Dövlət Gömrük Komitəsi illik proqnozun 40%-ni artıq yerinə yetirib
Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 391 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 364 277 min manat və ya 35,45% çoxdur.
DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 50 784,1 min manat və ya 19,23% artaraq 314 800,4 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 257 784,9 min manat və ya 36,3% artaraq 967 778 min manat, aksizlər 53 639,7 min manat və ya 2,3 dəfə artaraq 96 063,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 068,3 min manat və ya 18,6% artaraq 13 216,8 min manat təşkil edib.
Qeyd edək ki, 2019-cu il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmanın həcmi 3 451,6 milyon manat təşkil edəcək.
Mənbə: report.az
Milli Məclisin plenar iclasında Dövlət rüsumu haqqında qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Vergilər Nazirliyinin Apellyasiya Şurasının 2019-cu ilin 1-ci rübündə fəaliyyəti barədə.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi yaxın günlərdə istifadəyə veriləcək. Altsistemin əsas üstünlüklərindən biri burada işsiz və işaxtaran vətəndaşlar üçün vakansiya bankının yaradılmasıdır. Hazırda həmin bazaya işəgötürənlər, o cümlədən işəgötürən olaraq fəaliyyət göstərən sahibkarlar tərəfindən vakansiyalar barədə məlumatlar daxil edilir.