1000 manat məvaciblə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Prior Leasing

Əmək haqqı: 1000 AZN

Mühasib üçün tələblər

– Maliyyə və Mühasibat sahəsində ali təhsil;
– Mühasibatlıq üzrə minimum 3 il iş təcrübəsi;
– MS Office (xüsusilə MS Excel), 1c 8.3 proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
– Vergi qanunvericilikləri üzrə məlumatlı, ilkin uçot sənədləri barədə məlumatlı, aktiv öhdəlik-kapital maddələri və müxabirləşməni bilməli;
– Xarici dil biliyi üstünlükdür;
– Riyazi bilikləri yüksək, məsuliyyətli və işgüzar;

Vakansiya barədə məlumat

– Əsas vəsaitlərin uçotu və amortizasiyanın hesablanması;
– Debitor və kreditor borcların uçotunun aparılması;
– Gündəlik mühasibatlıq əməliyyatları və sənədləşmənin aparılması;
– Gəlir və xərclərin hesablanması;
– Banklarla və digər orqanlarla hesablaşmalar;

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  9:00  – 18:00
– Şənbə : 10.00  – 16.00
– İş yeri Ağ şəhər biznes mərkəzində yerləşir

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini  /  ünvanına göndərə bilərlər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycanda əcnəbilərə iş icazəsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib

cərimələr


Milli Məclisin 30 may tarixində keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə rüsumları nəzərdə tutur.

Layihəyə əsasən, əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 10 gün iş günü müddətinə verildikdə 3 ayadək 700, 6 ayadək 900, 1 ilədək 1400, 15 iş günü müddətinə verildikdə 3 ayadək 500, 6 ayadək 700, 1 ilədək 1200, 20 iş günü müddətinə verildikdə 3 ayadək 350, 6 ayadək 600, 1 ilədək 1000 manat rüsum ödəniləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Dəyişikliyin iyulun 1-dən qüvvəyə minməsi gözlənilir.

Mənbə: report.az


Bax: Milli Məclis əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni qəbul edib

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı hallarda əmək müqaviləsi, hansı hallarda isə xidmət müqaviləsi bağlanılır?

posted in: Müqavilələr, Xəbər | 0

Hansı hallarda əmək müqaviləsi, hansı hallarda isə xidmət müqaviləsi bağlanılır?


İşçi müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildikdə, əmək münasibətlərinin tərəfləri olan işəgötürən ilə işçi arasında Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri əks etdirilməklə fərdi qaydada olmaqla yazılı formada Əmək müqaviləsi bağlanılır.
İş və xidmət icraçısı tərəfindən sifarişçiyə hər hansı iş və xidmət göstərildiyi halda sifarişçi və icraçı arasında Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə formasında Xidməti müqavilə bağlanılır. Məsələn, podrat, tapşırıq, komisyon, müəlliflik müqaviləsi və s.
Xidmət müqaviləsinin tərəfləri Sifarişçi (xidmətləri satın alan tərəf) və İcraçıdır (Xidmətləri göstərən tərəf). Xidmət müqaviləsi 18 yaşına çatmış fiziki şəxslə imzalana bilər.
Mənbə: taxes.gov.az

Bax: Əmək münasibətlərinin tərəfləri kimlərdir?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Milli Məclis əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni qəbul edib

posted in: Xəbər | 0

Mühasibat UçotuMilli Məclis əcnəbilərə güzəştləri nəzərdə tutan layihəni qəbul edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsi və digər güzəştlərlə bağlıdır.

Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.


Bax: Bu xidmət Vergilər Nazirliyinin tərkibinə verilib

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb.

Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Məcəllənin digər maddələrinə də dəyişikliklər edilib.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.