Mülki Məcəllənin 194.5-ci maddəsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

Mülki Məcəllənin 194.5-ci maddəsinə dəyişiklik edilib.

Mülki MəcəlləAzərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

AR Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6,

maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11,

maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2 (I kitab), maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153; № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851, № 11, 2212, № 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, № 1, maddələr 23, 50) 194.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“194.5. Adlı sənədli qiymətli kağız, habelə daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı ilə bağlı tələbin güzəşti həmin qiymətli kağızlar üzrə indossament yolu ilə həyata keçirilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Az-Granata MMC Mühasib axtarır

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Az-Granata MMC

  • AzGranata MMC 2011-ci ildə yaradılıb.
  • Vita1000, +More, Frumba, Bahar brendləri ilə meyvə şirəsi bazarında, Beliy Volk, White Water araqları, Ağsu nar şərabı və başqa spirtli içki brendləri ilə içki bazarında liderlik edir.
  • Eyni zamanda Vita1000 brendi adı altında müxtəlif çeşidli kompot istehsal və satışı ilə məşğuldur.
  • Azərbaycan bazarında azsaylı orqanik məhsul istehsalçılarındandır.
  • Müxtəlif kateqoriyalar üzrə 400-ə qədər məhsul çeşidi vardır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Vakansiya barədə məlumat

– Mal-materiallara dair alış sənədlərinin işlənməsi, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçıların sifariş sənədlərinə uyğun olub-olmamasının yoxlanılması;
– Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunun yoxlanılması;
– Mal-materialların hərəkətinə dair məlumatların mühasibat proqramı (Logo Tiger) bazasına daxil edilməsi;
– Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
– Debitor/kreditorlarla hesablaşma, müvafiq aktların tərtib edilməsi;

Mühasib üçün tələblər

– Ali iqtisadi təhsil
– Ən azı 2 il iş müvafiq sahə üzrə iş təcrübəsi;
– Analitik düşünmə qabiliyyəti
– Mühasibatlıq üzrə biliklər

İş şərtləri:

1. İş yerinə və iş yerindən nəqliyyat vasitəsi ilə çatdırılma;
2. Nahar ilə təmin edilmə;

İş qrafiki: 5 günlük

İş vaxtı: 08:30-17:30

E-mail:  /

Telefon: (012) 310 53 04

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Peşəkar mühasib təşkilatı barədə qayda təsdiqlənib

posted in: Müavinət, Xəbər | 0

Peşəkar mühasib təşkilatı barədə qayda təsdiqlənib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Vahid büdcə təsnifatı“Peşəkar mühasib təşkilatının akkreditasiya olunması
Qaydası”nın təsdiq edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının
Baş Naziri                       Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 2 may
tarixli 204 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Peşəkar mühasib təşkilatının akkreditasiya olunması
QAYDASI
1. Ümumi müddəalar

1.1. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydasını müəyyən edir.

1.2. Bu Qayda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) müraciət edən qeyrikommersiya təşkilatlarına şamil edilir.

1.3. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmaq üçün mühasibat uçotu sahəsində aşağıdakı istiqamətlərdən hər hansı biri üzrə ən azı beş il fəaliyyət göstərməlidir:

1.3.1. beynəlxalq standartların tətbiqi və ya tərcüməsi üzrə xidmət göstərilməsi;

1.3.2. əlavə təhsil üzrə lisenziyası olmaqla, beynəlxalq standartlar üzrə müvafiq təlim və (və ya) imtahanların keçirilməsi.

1.4. Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısı Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

2. Akkreditasiyanın keçirilməsi

2.1. Qeyri-kommersiya təşkilatı peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunması üçün Maliyyə Nazirliyinə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş ərizə ilə müraciət edir. Həmin ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.1.1. nizamnaməsinin, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin və dövlət vergi orqanında qeydiyyata alınmasını təsdiq edən sənədinin notarial qaydada təsdiq edilmiş surətləri;

2.1.2. bu Qaydanın 2.7-ci bəndinin tələbləri nəzərə alınmaqla, 2 nömrəli əlavəyə uyğun olaraq ən azı 500 (fiziki və hüquqi şəxs) üzvünün və ya 200 peşəkar mühasib sertifikatına malik olan üzvünün olması barədə məlumat forması;

2.1.3. bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun olaraq aşağıdakı struktur bölmələrə malik olmasını təsdiq edən məlumat forması və ona əlavə edilmiş təsdiqedici sənədlərin surəti:

2.1.3.1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və (və ya) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə struktur bölmə;

2.1.3.2. mühasiblərin ixtisaslarının artırılması üzrə struktur bölmə;

2.1.3.3. üzvlüklə bağlı yaranmış mübahisələrin baxılması üzrə struktur bölmə və ya müvafiq vəzifə;

2.1.4. üzvlərinin ixtisaslarının artırılması ilə əlaqədar təlimlərin keçirilməsi planına malik olmasını təsdiq edən sənədin surəti;

2.1.5. bu Qaydanın 1.3-cü bəndində göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə ən azı beş il fəaliyyət göstərməsini təsdiq edən sənədlərin surəti.

2.2. Qeyri-kommersiya təşkilatının müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılır və ərizəçinin akkreditasiyadan keçib-keçməməsi barədə Maliyyə Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilir.

