Əmək müqaviləsində göstərilməsi tələb olunan şərtlər hansılardır?

posted in: Müqavilələr, Xəbər | 0

emek muqavilesi əmək müqaviləsiİşçi ilə işəgötürən arasında əmək müqaviləsi 2 nüsxədən az olmayaraq tərtib olunmaqla yazılı formada bağlanılır, tərəflərin imzası (işəgötürən hüquqi şəxs olduqda – möhürü ilə də) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

Əmək müqaviləsi-ndə mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:

• işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, fin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
• işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;

• işçinin iş yeri, vəzifəsi (peşəsi);
• əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
• əmək müqaviləsinin müddəti;
• işçinin əmək funksiyası;
• işçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək
məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
• tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
• işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi
üçün şəraitin yaradılması;
• tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
• ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta
şəhadətnaməsinin nömrəsi (SSN);
• işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd.
Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət vergi orqanlarına işə qəbul qaydaları

posted in: Vergi, Xəbər | 0

Dövlət vergi orqanlarına işə qəbul qaydaları

Elektron sənəd vergiDövlət vergi orqanlarına işə qəbul ilə əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi
Q A Y D A L A R I
I. Ümumi müddəalar 
  1. Bu Qaydalar “Dövlət qulluğu haqqında Qanun“a , “Dövlət orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə“yə, “Dövlət orqanlarında xidmət haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış və dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması məsələlərini, müsabiqənin keçirilməsini, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunmasını və ehtiyat kadrlar siyahısına (bundan sonra – siyahı) daxil edilməsini, ehtiyat kadrların idarə edilməsini və siyahıdan çıxarılmasını tənzimləyir.
  2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, müsabiqənin keçirilməsinin və ehtiyat kadrların formalaşdırılmasının məqsədi dövlət vergi orqanlarında vakant vəzifələr yarandıqda uyğun namizədləri həmin vəzifələrə təyin etməkdən ibarətdir və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra – nazirlik) kadr siyasətinin həyata keçirilməsi istiqamətində apardığı işin tərkib hissəsidir.
  3. Vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi nazirliyin Müsabiqə Komissiyası (bundan sonra – komissiya) və İnsan resursları idarəsi (bundan sonra – müvafiq struktur  vahid) tərəfindən həyata keçirilir.
  4. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, müsabiqənin keçirilməsinin, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi qanunçuluq, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir.
II.  Sənədlərin toplanması və yoxlanılması
  1. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət edən şəxs müəyyən edilmiş formada elektron ərizə ilə nazirliyə müraciət edir.
  2. Ərizə nazirliyə daxil olduğu vaxtdan 5 gün müddətində müvafiq struktur vahid tərəfindən namizədin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədi ilə ilkin yoxlama aparılır və yoxlamanın nəticəsi barədə namizədə elektron qaydada məlumat göndərilir.
  3. Namizəd elektron ərizə formasında göstərilən məlumatların doğruluğuna cavabdehdir və təhrif olunmuş məlumatlar verdikdə müsabiqəyə buraxılması barədə ərizəsi əsaslandırılaraq (səbəb göstərilməklə) rədd olunur.
  4. Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş şəxsin məhkumluğunun yoxlanması məqsədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu göndərilir.
  5. Elektron ərizə qəbulu başa çatdıqdan sonra test imtahanlarında iştirak edəcək namizədlərin siyahısı və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (bundan sonra – TQDK) təqdim olunur.  Test imtahanına 3 gün qalmış nazirlik tərəfindən namizədlərə imtahana buraxılış vərəqəsi verilir.
  6. Aşağıdakı qeyd olunan namizədlər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar:

10.1.  Azərbaycan Respublikasının vətəndaşı olmayanlar;

10.2.  dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər;

10.3. bu qaydaların 17-ci bəndində qeyd olunan şəxslər istisna olmaqla yaşı 35-i keçmiş vətəndaşlar;

10.4. əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;

10.5. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;

10.6. üzərindən məhkumluğu  götürülməyən və ya ödənilməyən namizədlər.

