İşsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

“İşaxtaran və İşsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

Ticarət fəaliyyəti Peşəkar mühasib sertifikatı hüquqi İşsiz peşə

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının 1.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“İşaxtaran və İşsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının
Baş Naziri                  Novruz Məmmədov
Faylı yükləyin:  İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Binə” və “Sədərək”-də sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür

posted in: Vergi, Xəbər | 0

seminar məlumat mübadiləsi xitam vergidən yayınma“Bakının “Binə” və “Sədərək” ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”.

Bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, bu obyektlərdə mallar sənədsiz satılıb ki, bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradıb.

“Prezident İlham Əliyev idxal-ixrac sahəsində şəffaflaşmasının təmin olunması ilə bağlı sərəncam imzalayıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən də müvafiq addımlar atılıb. Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub”, – N. Şirinov qeyd edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bəzi icbari sığorta növləri üzrə baş verəcək hadisələr zamanı zərərçəkmiş şəxslərin ala biləcəyi sığorta məbləğləri

posted in: Xəbər | 0

İcbari növlər üzrə sığorta məbləğləri

Milyonçu sığortaHadisə qaçınılmaz olduğu kimi hadisədən sığortalanma da qaçınılmaz olmalıdır. Bu əsasla da heç kim sığortalanmayıb ifadəsini asanlıqla dəyişmək mümkündür.

Bu yazıda bəzi icbari sığorta növləri üzrə baş verəcək hadisələr zamanı zərərçəkmiş şəxslərin ala biləcəyi sığorta məbləğlərindən bəhs edəcəyik.

– Hamıya icbari avtomobil sığortası adıyla tanış olan və əslində heç də avtomobilin deyil, avtomobili qanuni əsaslarla idarə edən şəxsin mülki məsuliyyətini, yəni başqalarına vuracağı zərəri kompensasiya edən bu sığorta növünə görə zərərçəkmişin əmlakına dəymiş zərərə maksimum 5000 manat məbləğində ödəniş verilir. Hadisə zamanı zərərçəkmişin ölümü halında isə ailə üzvlərinə 5000 manat məbləğində birdəfəlik ödəniş edilir.

– Bakı şəhərində 25000, Gəncə, Sumqayıt və Naxçıvanda 20000, digər ərazidə yerləşən yaşayış evi və mənzillərə görə 15000 manat məbləğində maksimum sığorta ödənişi nəzərdə tutan daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış sahələri əmlakın real bazar dəyəri nəzərə alınmaqla sığortalanır. Bu halda isə müqavilə üzrə müəyyən edilmiş məbləğdə zərərçəkmişə sığorta ödənişi verilir.

–  Hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələrin ərazisində təmir, yenidənqurma və digər işlərin aparılması zamanı başqalarının əmlakı və sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası halında mümkündür. Bu halda 1 nəfərin ölümünə görə 5000 manat, əmlaka dəyən zərərə görə isə 50 000 manat məbləğində maksimal ödəniş verilməsi nəzərdə tutulur.

– Hərbi qulluqçuların icbari şəxsi sığortası üzrə ölüm halında 11 min manat məbləğində sığorta ödənişi verilməsi nəzərdə tutulub.

– Hüquq-mühafizə orqanı işçilərinin icbari sığortası üzrə isə şəxsin 5 illik əmək haqqı məbləğində vərəsələrinə sığorta ödənişi ölüm halında verilir.

– Auditorun peşə məsuliyyətinin icbari sığortası üzrə maksimum məbləğ tərəflər arasında imzalanacaq müqavilə ilə müəyyən olunsa da, qanunvericilik fiziki şəxs auditora görə minimal olaraq 1000 manat, hüquqi şəxs auditora görə isə 3000 manat məbləğində ödəniş məbləğinin müəyyən edilməsini əsas tutmuşdur.

– Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən şəxslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.

Xatırladaq ki, sığorta ödənişləri hər bir halda yalnız nağdsız qaydada həyata keçirilir.
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmək müqaviləsinə xitam verilməsi qaydası

posted in: Müqavilələr, Xəbər | 6

Əmək müqaviləsi emek muqavilesiƏmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilən əsaslar aşağıdakılardır:
• tərəflərdən birinin təşəbbüsü;
• əmək müqaviləsinin müddətinin qurtarması;
• əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
• müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;
• tərəflərin iradəsindən asılı olmayan hallar;
• tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
• Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
• müəssisə ləğv edildikdə;

• işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
• peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
• işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
• sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
• dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

İşəgötürənin öhdəlikləri:

Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:
• müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;
• işçinin adı, atasının adı və soyadı;
• əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;
• əmək müqaviləsinin ləğv edilməsinin əsası;
• həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi;
• əmək müqaviləsi ləğv edilən gün, ay və il;
• əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Bunun üçün “Elektron hökumət” portalında (https://www.e-gov.az/) “E-xidmətlər” bölməsinin ƏƏSMN tərəfindən təqdim olunan xidmətlər siyahısından “Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti seçildikdən sonra “Əsas səhifə”dən “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” menyusu seçilir. Bu pəncərədən “Əməliyyatlar” bölməsində yerləşən “Axtarış etmə imkanı” əmri vasitəsi ilə “işçi məlumatları” və ya “bildiriş məlumatları” üzrə axtarış etmək mümkündür. Qeyd olunan axtarış sahələrindən hər hansı birinə axtarış üçün göstərici daxil edərək “Axtar” düyməsi sıxılır.

Bu zaman axtarışa uyğun olaraq aşkar edilmiş məlumatlar cədvəldə əks olunur. Müvafiq işçi barədə məlumatlar seçildikdən sonra “Əməliyyatlar” bölməsindən “Xitam ver” əmri seçilir. Açılan məlumatların daxil edilməsi pəncərəsində əmək müqaviləsinə xitam verilməsi səbəbi soraqçadan seçilir, əmrin nömrəsi, tarixi və xitam tarixi əl ilə qeyd edilir. Müddətli bağlanmış əmək müqaviləsinin müddəti bitdikdə 7 gün ərzində xitam ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilmədikdə müqavilənin müddəti onda qeyd edilmiş müddət qədər uzadılır. 7 gün keçdikdən sonra xitam verilərsə əmək müqaviləsi bildirişi sistemə daxil edilərkən “Xitamın gecikmə səbəbi” soraqçadan seçim edilməlidir. “İşçini qiymətləndirin” bölməsindən işçinin əmək fəaliyyəti dövrü qiymətləndirilə bilər. Məlumatların doğruluğuna əmin olduqdan sonra “Təsdiqlə” düyməsi sıxılır.

Təsdiqdən sonra ekranda avtomatik olaraq əmək müqaviləsi bildirişinin imzalanması pəncərəsi açılır. Bu pəncərədə “İmzalamaq” düyməsi sıxılır və tələb olunan məlumatlar ardıcıllıqla daxil edilir. Əməliyyat yekunlaşdıqdan sonra bildirişin uğurla imzalanması barədə xəbərdarlıq ekranda əks olunur. “Yadda saxla” düyməsi vasitəsi ilə imzalanmış variant sistemdə saxlanılmalıdır.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.