Bu halda e-qaimə təqdim etmək tələb olunmur

posted in: Xəbər | 0

Bu halda elektron qaimə təqdim etmək tələb olunmur

əməliyyat E-qaimələrSual: Tərəfimizdən müəyyən dövlət müəssisələri tərəfindən təşkil olunmuş tenderlərə görə həmin təşkilatlara iştirak haqqına görə ödənişlər olunur, müvafiq tender yaxud müsabiqələrə görə. Bildiyimiz kimi, tenderlərin qalibi olsaq da, olmasaq da ödənilmiş iştirak haqqları geri qaytarılmır.

Sizə sualım ondan ibarətdir ki, tərəfimizdən ödənilən tenderlərə görə iştirak haqqlarına görə qarşı tərəfdən elektron qaimə tələb etməyimiz düzgündürmü? Tələb etməyə ixtiyarımız varsa necə əsaslandırıb qarşı tərəfdən elektron qaimə tələb edə bilərik? Zəhmət olmasa müvafiq sualla bağlı yardımçı olardınız.

Сavab: Bildiririk ki, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə fakturaların təqdim edilməsi tələb olunmur.

Eyni zamanda həmin şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları xərci təsdiq edən sənəd hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6.2-ci108-ci109.8-ci maddələri.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib vakansiyaVakansiya: Baş mühasib

İşəgötürən: Caspident Dental Trade company

Kimə tabedir: CEO (direktor)

Əmək haqqı: 1500-2000 AZN

İşin təsviri:

• Şirkətdə mühasibatlıq funksiyasına rəhbərlik edəcək
• Şirkətdə maliyyə ilə bağlı biznes prosesləri, sənəd dövriyyəsinin təkmilləşməsini təmin edəcək
• ERP sistemində mühasibatlıqla bağlı davamlı təkmilləşmələri təşkil edəcək
• Maliyyə hesabatlarının vaxtında hazırlanmasını təmin edəcək
• Rəhbərliyin qərar verməsi üçün maliyyə və idarəetmə hesabatlarını hazırlayacaq
• Davamlı maliyyə təhlillərinin həyata keçirilməsi ilə biznesdə olan boşluqları və imkanları müəyyən edəcək, rəhbərliyi məlumatlandıracaq
• Şirkətin dövriyyə vəsaitlərinin idarə olunmasında iştirak edəcək
• Dövlət orqanlarına hesabatların verilməsini təmin edəcək

Baş mühasib üçün tələblər:

• İqtisadiyyat profilli ali təhsil
• İdarəçilik bacarıqları
• Strateji yanaşma
• Analitik bacarıq
• Müvafiq qanunvericiliklə bağlı məlumatlılıq

Email ünvanı:  /

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Miqrasiya Məcəlləsinə dəyişiklik edilir

posted in: Xəbər | 0

dövlət rüsumu MiqrasiyaMiqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Komitə sədri Əli Hüseynli deyib ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.

Onun sözlərinə görə, bu saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək.

Ə.Hüseynli qeyd edib ki, Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək: “Ölkəmizdə turizm sürətlə inkişaf edir, mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir. Belə bir şəraitdə Miqrasiya Məcəlləsinin təkmilləşdirilməsi də gündəlikdə dayanır”.

Layihə barədə məlumat verən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya və hüquqi təminat Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov bildirib ki, məcəllənin qəbul edildiyi 2013-cü ildən indiyədək ona bir neçə dəfə dəyişiklik edilib. Bununla da bir sıra məsələlər tənzimlənib: “Hazırkı dəyişiklik layihəsi isə 6 istiqamət üzrədir. Əsasən əcnəbilərin olduğu yer üzrə qeydiyyat, viza proseduru, müvəqqəti yaşama icazəsi və digər məsələləri əhatə edir. Bu dəyişikliklərdə müəyyən olunmuş bir sıra prosedur müddətlərinin azaldılması və ölkəmizə gələn əcnəbilər üçün daha əlverişli miqrasiya şərtlərinin təmin olunması öz əksini tapır. Dəyişikliklərdə viza prosedurunun sadələşdirilməsi və ölkəmizdə müvəqqəti yaşamağa icazə verən 13 halın 16-ya qaldırılması məsələləri əhatə olunur”.

Müzakirələrin sonunda gündəlikdəki məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu şəxslərə maliyyə sanksiyası tətbiq olunur

posted in: Maliyyə, Xəbər | 0

vergi ödəmələriVergidən azad edilən əməliyyatların uçotunu aparmayanlara maliyyə sanksiyası tətbiq olunur.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən suala cavab olaraq bildirilib ki, vergidən azad olunmuş gəlir əldə edən şəxslər də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar. Ona görə də, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli, vergi orqanına bəyan etməlidirlər.

Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Mənbə: azertag.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.