2.3. Peşəkar mühasib təşkilatı müddətsiz akkreditasiya olunur. Peşəkar mühasib təşkilatının akkreditasiya olunması barədə Maliyyə Nazirliyinin qərarının qüvvəyə mindiyi tarix təşkilatın akkreditasiya olunma tarixi hesab edilir.

2.4. Qeyri-kommersiya təşkilatı tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 2.1-ci bəndinin tələblərinə cavab vermədiyi hallarda həmin təşkilatın akkreditasiyadan keçmədiyi barədə qərar qəbul edilir və səbəbi göstərilməklə qərarın surəti qeyri-kommersiya təşkilatına göndərilir.

2.5. Akkreditasiyadan keçə bilməyən qeyri-kommersiya təşkilatları təkrar müraciət etmək hüququna malikdirlər.

2.6. Peşəkar mühasib təşkilatı hər il üçün növbəti il yanvar ayının 31-dək bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq üzvlərinin sayı barədə Maliyyə Nazirliyinə məlumat təqdim edir.

2.7. 2022-ci il 31 dekabr tarixinədək akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının 2023-cü ilin 31 dekabr tarixinədək ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır. 2022-ci il 31 dekabr tarixindən sonra akkreditasiya olunmuş peşəkar mühasib təşkilatının akkreditasiya olunduğu tarixdən bir il ərzində ən azı 200 peşəkar mühasib sertifikatına malik olan üzvü olmalıdır.

2.8. Peşəkar mühasib təşkilatının adı və hüquqi ünvanı dəyişdirildiyi hallarda, həmin təşkilat on beş təqvim günü müddətində peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısında müvafiq dəyişiklik edilməsi məqsədilə Maliyyə Nazirliyinə yeni adı və hüquqi ünvanı barədə məlumat təqdim edir (təsdiqedici sənədin surəti əlavə olunmaqla). Maliyyə Nazirliyi tərəfindən beş iş günündən gec olmayaraq, peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatlarının siyahısında müvafiq dəyişiklik edilir.

3. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması və ləğv edilməsi

3.1. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir:

3.1.1. peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının dayandırılması barədə müvafiq ərizə təqdim edildikdə;

3.1.2. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş məlumatların təqdim edilməməsi və ya düzgün olmayan məlumatların təqdim edilməsi aşkar olunduqda;

3.1.3. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.7-ci bəndinin tələbləri təmin edilmədikdə;

3.1.4. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinin tələblərinin pozulduğu aşkar edildikdə.

3.2. Peşəkar mühasib təşkilatının akkreditasiyasının ləğv edilməsi Maliyyə Nazirliyinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir:

3.2.1. peşəkar mühasib təşkilatı tərəfindən onun akkreditasiyasının ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;

3.2.2. peşəkar mühasib təşkilatı tərəfindən bu Qaydanın 3.1.2-ci, 3.1.3-cü və 3.1.4-cü yarımbəndlərinin tələblərinə uyğun olaraq akkreditasiya olunmasının dayandırılmasına səbəb olan pozuntular üç ay müddətində aradan qaldırılmadıqda;

3.2.3. peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyrikommersiya təşkilatı ləğv edildikdə və ya yenidən təşkil olunduqda.

3.3. Peşəkar mühasib təşkilatının akkreditasiyasının dayandırılması və ya ləğv edilməsi barədə Maliyyə Nazirliyinin qərarının qüvvəyə mindiyi tarix təşkilatın akkreditasiyasının dayandırılması və ya ləğv olunması tarixi hesab edilir.

3.4. Peşəkar mühasib təşkilatı onun akkreditasiyasının dayandırılması və ya ləğv edilməsi barədə Maliyyə Nazirliyinin qərarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdir.
Faylı yükləyin: Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası
Mənbə: cabmin.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Törətdiyi qətlləri xatırlamayan qatil mühasib

posted in: muhasibat, Xəbər | 0

Törətdiyi qətlləri xatırlamayan qatil mühasib

mühasibİki nəfəri öldürən manyak bu qətlləri nə üçün törətdiyini xatırlamır.

Həbs edilən Permdən (Rusiya) olan şəxs təsadüfən qarşılaşdığı iki nəfəri nə üçün öldürdüyünü, bir nəfəri isə niyə yaraladığını izah edə bilməyib.

İstintaq aşkar edib ki, Rusiyanın Perm şəhərindən olan 33 yaşlı sıravi mühasibin bu cinayətlərin törədilməsində əli ola bilər. O, axtarışa verilib və bir müddət sonra saxlanılıb. İstintaqın gedişində məlum olub ki, kişi xeyli vaxtdır ki, psixiatrın müşahidəsi altındadır və olduqca qəribə davranışları ilə diqqət çəkir. Lakin, bütün bunlar onun Permdəki kiçik şirkətlərdən birində mühasib vəzifəsini yerinə yetirməsini əngəlləyə bilməyib.

Keçirilən məhkəmə prosesində bu şəxs hakimlərə qətlləri nə üçün törətdiyini izah edə bilməyib. İttiham olunan sadəcə söyləyib ki, iki nəfəri bu cür qəddarlıqla qətlə yetirdiyini, bir nəfərə isə ağır xəsarətlər vurduğunu heç xatırlamır da.

Məhkəmə psixi cəhətdən qeyri-stabillik nümayiş etdirən Permli mühasib manyakın həbsə alınması barədə hökm çıxarıb.      

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.