  1. Müsahibə mərhələsini keçən namizədlər işlə təmin olunmaları üçün 5 gün ərzində aşağıdakı sənədləri nazirliyin müvafiq struktur vahidinə təqdim edir:
    11.1. şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş);
    11.2. tərcümeyi-hal (blank nazirlik tərəfindən verilir);
    11.3. kadrların şəxsi uçot vərəqəsi (blank nazirlik tərəfindən verilir);
    11.4. 4×6 ölçüdə 2 ədəd, 9×12 ölçüdə 1 ədəd ağ  fonda kağız daşıyıcıda və 3×4 elektron daşıyıcıda (kişilər kostyumda və qalstukda) fotoşəkil;
    11.5. ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada notarifikasiya olunmalıdır);
    11.6. əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış;
    11.7. yaşadığı yerin poliklinkasından sağlamlıq barədə arayış;
    11.8. narkoloji dispanserindən yoxlama aktı və arayış;
    11.9. yaşadığı ünvan və ailə tərkibi barədə arayış;
    11.10. Nikah və ya boşanma haqqında şəhadətnamənin, uşaqların doğum haqqında şəhadətnamələrin surətləri (notarial qaydada təsdiq olunmuş);
    11.11. Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş).
  2. Müsahibə mərhələsindən keçdikdən sonra nazirlik tərəfindən müəyyən olunmuş müddət ərzində bu Qaydaların 13-cü bəndində göstərilən sənədlərdən hər-hansı birini təqdim etməyən və təqdim etdiyi sənədlərdə ilkin ərizədəki məlumatlardan fərqli məlumatlar təqdim edən namizədlər siyahıya və vergi orqanlarına xidmətə qəbul edilmirlər. Bu halda namizədə yazılı məlumat verilir.
  3. Bu Qaydaların 11-ci bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Namizəd nazirliyə özünü xarakterizə edən başqa sənədləri təqdim edə bilər.
  4. Müsabiqəni müvəffəqiyyətlə keçmiş hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olan namizədlər bu fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.
III. Müsabiqənin keçirilməsi
  1. Dövlət vergi orqanlarında boş ştat vahidləri yarandıqda komissiyanın qərarı ilə işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi barədə qərar qəbul olunur. Müsabiqə hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi  məqsədilə keçirilir və bu barədə elan kütləvi informasiya vasitələrində dərc olunur.
  2. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
  3. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir.
  4. Müsabiqənin test imtahanı TQDK tərəfindən, müsahibə mərhələsi isə komissiya tərəfindən keçirilir.
  5. Zəruri hallarda komissiyanın işinə hüquqşünaslar, ekspertlər və mütəxəssislər cəlb edilə bilər.
  6. Hər hansı şəxs və ya qurum tərəfindən bilavasitə, yaxud dolayı yolla komissiyanın işinə təsir, hədə, qanunsuz müdaxilə yolverilməzdir.
  7. Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar iclas keçirir. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə əvvəlcədən məlumat verilir.
  8. Komissiya, üzvlərindən üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səsçoxluğu ilə qəbul edilir. Qəbul edilmiş qərar iclasda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın sədri sonuncu səs verir. Komissiya üzvünün xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.
  9. Komissiyada TQDK tərəfindən təqdim edilmiş test imtahanlarının nəticələrinə baxıldıqdan sonra namizədlərlə müsahibənin keçirilməsi barədə qərar verilir.
  10. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə nazirliyin müvafiq struktur vahidi tərəfindən ən azı 2 gün əvvəl məlumat verilir.
  11. Müsahibəyə başlayarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan komissiyanın üzvü həmin namizədlə söhbətdə iştirak etmir. Namizəd müsahibə başlamazdan əvvəl komissiya üzvlərinin hər-hansı birinin iclasda iştirakına əsaslandırılmış etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.
