Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair yeni QAYDALAR
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 08 may 2019-cu il tarixli 1917050000008600 nömrəli qərarı ilə Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar təsdiq edilmişdir. Qaydaların tam mətnini Sizə təqdim edirik.
Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair
Q A Y D A L A R
1. Ümumi müddəalar
1.1. “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar” (bundan sonra – Qaydalar) “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamının 2.2-ci bəndinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinin və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – Vergi Məcəlləsi) ilə müəyyən edilmiş vergilərin, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının (bundan sonra – sığorta haqları) vergi orqanı tərəfindən yerlərə getmədən hesablanması, habelə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan digər məlumatlar əsasında aparılan vergi yoxlamaları üzrə vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərini və bu proseslər üzrə Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra – AVİS) vasitəsilə həyata keçirilən prosedurları əks etdirir.
1.3. Kameral vergi yoxlamaları Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:
1.3.1. Kameral vergi yoxlaması vergi ödəyicisi və ya sığortaedən tərəfindən vergi bəyannaməsinin və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların, vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamələr, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar, habelə bu Qaydaların 1.3.2-ci yarımbəndində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamələr və hesabatlar üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
1.3.2. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra – dəqiqləşdirilmiş vergi bəyannaməsi), və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu Qaydaların 8 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir.
1.3.3. Kameral yoxlama aparmaq üçün təqdim olunmuş bəyannamə və ya hesabatlar ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən və ya sığortaedəndən əlavə məlumat, sənəd və izahat tələb edə bilər;
1.3.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində bu Qaydaların 5 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən vergilərin və sığorta haqlarının hesablanmasına dair vergi orqanının qərarı göndərilir;
1.3.5. Vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla), xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər;
1.3.6. Kameral yoxlama zamanı vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda vergilərin və sığorta haqlarının düzgün hesablanmaması (vergi və (ya) sığorta haqlarının məbləğinin az göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatları, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanlarının əlaqəli məlumatlara əsasən vergiləri və sığorta haqlarını hesablamaq hüququ vardır;
Yazının ardına nəzər yetirmək üçün faylı yükləyin: Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar
Mənbə: taxes.gov.az
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Əmək Məcəlləsinin 4 maddəsində dəyişiklik edilib
Əmək Məcəlləsinin 4 maddəsində dəyişiklik edilib
Azərbaycan Respublikası Presidentinin 22.05.2019-cu il tarixli Sərəncamı ilə Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilmişdir:
- 66-cı maddənin on ikinci abzasına, 67-2-ci maddənin adına və 1-ci hissəsinə, 70-ci maddənin “Qeyd”inə “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin;
- 124-cü maddənin 6-cı hissəsində “məktəblərində, peşə liseylərində” sözləri “təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin.
Dəyişikliyin tam Mətni:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının aşağıdakı məcəllələrini “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923,
№ 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11,
maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1418-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 66-cı maddənin on ikinci abzasına, 67-2-ci maddənin adına və 1-ci hissəsinə, 70-ci maddənin “Qeyd”inə “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin;
1.2. 124-cü maddənin 6-cı hissəsində “məktəblərində, peşə liseylərində” sözləri “təhsili müəssisələrində” sözləri ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011,
№ 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509,
№ 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1413-VQD nömrəli Qanunu) 102.6.2-ci maddəsindən “texniki-peşə məktəblərinin şagirdləri,” sözləri çıxarılsın.
Maddə 3. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171,
№ 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7 (I kitab), maddə 1422, № 10, maddələr 1971, 1978, № 11, maddə 2225) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 8.2.5-ci maddədə, XII fəslin və 100-cü maddənin adında, 100.1, 100.2, 100.3-cü maddələrdə, 100.4-cü maddənin birinci cümləsində, 100.5-ci və 100.6-cı maddələrdə, 119.3-cü maddənin birinci cümləsində və 130.2-ci maddədə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin;
3.2. 100.7-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2019-cu il.
Mənbə: president.az
Bax: Vergi Məcəlləsinin 4 maddəsində dəyişiklik edilib
TELEGRAM KANALIMIZA ÜZV OLUN
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasib – Dubai International Hotel
Vakansiya: Mühasib
İşəgötürən: Dubai International Hotel
-
Şəhər: Bakı
-
Yaş: 26 – 50 yaş
-
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
-
Əlaqədar şəxs: Cəmilə xanım
-
Telefon: (051) 229-31-15 / (012) 565-99-91
- Əmək haqqı: 600 – 900 AZN
Vakansiya barədə məlumat
– Otelin bütün mühasiblik işlərini aparacaq (Əmək haqqlarının hesablanması/köçürülməsi, Vergi işlər, mühasibatlıq işləri və s)
– İş saatı: 1-5 günlər, 09:00-dan 17:00-dək
– Şənbə: 09:00-dan 15:00-dək
– Gündəlik nahar yeməyi ilə işçi təmin olunacaqdır
Mühasib üçün tələblər
– İngilis dilində danışa bilən namizədlər axtarılır ancaq
Mənbə: boss.az
Vakansiya: Mühasib