Maliyyə Bazarlarına Nəzarət Palatası banklara yeni göstəriş verib

posted in: Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası banklara yeni göstəriş verib

Direktorlar ŞurasıBundan sonra Azərbaycan bankları internet səhifələrində yerləşdirdikləri maliyyə hesabatlarının açıqlanma tarixini də qeyd etməli olacaqlar.
Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı banklara göstəriş verib.
Artıq banklar bu göstərişə əməl etməyə başlayıblar.
Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

68 milyon manat mənimsəyən sinqapurlu mühasib

posted in: muhasibat, Xəbər | 0

68 milyon manat mənimsəyən sinqapurlu mühasib

mühasibYüksək məhkəmə mühasibi 40 milyon dollarlıq mənimsəmədə təqsirli bildi. Sinqapurda bir neçə şirkəti 40 milyon dollar məbləğində aldadan sertifikatlı mühasib ömürlük həbs cəzasına məhkum olunub.

65 yaşlı Eve Panq Kooy ləğv etməli olduğu 21 şirkətdən və maliyyə işləri ilə məşğul olduğu daha iki şirkətdən 10 il ərzində pulları mənimsəməklə məşğul olub. O, həmin məbləğlərdən özünün qumar oyunlarına olan hərisliyini söndürmək üçün istifadə edib.

Malayziya sakini olan Eve məhkəmədə 50 cinayət ittihamı üzrə mühakimə olunub. Belə ki, o, peşəkar agent qismində etibar qazandıqdan sonra bu dələduzluq əməllərinə əl atıb.

Məhkəmədə məlum olub ki, 21 şirkətin ləğvi üzrə məsul şəxs təyin edilən Eve, kreditorlara ödənişlər etmək və ya onlara aktivlərini qaytarmaq üçün şirkətlərin bank hesabları və aktivlərinə nəzarət edib.

Amma, bunun əvəzində o, səlahiyyətli imza sahibi kimi aktivləri müxtəlif bank hesablarına köçürüb. O, nəzarətində olan digər iki şirkətin aktivlərindən də eyni metodla istifadə edib.

Məbləğlərə çıxış üçün öz imzasından əlavə digər imzalar da lazım gəldikdə, Eve çekləri şirkətlərlə əlaqəli bank hesablarına təqdim etməzdən öncə onları digər səlahiyyətli şəxslərə imzalatdırıb.

2002-ci ilin fevral ayından, 2012-ci ilin iyul ayına kimi o, həmin vəsaitlərdən özünün qumar vərdişini qidalandırmaq üçün istifadə edib. Yəni, borclarını bağlayıb və ya ələ keçirdiyi müəyyən məbləğləri bərpa etməyə sərf edib.

Eve cinayət əməlllərinə görə məhkəmə tərəfindən agent qismində etibarı itirməsi səbəbiylə ömürlük həbs cəzasına və böyük məbləğdə cərimə ödəməyə məhkum olunub.      

Mənbə: www.straitstimes.com

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçirilir

posted in: Maliyyə, Xəbər | 0

Bu gün Bakıda Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) işə başlayıb. 

2 günlük tədbir mayın 13-dən başlamış və mayın 17-də başa çatacaq Maliyyə və rəqəmsal texnologiyalar həftəsi çərçivəsində baş tutub.

Rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edirlər.

Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

əmək haqqıAzərbaycanda orta aylıq əmək haqqı 8,5 faiz artıb.

2019-cu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artaraq 1 milyon 580,8 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 896,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 684,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,2 faizi təhsil; 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri; 13,1 faizi sənaye; 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi; 6,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat; 6,9 faizi tikinti; 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı; 3,5 faizi peşə, elmi və texniki fəaliyyət; 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq; 1,6 faizi maliyyə və sığorta fəaliyyəti; 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2019-cu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 577,6 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Mənbə: vergiler.az