Ciddi hesabat blanklarının tətbiq olunmaması zamanı vergi cərimələri tətbiq oluna bilər?

posted in: Xəbər | 1

Ciddi hesabat blanklarının tətbiq olunmaması zamanı vergi cərimələri tətbiq oluna bilər?

Ciddi hesabat blanklarıSual: Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 2017-ci il tarixli “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” da sadalanan sənədlərin (ciddi hesabat blankları) tətbiq olunmaması zamanı hansı vergi cərimələri tətbiq oluna bilər? Xatırlatmaq istəyirəm ki, söhbət elekton sənədlərdən getmir (elektron qaimə faktura və elektron vergi hesab fakturası)

Cavab: Bildiririk ki, qeyd olunan qanunvericilik aktında sadalanan sənədlər ciddi hesabat blanklarıdır. Onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.

Eyni zamanda, ilkin uçot sənədləri  maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

Ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur


Bax: Əvvəlki illərin məzuniyyəti üçün Sosial Sığorta hesabatında dəyişikliklər ediləcək

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa  qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədlərin, habelə elektron daşıyıcılarındakı məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, habelə elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə  sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.7-ci, 57.3-cü, 130.1-1-ci maddələri, 16 iyun 2017-ci il tarixli 1460 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın yekun müddəaları, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının  29 iyun 2004-cü il tarixli 716-IIQ saylı Qanunu.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün excel faylı

posted in: Excel, Xəbər | 0

Mühasibat excel faylı dövriyyə qalıq2019-cu il üzrə dövriyyə-qalıq cədvəlinin hazırlanması üçün excel faylı.


Bəzən mühasibat uçotunu yeni öyrənən zaman və əməliyyat sayı az olan şirkətin balansının yaradılması üçün dövriyyə-qalıq cədvəlinə ehtiyac yaranır.
Ümid edirik ki, təqdim etdiyimiz excel faylı sizin köməyinizə gələcəkdir. İstifadə etmədən öncə mütləq təlimatı oxuyun və unutmayın ki, fayl 2013-dən sonrakı Excel versiyalarında işləyir.
Faylı yükləyin: 2019-cu il üzrə Dövriyyə Qalıq Cədvəlinin hazırlanması üçün Excel faylı

 

Həmçinin bax:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

İnzibati Xətalar MəcəlləsiAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6, 15, 18, 23, 44; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli, 29 mart tarixli 1534-VQD, 1538-VQD, 1549-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD, 1561-VQD, 1562-VQD nömrəli, 03 may tarixli 1577-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43.1-ci maddəyə “290.3,” rəqəmlərindən sonra “295.6, 295.7,” rəqəmləri əlavə edilsin.

1.2. Aşağıdakı məzmunda 295.6-cı və 295.7-ci maddələr əlavə edilsin:

“295.6. Daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

295.7. Daşıyıcılar tərəfindən Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə –

vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.”.

Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi ilə bağlı müəyyən etdiyi qayda qüvvəyə mindikdən sonra yaranır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib

İşəgötürən: BRPG LLC

Vəzifələr:

– Mal-material və əsas vəsaitlərin uçotunun aparılması:
Mal-materiala dair alış sənədlərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifarişlərinə uyğun olub-olmamasının yoxlanılaraq işlənməsi;
Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması;
– Anbarlarla mütəmadi üzləşmələrin aparılması ;
– Aylıq inventarizasiyaların aparılmasının təşkili və onların aparılmasında iştirak edilməsi, nəticələrin təhlil edilməsi və mal-material uçotuna lazımi dəyişikliklərin edilməsi;
– Malgöndərənlərlə hesablaşmalın və  aylıq üzləşmələrin aparılması;
– Kassa və ezamiyyə sənədlərinin hazırlanması;
– Təh-təl şəxslərlə hesablaşmalar və onların uçotu;
– Tələb olunan hesabatların vaxtında və dəqiq hazırlanıb verilməsi.

Tələblər:

– Ali iqtisadi təhsil;
– Müvafiq sahə üzrə ən azı 2-3 il ciddi iş təcrübəsi;
– 1C 8.2,8.3 proqramlarında yaxşı işləmə bacarığı;
– Ofis proqramlarında işləmə bacarığı;
– Yüksək analitik qabiliyyət, cəld işləmə bacarığı;
– İşə məsuliyyətli yanaşmaq, dəqiq və səliqəli işləmək, nizam-intizama riayət etmək;
– Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dili bilikləri üstünlükdür)

Vakansiya şərtləri:

İş qrafiki:
– Bazar ertəsi – cümə: saat 9:00 – 18:00
– Şənbə:  saat 9:00 – 15:00

– Nahar ilə təmin olunma.

– Əmək haqqı:  800-1000 AZN

– 3 aylıq sınaq müddəti nəzərdə tutulur.

Vakansiyaya uyğun olan namizədlər  CV-lərinizi  / ünvanına  mövzu yerində Mühasib yazaraq göndərə bilərlərsiniz.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.