  12. Hər bir namizədlə müsahibə fərdi qaydada 20 dəqiqə aparılır. Müsahibə zamanı namizədə onun ümumi dünya görüşünü, Azərbaycan Respublikasının Konstitusiyasını, vergi qanunvericiliyini, iqtisadi siyasətlə bağlı digər hüquqi aktları tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi üçün müvafiq suallar verilir və ya namizəd 5-7 dəqiqə ərzində əvvəlcədən nazirlik tərəfindən müəyyən olunmuş təqdimat formasına (əlavə olunur) uyğun çıxış edir. Müsahibə prosesi videoçəkiliş vasitəsilə qeydə alınır.
  13. İnterview zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 balların biri ilə qiymətləndirilir. Verilmiş qiymətlər toplanılaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünərək orta bal çıxarılır. Müsahibənin nəticəsi üzrə namizədin orta balı “3”-dən çox olduqda həmin namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.
  14. Müsabiqədə bərabər nəticələr əldə etmiş namizədlərdən elmi dərəcəsi olanlara, xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara və vergi orqanlarında əvvəllər iş stajı olanlara üstünlük verilir.
  15. Komissiya müsahibənin nəticəsindən asılı olaraq namizədin siyahıya daxil edilməsi  və ya edilməməsinin tövsiyə edilməsi barədə iki qərardan birini qəbul edir.
  16. Müsahibə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq müsabiqənin nəticələri elan olunur və mətbuatda dərc edilir.
  17. Komissiyanın qərarlarından razı olmayan namizəd müsabiqənin nəticələri elan olunduğu gündən 5 iş günü müddətində vergilər nazirinə apelyasiya qaydasında şikayət edə bilər. Şikayət əsasında namizədin müsahibədə verdiyi cavablar araşdırılır. Zəruri hallarda şikayətə namizədin özünün iştirakı ilə baxıla bilər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.
IV. Namizədin ehtiyat kadrlar siyahısına daxil edilməsi
  1. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd nazirliyin müvafiq əmri və ya komissiyasının qərarına əsasən siyahıya daxil edilir və iki il müddətində siyahıda saxlanılır. Həmin müddət bu barədə qərarın qəbul edildiyi gündən başlayır.
  2. Müsabiqənin nəticələrinə görə siyahıya daxil edilmiş namizədlər (bundan sonra – ehtiyat kadr) vergilər nazirinə təqdim edilir. Vergilər naziri ehtiyat kadrlar sırasından müvafiq vakant ştat vahidlərinə uyğun təyinat aparır. Vergilər naziri ehtiyat kadrların vakant vəzifələrə təyin olunması zamanı onları müsabiqədə topladıqları ballar üzrə siyahı ardıcıllığı, ixtisasları əsas götürülür və namizədlər balların azalması prinsipi ilə vəzifələrə təyin olunurlar. Ehtiyat kadrların sayı vergi orqanlarında vakant olan ştat vahidlərinin sayından çox olduqda vəzifəyə təyin olunmamış ehtiyat kadrlar siyahıda saxlanılırlar.
  3. Siyahıda ehtiyat kadr və onun peşə göstəriciləri haqqında zəruri hesab edilən məlumatlar göstərilir. Siyahı Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilir və həmin sistemdə idarə olunur.
  4. Namizədin siyahıya daxil edilməsi onun digər müsabiqələrdə iştirakına və əmək hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmur.
V. Ehtiyat kadrlarla işin aparılması
  1. Nazirliyin müvafiq struktur vahidi ehtiyat kadrların şəxsi işlərini mühafizə edir, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görür, ehtiyat kadrın müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış edir və ehtiyat kadrın müraciəti əsasında onun şəxsi işində müvafiq dəyişikliklərin aparılması məqsədilə lazımi şərait yaradır.
  2. 1. Ehtiyat kadrlar vakant vəzifələrə təyin olunmaq üçün aşağıdakı qaydalara uyğun olaraq seçilirlər:
  • müvafiq struktur vahidin təşəbbüsü ilə ehtiyat kadrın ərizəsində seçdiyi vakant vəzifəyə və ya ona uyğun vakant vəzifəyə uyğun olaraq;
  • vergi orqanlarında təqdim edilmiş ehtiyat kadrlar siyahısından vakant vəzifələrə müvafiq olaraq bir və ya bir neçə namizədin seçilməsi yolu ilə;
  • spesifik bilik və bacarıq tələb olunan sahələrə uyğun namizədlərin seçilməsi yolu ilə.

