Vakansiya: Xərclər üzrə mühasib

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Yaşayış sahələrinin satışı verginin hesablanmasıVakansiya: Xərclər üzrə mühasib

İşəgötürən: Baku Boulevard Hotel, Autograph Collection

Şöbə: Maliyyə
Vəzifə:  Xərclər üzrə mühasib
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Baki ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 27.04.2019

Vakansiya barədə

• Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
• Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
• Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
• Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
• Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
• Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
• Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
• Həftə əsasında Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq.
• Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Şöbəsinin Müdirinə məlumat vermək.

Mühasib üçün tələblər

• Yüksək iqtisadi təhsil
• Qonaqpərvərlik sahəsində təcrübə üstünlük təşkil edir.
• Azərbaycan-dili və İngilis-dili səlis, Rus-dili bilənlərə üstünlük veriləcək.
• MS Office proqramları ilə işləmək bacarığı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində Xərclər üzrə mühasib qeyd edərək CV-lərini  / elektron ünvanına 27.04.2019-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məcburi dövlət sosial sığorta vəsaitləri və işsizlikdən sığorta ayırmalarının yeni bank rekvizitləri açıqlanıb

posted in: Xəbər | 0

DSMF bank rekvizitləriVergilər Nazirliyi tərəfindən yeni DSMF bank rekvizitləri açıqlanıb.


Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə razılaşdırılmaqla məcburi dövlət sosial sığorta vəsaitləri və işsizlikdən sığorta ayırmalarının yeni bank rekvizitləri açıqlanıb.
Məcburi dövlət sosial sığorta vəsaitləri

Bakı şəhəri üzrə (Milli gəlirlər departamenti, Lokal gəlirlər departamenti və Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentində uçotda olan vergi ödəyiciləri üzrə).
Struktur bölmənin adı: İri sığortaedənlərlə iş departamenti.
Kod: 980394
VÖEN: 1300115511
Hesablaşma hesabı: AZ89CTRE00000000000007018506

Bank rekvizitləri:

Adı: DXA
VÖEN-i: 1401555071
Bank kodu: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22

İşsizlikdən sığorta ayırmaları

Bakı şəhəri üzrə (Milli gəlirlər departamenti, Lokal gəlirlər departamenti və Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentində uçotda olan vergi ödəyiciləri üzrə).
Struktur bölmənin adı: İri sığortaedənlərlə iş departamenti
Kod: 980394
VÖEN: 1300115511
Büdcə hesabının nömrəsi işsizlik 1%: AZ53CTRE00000000000007018572
Büdcə hesabının nömrəsi xüsusi hesab: AZ26CTRE00000000000007018573

Bank rekvizitləri:

Adı: DXA
VÖEN-i: 1401555071
Bank kodu: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

posted in: Xəbər | 0

məbləğAzərbaycanda turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib.

Bu gün Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (elektron qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib.

Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırıb, rəy və təklifləri dinlənilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib ki, Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan, ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılcaq Azərbaycan Bələdçilər Assosiasiyasını nümunə göstərmək olar.

Onun sözlərinə görə, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır.

“Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, – Kənan Qasımov vurğulayıb.

Xatırladaq ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemler yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi. Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb.

Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə, bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər.

Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergi tutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şəraitin dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

satınalmaBakı şəhəri, 18 mart 2019-cu il “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.5.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş naziri                               Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 18 mart
tarixli 107 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi
Q A Y D A S I
1.Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” (bundan sonra – Qayda) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 51.2- ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

 1.2. Bu Qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir.

1.3. Bu Qayda satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur.

1.4. Bu Qayda yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verən vaxt icrası başa çatmamış müqavilələrə şamil olunur.

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi barədə məsələ
qaldırılması

2.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin azalmasına səbəb olduqda – satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində malgöndərən (podratçı) qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldırır.

2.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin artmasına səbəb olduqda – malgöndərən (podratçı) dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra bilər.

2.2. Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 20 bank günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.

3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma
müqaviləsinə təsirinin qiymətləndirilməsi

3.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsiri yalnız malların (işlərin və xidmətlərin) təchizatı qrafiki üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək mallar (işlər və xidmətlər) üzrə qiymətləndirilir.

3.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi məqsədi ilə satınalan təşkilat şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsullarından birinə uyğun hesablayır.

3.3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin artımına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə qiymətləndirmə aparılmır.

3.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin azalmasına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə də qiymətləndirmə aparılır.

4. Yekun müddəlar

4.1. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin icrası zamanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsini əsaslandıransənədlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə satınalan təşkilatda saxlanılır.

4.2. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlmədiyi hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsi ilə tənzimlənir.

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.