Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

posted in: Xəbər | 0

Büdcə təsnifatı Elektron sənədlərin mübadiləsiAzərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi.

Nazirlər Kabineti 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş qaydaya dəyişiklik edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Bundan əvvəl bu tələb 30 gün sonra olaraq müəyyən olunmuşdu.

Qeyd edək ki, müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyəti-ni tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.
Mənbə: trend.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yoxlamaların əhatə dairəsi dəqiqləşdirilir

posted in: Xəbər | 0

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik gözlənilir. Artıq bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Prezidentin təqdimatı ilə parlamentə daxil olmuş qanun layihəsinə əsasən, mövcud qanunun 2.2-ci maddəsindəki “vergi yoxlamalarına” sözlərindən sonra “tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara” sözləri əlavə edilir. Həmçinin, 10.3-cü maddədəki “sahəsində” sözünün “yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində” sözləri ilə əvəzlənməsi təklif edilir.

Qanunun “Qeyd” hissəsində göstərilir ki, qanun layihəsi

– yanğın nəzarəti,

– təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət?

– radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.
Mənbə: vergiler.az
Bax: Minimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Minimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır

posted in: Xəbər | 0

vergidən azadolmalarMinimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır.

“Azərbaycanda 3 milyon işçi var, fiziki şəxslərdən cəmi 1,6 milyonu müqavilələr bağlayır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində komitə sədri Ziyad Səmədzadə deyib.

Onu sözlərinə görə, müqavilələrin, işgüzar münasibətlərin genişlənməsinə diqqət ayrılmalıdır.

“Ölkədə minimum əməkhaqqı artırılaraq 180 manat təşkil etdi. Təbii ki, minimum əmək haqqı ilə orta əmək haqqı arasında nisbət artmalıdır.

Heç şübhəsiz ki, orta əmək haqqı artmalıdır. Gəlirlərin diferensasiyasını təhlil edək ki, bir sıra sahələrdə əməkhaqqı daha yüksəkdir və ya aşağıdır. Burada bir tənzimləmə olsun. Büdcədən ayrılan xərclərin sosial nəticələri qiymətləndirilməlidir, amma eyni zamanda görülən işləri qiymətləndirməliyik.

Ölkə başçısı da bildirib ki, bizim büdcə sosialyönümlüdür. Həm də investisiyayönümlüdür. Ümumiyyətlə, belə bölünmə, bəlkə də, gələcəkdə lazım deyil. Amma bunu deməliyik. 15 min km yol çəkmişik. Çəkməyəydik? Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi üçün Beynəlxalq Valyuta Fondu bizə kredit ayırmadı. Biz Azərbaycan Dövlət Neft Fondundan bu vəsaiti cəlb etdik. Türkiyəyə 700 milyon dollardan artıq, İrana da həmçinin kredit ayırdıq. Biz bunları Azərbaycanın nüfuzu, təhlükəsizliyi artsın deyə etdik”, – deyə Z.Səmədzadə əlavə edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

900 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Abacus Audit &Consulting

  • Şəhər: Bakı
  • Yaş: 20 – 45 yaş
  • Təhsil: Natamam ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Zemfira Zeynalova
Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanmas
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək,
– Şənbə günü 09:00-dan 14:00-dək (tələb olunduqda)

Mühasib üçün tələblər

– AR Əmək məcəlləsinin və Vergi Məcəlləsinin biliklərinə sahib olmaq
– Azərbaycan dilini mükəmməl, Rus dilini orta səviyyədə bilmək, İngilis dilini (arzu olunan)
– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək ,Excel,1 C-8.3 bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Orta ali savad (iqtisadiyyat sahəsi üzrə)

Tələblərə uyğun olmayan və mail-da “Mühasib” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Mənbə: boss.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.