37.2. Bu qaydaların 37.1-ci bəndində nəzərdə tutulmuş qaydada seçilmiş namizəd vakant vəzifəyə təyin edilməsi məqsədi ilə müvafiq vergi orqanları ilə razılaşdırılır. Vergi orqanlarında mövcud olan bir vakant vəzifə üzrə həmin orqanın rəhbərinə bir neçə namizəd təqdim olunur və uyğun olanı həmin namizədlər arasından seçilir.

  1. Müvafiq struktur vahid ehtiyat kadrın peşəkar göstəricilərinin hər hansı vergi orqanında yaranmış vakant vəzifənin tutulması şərtlərinə uyğun olması qənaətinə gələrsə, bir və ya bir neçə ehtiyat kadrın şəxsi işini və ya onlar haqqında qısa məlumatları vergi orqanına təqdim edir.
  2. Ehtiyat kadrların vergi orqanlarına təqdim olunması və vəzifəyə təyin olunması zamanı bu qaydaların 33-cü bəndində qeyd olunan ardıcıllıq əsas götürülür.
  3. Vakant vəzifəyə təyin edilmək üçün ehtiyat kadrların zəruri məlumatlarını əks etdirən qısa məlumat vərəqi vergi orqanına təqdim edildikdə, həmin orqanının rəhbəri beş iş günü müddətində onlardan birinin vəzifəyə təyin edilməsi barədə təklifi müvafiq struktur vahidə təqdim edir.
  4. Ehtiyat kadr vəzifəyə təyin olunduğu struktur bölmədə 2 il xidmət etdikdən sonra onun xidmət yerinin dəyişdirilməsi barədə məsələyə müvafiq struktur vahiddə baxıla bilər.
VI. Ehtiyat kadrın siyahıdan çıxarılması
  1. Ehtiyat kadrın siyahıdan çıxarılması aşağıdakı hallarda həyata keçirilir:
  • siyahıda saxlanılma müddəti bitdikdə;
  • bu Qaydalara uyğun olaraq vəzifəyə təyin edildikdə;
  • Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;
  • öz arzusu ilə yazılı müraciəti olduqda;
  • barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
  • vəfat etdikdə;
  • məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab olunduqda;
  • bu Qaydaların 37.1-ci bəndində göstərilən əsaslarla təklif olunmuş vakant vəzifədə işləməkdən imtina etdikdə nazirliyin əmri və ya komissiyanın qərarına əsasən.
  1. Bu Qaydaların 42-ci bəndinin 6-cı yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla siyahıdan çıxarılmış namizədə nazirlik tərəfindən yazılı məlumat verilir.
VII. Yekun müddəa
  1. Müvafiq struktur vahid müsabiqənin elan olunması, keçirilməsi, sənədlərin toplanması, namizədlərin siyahıya daxil edilməsi və siyahıdan çıxarılması istiqamətində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır və bu haqda ümumiləşdirilmiş məlumatların nazirlik tərəfindən dərc edilməsi nəzərdə tutulan illik hesabatlara daxil edə bilər.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda banklarla bağlı yeni cəza növü müəyyənləşib

posted in: bank, Xəbər | 0

Azərbaycanda banklar ilə bağlı yeni cəza növü müəyyənləşib

açıq valyuta banklarAzərbaycanda maliyyə bazarlarına nəzarət orqanına (Maliyyə Bazarlarına Nəzarət Palatası – red.) haqların ödənilməməsinə görə cəza müəyyənləşib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Məcəllənin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib: “Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə – vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimə edilir.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yaxın gələcəkdə Azərbaycanda online kassalar tətbiq olunacaq

posted in: Xəbər | 0

Yaxın gələcəkdə Azərbaycanda online kassalar tətbiq olunacaq

səyyar vergi online kassalarYaxın gələcəkdə Azərbaycanda online rejimdə işləyən kassalar tətbiq olunacaq.
Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Sahibkarlar gününə həsr edilmiş “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, artıq test rejimində bu işlərə başlanılıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq onlayn kassa aparatları təsdiq olunacaq. Bu zaman da sahibkarların üzərinə əlavə yük düşməyəcək. Amma bu sahədə də vərdişlərlə bağlı problemlər var. Uzun müddət formalaşmış vərdişləri dəyişmək çətindir. Lakin bu vərdişlərin dəyişməsini uzun müddət gözləyə bilmərik”.
Mənbə: apa.az
Mənbə: “Vergi Məcəlləsinə bu il ciddi dəyişikliklər edilməyəcək”

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.