Əmək məzuniyyəti ilə bağlı dəyişiklik edilə bilər
Əmək məzuniyyəti ilə bağlı dəyişiklik edilə bilər
You can display the Full post on your Blog Page
Əmək məzuniyyəti ilə bağlı dəyişiklik edilə bilər

Əmək məcəlləsi və fərdi uçot ilə bağlı fərmanda kiçik dəyişiklik edilib
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin FərmanıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007, № 12 (I kitab), maddə 2615; 2019, № 2, maddə 206) 2-ci hissəsinin yeddinci abzasının “c” bəndində “, 56-cı maddəsinin dördüncü hissəsində və 77-ci maddəsinin beşinci hissəsində” sözləri “və 56-cı maddəsinin dördüncü hissəsində” sözləri ilə əvəz edilsin.
2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 762; 2006, № 12, maddə 1034; 2008, № 3, maddə 187; 2016, № 9, maddə 1464) 4-cü hissəsinə “yerli orqanlarına” sözlərindən sonra “və “DOST” mərkəzlərinə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2019-cu il.
Mənbə: president.az
2019-cu ilin I rübündə respublika üzrə yerli vergi orqanları tərəfindən məhkəmələrə ümumilikdə 152 milyon 354,7 min manat məbləğində 1.982 müraciət edilib. Bu müraciətlərdən vergi borcunun, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınmasını təmin etmək məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı 988,6 min manat məbləğdə 100 iddia ərizəsi ilə inzibati-iqtisadi məhkəmələrə müraciət edilib.
Cari və ötən dövrlərdə verilmiş həmin iddia ərizələrindən I rübdə vergi orqanına 135,1 min manat məbləğində 127 qətnamə daxil olub. Bunların da hamısı məhkəmələr tərəfindən təmin edilib. Həmçinin inzibati-iqtisadi məhkəmələrin icraatında olan iddia ərizələri üzrə 137,9 min manat məbləğdə 45 qərardad daxil olub, bunların da hamısı vergi borcunun ödənilməsi ilə bağlı olub.
Cari ilin I rübündə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Ali Məhkəmədə vergi ödəyicilərinin xeyrinə tam və qismən həll edilməklə başa çatmış işlərin sayı 62,5 faiz, məbləği isə 95,7 faiz azalıb. Müvafiq olaraq, vergi orqanlarının xeyrinə həll edilmiş işlərin sayı 16,7 faiz, məbləği isə 13,2 faiz artıb.
Mənbə: vergiler.az
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər Milli Məclisin plenar iclasında qəbul edilib.
Qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəsinə əsasən, akkreditasiadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 15 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.
Mənbə: report.az