Vergilər Nazirliyinin Apellyasiya Şurasının 2019-cu ilin 1-ci rübündə fəaliyyəti

posted in: Xəbər | 0
birbank biznes

Apellyasiya ŞurasıVergilər Nazirliyinin Apellyasiya Şurasının 2019-cu ilin 1-ci rübündə fəaliyyəti barədə.

2019-cu ilin 1-ci rübü ərzində Vergilər Nazirliyinin Apellyasiya Şurasında baxılmış 22 vergi ödəyicisinin müraciətindən 2 vergi ödəyicisinin şikayəti tam, 1 vergi ödəyicisinin şikayəti isə qismən təmin edilib. 4 vergi ödəyicisinin şikayəti isə işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla təmin edilməyib.

Ötən rüb ərzində Şura tərəfindən 15 vergi ödəyicisinin şikayətinə isə mahiyyəti üzrə baxılmayıb ki. Bu şikayətlərdən 7-si şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, 7-si şikayətin verilmə müddətinin buraxılması və 1-i şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl olunmaması ilə bağlı olub.

2019-ci ilin 1-ci rübü ərzində Şura tərəfindən baxılmış şikayətlər üzrə qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilmiş təkrar şikayətlər Apellyasiya Şurasının müvafiq qərarları ilə təmin edilməyib.

Başqa sözlə, Şuranın qərarları dəyişdirilmədən saxlanılıb, digər mahiyyəti üzrə baxılmamış şikayətlər üzrə isə Şuranın gəldiyi nəticələr əsaslı hesab edilib.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email