Bu ölkədə çoxuşaqlılara vergi güzəşti veriləcək

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiQazaxıstanda çoxuşaqlı ailələrə vergi güzəşti ediləcək.

Qazaxıstan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, 2020-ci ildən çoxuşaqlı ailələr daha az vergi ödəyə biləcəklər. Nəzərdə tutulan dəyişikliyə görə, çoxuşaqlı ailələrin aylıq gəlirinin 23 AHG (aylıq hesab göstəricisi) hissəsindən, başqa sözlə, 58.075 tenge (257 manat) vəsaitdən vergi tutulmayacaq.

Bu, ailədə valideynlərdən biri işləyirsə, onun gəlirinə aiddir, əgər hər iki valideyn işləyirsə, onların hər birinin aylıq gəlirinin 12 AHG hissəsi və ya 30.300 tenge (134 manat) vergidən azad ediləcək. Bu güzəşti almaq üçün hər iki valideynin birlikdə illik gəliri 282 AHG-dən (712.500 tenge – 3156 manat) artıq olmamalıdır.

Vergi güzəşti təqvim ili üzrə yanvarın 1-dək dörd və daha artıq uşağı olan ailələrə şamil ediləcək.
Mənbə: vergiler.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Vergilər Nazirliyi və DGK arasında problem yoxdur

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi və DGK arasında problem yoxdur

vergi yoxlamaları“ Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) birləşməsi dövlət idarəetməsinə aid məsələdir. Bu, mənim səlahiyyətimə aid deyil”.

Bunu açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyinin qarşısında duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır:

“Əsas məsələ və problem ondan ibarət deyil ki, hansı qurum kiminlə birləşəcək və ona kim rəhbərlik edəcək. Bu ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, o sistem işləyirmi və bu sistemlər fayda verirmi, səmərəlidirmi?! Bəlkə də, bəziləri bunu bilmir. Amma bizim qarşımızda duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır. Bilirsiniz ki, 2006-cı ildə Azərbaycanda ilk dəfə Vergilər Nazirliyi AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) sistemini işə salıb. Hazırda bu sistem çox səmərəli işləyir. Bizim digər dövlət qurumları ilə sistemlərimizin əlaqəli şəkildə işləməsi, informasiyalarımızın əlçatan olması çox ciddi məsələdir. Hazırda bunun üzərində iş gedir. Qaldı Dövlət Gömrük Komitəsinə, ola bilsin, bəziləri bunu bilmir, amma hazırda heç bir sual, problem yoxdur”.

Nazir müavini “Bu problem və suallar əvvəllər də yox idi, yoxsa son zamanlar yoxa çıxıb?” sualına cavabında deyib ki, əvvəllər ciddi problemlər olmayıb:

“Əvvəl də elə ciddi problem olmayıb, amma suallar olurdu. Suallar da hərənin öz sisteminin olması ilə bağlı idi. Hazırda vergi orqanı ilə gömrük orqanı birgə nəzarəti həyata keçirir. Bizdə yeni bir qurum yaradılıb – İdxal-İxrac Departamenti. Onun çox sayda işçiləri var, mütəxəssislər cəlb olunub. Bizim onların informasiya sisteminə, onların da bizim sistemə əlçatanlığı təmin olunub. İndi bizə lazımdır ki, bu digər sahələrdə də olsun”.

Nazirlik rəsmisi deyib ki, hazırda təmsil etdiyi qurum informasiya mübadiləsini İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərkosmos” ASC və başqa qurumlarla davam etdirmək niyyətindədir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN

Maliyyə üzrə Yay təcrübə proqramı

posted in: Maliyyə, Təcrübə, Xəbər | 0

Unibank müxtəlif sahələr üzrə Yay təcrübə proqramı elan edir

təcrübəçi

Buradan tələbələrə ünvanlanırıq!
Əgər bu yayı həm istirahət edib, həm də bank haqqında biliklərinizi daha da artırmaq istəyirsinizsə, aşağıdakı istiqamətlər üzrə Yay təcrübə proqramına siz də qatılın:
🔸 Risk Management
🔸 Maliyyə
🔸 IT Təhlükəsizlik
🔸 Marketing
Müraciət etmək üçün keçidə daxil olun.
Mənbə: unibank.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Bu şəxslərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?

posted in: Xəbər | 0

sosial sığorta haqqıBu şəxslərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?


2019-cu il yanvarın 1-dən sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və yığım funksiyası dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Bu dəyişikliklə bağlı tez-tez səsləndirilən suallardan biri də ölkəmizdə yaşayan əcnəbi vətəndaşların sığorta öhdəlikləri ilə bağlıdır. Vergilər Nazirliyindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Bu siyahıda qanunla təsdiq edilmiş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olunur.

“Hasilatın pay bölgüsü haqqında” Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Eyni zamanda, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən “Hasilatın pay bölgüsü haqqında” Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN