Azərbaycanda nə qədər vergi ödəyicisi qeydiyyata alınıb?

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicilərinə xidmətAzərbaycanda nə qədər vergi ödəyicisi qeydiyyata alınıb?


Vergi ödəyicilərinin qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatının təkmilləşdirilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi nəticəsində Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, biznesə başlamaq istəyənlərin artım tempində özünü daha qabarıq göstərir.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, ötən ilin ilk rübündə 20 min 343 hüquqi və fiziki şəxs qeydiyyata alınmışdısa, bu ilin ilk üç ayında həmin göstərici 25 min 536-ya çatıb. Həm hüquqi, həm də fiziki şəxslər üzrə artım tendensiyası müşahidə olunub. Ötən illə müqayisədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayında 8,1 faiz, fiziki şəxslərdə isə 28 faiz artım qeydə alınıb.

Bu ilin əvvəlindən tətbiqinə başlanmış “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” nəticəsində elektron qeydiyyat sahəsində daha çox irəliləyiş baş verib. Ötən il onlayn rejimdə elektron qeydiyyat 68,9 faiz olduğu halda, bu ilin ilk rübündə həmin göstərici 81,3 faizə yüksəlib. Bu da 11,3 faiz artım deməkdir.

Ümumilikdə isə 2019-cu il aprelin 1-i tarixinə Azərbaycanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 993 min 38-ə çatıb. Bunun da 128 min 261-i hüquqi şəxslərin, 864 min 777-si isə fiziki şəxslərin payına düşür.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

rütbə Vergilər NaziriVergilər naziri Yevlax rayonunda vətəndaşları qəbul edəcək

Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhəri sakinlərinin nəzərinə!
Vergilər naziri Mikayıl Cabbarov 19 aprel 2019-cu il tarixində Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departametinin inzibati binasında (Ünvan: Yevlax şəhəri, Nizami küç. 14) Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-18 aprel 2019-cu il tarixlərində Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

əmək haqqıAzərbaycanda orta aylıq əmək haqqı artıb


Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1 534,3 min nəfər təşkil edib.

Bunlardan 865,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 554,9 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bəzi malların aksiz dərəcələri dəyişdirilib

posted in: Xəbər | 0

Bəzi malların aksiz dərəcələri dəyişdirilib

aksizAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri ”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə 2710 19 210 0 və 2710 19 250 0 alt yarımmövqelərinə aid sətir aşağıdakı redaksiyada verilsin:


2710 19 210 1 reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün

1,0 manat

2710 19 210 9 reaktiv mühərriklər üçün digər yanacaq 1 ton üçün

80 manat

2710 19 250 1 KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün

kerosin

1 ton üçün

1,0 manat

2710 19 250 9 digər məqsədlər üçün kerosin 1 ton üçün

80 manat


2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Azərbaycan Respublikasının
Baş naziri                         Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.