Turizm sektorunun inkişafında vergi güzəştlərinin rolu

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün “Vergi Məcəlləsinə 2019-cu ildə edilmiş əlavə və dəyişikliklər: yeni qaydaları turizm sənayesində necə tətbiq etməli?” mövzusunda tədbir keçirilib. Mövzu ilə bağlı müzakirələrdə turizm sənayesinin spesifik xüsusiyyətləri, turizmin mövsümi xarakter daşıması, region otellərinin mövsümi fəaliyyətlə bağlı vergiyə cəlb olunması, nağdsız hesablaşmaların tətbiqi kimi məsələlərə toxunulub.

Tədbirin əsas mövzularından biri də turizm şirkətləri tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsi ilə bağlı olub.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov məsələyə aydınlıq gətirərək bildirib ki, sektorun həssaslığı nəzərə alınaraq, turizm agentlərinin göstərdikləri xidmətlərin təhvil-qəbul aktları ilə yanaşı, elektron qaimə-faktura ilə həyata keçirilməsinə razılıq verilib: “Siz fakturada bu xidmətlərin agent qaydasında həyata keçirilməsini qeyd etməlisiniz və bununla da həmin xidmətlərin dəyəri turizm agentliyinin gəliri hesab edilmir.  Kameral və səyyar vergi yoxlamaları zamanı hesabınıza daxil olan vəsaitlərin heç də hamısının sizin gəliriniz olmadığı görünməlidir”.

N.İmanov gələcəkdə agent qaydasında təqdim edilən elektron qaimə-fakturaların çeşidlənməsinin həyata keçiriləcəyini qeyd edib. O, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin sahibkarların vergi yükünün optimallaşdırılması, mikro sahibkarlıq subyektlərinin qorunması, orta sahibkarlıq sinfinə keçidin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb: “Bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəştinin verilməsi, əməkhaqqının 8 min manatadək olan hissəsinin vergiyə 0 dərəcə ilə cəlb edilməsi sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi baxımından atılan mühüm addımlardır. Güzəşt və azadolmaların tətbiqi turizm sektorunun inkişafı baxımından əhəmiyyətlidir”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məcburi dövlət sosial sığortası üzrə Yeni hesabat formaları təsdiq edilib

posted in: Xəbər | 0

Yeni hesabat formaları təsdiq edilib.

Aprel ayından 2019-cu il və sonrakı dövrlər üzrə yeni “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın yeni formaları BTP proqram təminatına yüklənəcək. Qeyd edilən hesabat formalarını aşağıdakı linkdən yükləyə bilərsiniz:
http://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” formasının tərtib edilməsi qaydalarına əsasən, sığortaedənin fəaliyyət sahələri üzrə meyarından asılı olaraq neft-qaz, dövlət və qeyri-dövlət, neft-qaz sektoruna aid olmayan sığortaedənlərin hesabatları fərqlənəcək. Eləcə də “Aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə”, “Aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə”, “Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə gəlirlər”, “Vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin əldə etdiyi gəlirlər” üzrə məlumatlar ayrıca daxil ediləcək.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə NazirliyiMaliyyə Nazirliyi QHT-lərə müraciət edib.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq  Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə Nazirliyin yaydığı məlumatda bildirilib.

“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanuna əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı” hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün (012) 404 46 99 nömrəli telefonlarla (daxili nömrələr – 129 Sevinc Məmmədova, 282 Elnarə Kazımova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova) əlaqə saxlamaq olar”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xidməti müqavilələrlə bağlı ciddi yeniliklər gözlənilir

posted in: Müqavilələr, Xəbər | 0

Xidməti müqavilələr ilə bağlı ciddi yeniliklər gözlənilir.

Xidməti müqavilə ilə işləyənlərin də vergi və sosial sığorta haqlarının əmək müqaviləsində olduğu kimi ödənilməsi təklif olunur. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər:

“Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar. Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər”.

Nazir qeyd edib ki, bununla bağlı həm Əmək Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunub. Bu yenilik xidməti müqavilə ilə çalışanların gələcək sosial müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur: “İnsanlar başa düşməlidirlər ki, sosial ödənişlərdən kəsilən hər qəpik sonda onların pensiyasına mənfi təsir edir. Ödənilən hər bir qəpik isə pensiyaya çıxandan sonra 3-4 dəfə artımla hər kəsin özünə qayıdır”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.