Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar
Elçin Məmmədov: “Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar”.
You can display the Full post on your Blog Page
Elçin Məmmədov: “Maksimum çalışdıq ki, vergi ödəyiciləri kölgədən çıxsınlar”.
“Vergi ödəmək hər bir şəxsin, o cümlədən də futbolçuların borcudur”.
Vergiler.az saytında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 800.000 manat olan MMC yaradılıb.
Kommersiya qurumunun adı: “Çağlayan Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
Qeydiyyat nömrəsi (VÖEN): 1504535831
Təşkilati-hüquqi forması: MMC
Hüquqi ünvanı: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 86 B.
Nizamnamə kapitalı: 800.000 manat
Maliyyə ili: 01 Yanvar-31 Dekabr
Qanuni təmsilçi: Çağlayan İsmail (Türkiyə Respublikası).
Dövlət qeydiyyatına alındığı tarix: 26 Aprel 2019.
Mənbə: vergiler.az
Vergilər Nazirliyində tələbələr üçün təlim keçirilib
Vergilər Nazirliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün “Media və vergi” mövzusunda təlimə start verilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir.
Beş gün davam edəcək təlim zamanı vergi sisteminin müxtəlif sahələrini əhatə edən mövzular üzrə məruzələr təqdim olunacaq. Bundan başqa, vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar ediləcək, praktik məşğələlər keçiriləcək.
Mayın 13-də aparılan ilk təlim “Azərbaycanda vergilərin yaranması və təkamül tarixi, iqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu, müstəqil Azərbaycanın büdcə və vergi sistemi” mövzusuna həsr edilib. Nazirliyin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov mövzu ilə bağlı tələbə-jurnalistlər qarşısında çıxış edib, onların suallarını cavablandırıb.
Xatırladaq ki, Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur. Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir.
Dövlət Gömrük Komitəsi açıqlama yayıb
Bəzi kütləvi informasiya vasitələrində gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən, həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
“Həmin məlumatlarda “Forever Living Products Azərbaycan” MMC-nin ölkə ərazisinə idxal etdiyi malların invoys qiymətlərinin gömrük orqanları tərəfindən süni şəkildə artırıldığı, qida əlavələri mal mövqeyi üzrə idxal edilən malların dərman vasitəsi kimi rəsmiləşdirilməsinin tələb olunduğu iddia edilir.
Həmin malların rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin aşağı göstərilməsinə dair əsaslı şübhələr yarandığından nümunələr əsasında ekspertizalar təyin edilib və digər araşdırmalar aparılıb. Nəticələr gömrükçülərin şübhələrini təsdiqləyib və malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Qida əlavəsi kimi idxal edilən malların gömrük orqanları tərəfindən dərman vasitəsi olaraq bəyan edilməsinə dair tələbi isə, ümumiyyətlə, həqiqətə uyğun deyil. Həmin mallar gömrük orqanının ekspertizanın nəticələrinə görə müəyyən etdiyi dəyərlə qarşı tərəfin razılığı əsasında qida əlavəsi kimi bəyan olunaraq rəsmiləşdirilib.
Araşdırma prosesi başa çatana qədər idxalatçının əlavə ödəmələrə məruz qalmamasını təmin etmək məqsədilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında birbaşa “Forever Living Products Azərbaycan” şirkətinin anbarına boşaldılaraq saxlanılıb. Bu qəbildən olan və gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatları, yazı və reportajları qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən yayımlayanların isə diqqətinə çatdırırıq ki, həmin məlumatların sonuna əlavə edilən “qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq” kimi bir cümləlik ifadələr “obyektivliyin” təmin olunması və ya balanslaşdırılmış xəbər siyasəti deyil, ən azı jurnalistikanın etik qaydalarının pozulmasıdır”, – deyə açıqlamada qeyd olunub.
Mənbə: report.az