Express Bank məvaciblə təcrübə proqramı elan edir

posted in: bank, Təcrübə, Xəbər | 0

ödənişli təcrübəExpress Bank məvaciblə təcrübə proqramı elan edir.

Vəzifə: Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları üzrə: Gəncə, Qusar, Bərdə, Şirvan)

Tələblər:

– Ali təhsil
– Təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Yaş həddi – 25 yaş;

Təcrübə proqramı üzrə öhdəliklər:

– Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;

Əsas üstünlüklər:

– Azərbaycanın aparıcı banklarının birində iş təcrübəsi qazanmaq;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Təcrübə müddəti ərzində nəzərdə tutulan əmək haqqı 130 AZN.

E – mail:  /

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

42 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

posted in: Xəbər | 0

Naxçıvanda 42 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Naxçıvan Muxtar Respublikasında əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 42 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.

“Report” Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib.

Keçirilən nəzarət tədbirləri zamanı 11 şəxsin vergi orqanlarında uçota durmadan öz şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti ilə və 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan əyləncə tədbirlərində videoçəkilişin həyata keçirilməsi ilə məşğul olduğu aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Aparılan operativ vergi nəzarəti tədbirləri zamanı tətbiq edilmiş 1610 manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hansı halda kassa mədaxil orderi xərc sənədi kimi tanına bilər?

posted in: Xəbər | 0
kassa mədaxil orderi Hansı halda kassa mədaxil orderi xərc sənədi kimi tanına bilər?
Sual: Bizim müəssisə daşınmaz əmlakı icarəyə verməklə məşğul olur. Bütün kommunal sayğaclar ümumi binaya birləşib. İcarə verdiyimiz binanın hissə-hissə mağazalarından ibarətdir. Müqaviləyə əsasən kommunal xərcləri icarə götürənlər özü ödəyir. Xərclər bizim müəssisənin adına gəldiyindən, daxili sayğaclara əsasən mağazalardan kommunal xərclər yığılır.
Bunlara əsaslanaraq əvəzinə təsdiq olmaq üçün müəssisə ciddi kassa mədaxil orderi təqdim etmələri düzgündürmü? Mağazalar bu mədaxil kassa orderlərini xərclər kimi istifadə edə bilər?
Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Mülki hüquq subyektləri arasında yaranmış mülki münasibətlər çərçivəsində tərəflərin vergi öhdəliklərinin müəyyən olunması vergi qanunvericiliyinə və onun tələblərinə əsaslanır.
Sorğunuzdan göründüyü kimi, müqavilənin şərtlərinə əsasən əmlakın icarəyə verilməsi ilə yanaşı müvafiq kommunal təchizatının təmin olunmasını icarəyə verən müəssisə üzərinə götürmüş, icarəyə götürən şəxslər isə öz istehlak etdikləri kommunal xidmətlərinin dəyərini icarəyə verən şəxsə ödəyirlər. Belə olan halda icarəyə götürən şəxslər tərəfindən icarəyə verən şəxsə ödənilən kommunal xidmətlərin haqqı icarə haqqının tərkib hissəsi kimi icarəyə verənin gəlirinə aid edilməli, kommunal xidmətləri göstərən şəxslərə ödənilən məbləğlər isə xərclərinə aid edilməlidir. İcarəyə götürən şəxsin icarəyə verən şəxsə etdiyi ödənişi vahid və ya bir neçə mədaxil qəbzi ilə rəsmiləşdirilə bilər. Bu zaman İcarəyə götürənin xərcləri icarə ilə bağlı icarəyə verənə ödənilmiş məbləğ təşkil edəcəkdir.
Bax: Vergi Məcəlləsinin 104.1-ci maddəsi, Mülki Məcəllənin 2.2-ci, 6-cı və 390-cı maddələri.
 
Mənbə: taxes.gov.az

Xarici qeyri-kommersiya hüquqi şəxsin AR-nın ərazisindəki filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xəbər | 0

Təqdim edilməyən bəyannamələrXidmətin adı:  Xarici qeyri-kommersiya hüquqi şəxsin AR-nın ərazisindəki filial və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– qurumun ləğvetmə mərhələsində olduğunu təsdiq edən müvafiq qeydiyyat orqanının verdiyi rəsmi məlumat (reyestrdən çıxarış)

– ləğv edilmə barədə təsisçilərin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat)

əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (hüquqi şəxs

ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)

– “Vergi ödəyicisinin filialının, ümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda  qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34 maddəsi

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: ləğv edilməsi və dövlət reyestrindən çıxarılması barədə məlumat dövlət reyestrini aparan orqandan daxil olduğu gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: –

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.