanlar hökumətin daha çox şey etməsini istəyirlərsə, onu maliyyələşdirmək lazımdır və görürəm ki, təhsil və səhiyyə xidmətlərimizi inkişaf etdirməliyik. Belə ki, mən 10 milyard dollar ödəmişəm, amma, kapital artımına görə mən daha çox vergi ödəməliyəm”, – deyə Bill Gates əlavə edib.

Microsoft banisinin bəyanatı ciddi bəyanatdır. Bir ildən az müddətdə mülkiyyətdə olan aktivlər üçün kapitalın qısamüddətli artımı adi gəlir səviyyəsinə görə vergiyə cəlb edilir. Beləliklə, mülkləri və ya maşınları əlavə gəlir kimi satanlar əsas işdə əldə edilən gəlir üçün olduğu qədər vergi ödəyirlər.

Lakin uzunmüddətli kapital artımı üçün mülkiyyətində bir ildən artıq aktivləri olan varlı insanlar maksimum 20 faiz təşkil edirlər. Belə ki, bir çox varlıların etdiyi kimi pul qazanmaq, səhmlərə, əmlak və digər dəyərli şeylərə sərmayə yatırmaqla, vergiləri daha az ödəməli olursan.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergilər Nazirliyinin Apelyasiya Şurasında 69 şikayətə baxılıb

posted in: Xəbər | 0

Elektron sənəd işə qəbulVergilər Nazirliyinin Apelyasiya Şurasının 2019-cu ilin 1-ci yarımilliyində fəaliyyəti barədə

2019-cu ilin birinci yarımilliyində Vergilər Nazirliyinin Apelyasiya Şurasında ümumilikdə 69 şikayətə baxılıb. Bunlardan 7-si səyyar vergi yoxlamaları, 23-ü kameral vergi yoxlamaları, 11-i operativ vergi nəzarəti tədbirləri, 25-i vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi və 3-ü digər məsələlərlə bağlı olub.

Daxil olmuş şikayətlərdən 20 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb. Bunlardan 11-i tam, 1-i qismən təmin edilib, 8 şikayət isə təmin olunmayıb. 49 vergi ödəyicisinin şikayətinə qanunvericiliyin tələbləri rəhbər tutulmaqla mahiyyəti üzrə baxılmamış saxlanılıb. Buna səbəb şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, şikayətin verilmə müddətinin buraxılması və şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl edilməməsi olub.

Eyni zamanda, Şura tərəfindən icraata qəbul edilmiş şikayətlər üzrə baxılaraq qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilməyib.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Apelyasiya