Bu məhsulun istehsalı və satışı vergidən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

Tax freeAzərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunur.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda yenilənmiş pul nişanı dövriyyəyə buraxılıb

posted in: Xəbər | 0

Əmək pensiyalarıAzərbaycanda yenilənmiş pul nişanı dövriyyəyə buraxılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) dizayn mövzusu “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsini və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılmasını həyata keçirib.

Bu barədə AMB-nin açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Yenilənmiş pul nişanı bu gündən tədavülə buraxılıb. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?

posted in: Xəbər | 0

pərakəndə ticarətSənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?


Sual: 1.Müəssisənin təsisçisi şəxsi mülkiyyətində olan avadanlığın müəssisənin balansına alınmasına və müəssisənin fəaliyyətində istifadə edilməsinə dair qərar vermişdir. Həmin avadanlığın dəyərini müəyyən etmək məqsədi ilə müstəqil auditor rəyi də alınmışdır.

Avadanlığın balansa alınması, avadanlığın dəyərinin müəssisənin nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilmiş və vergi orqanına rəsmi müraciət edilərək nizamnamə kapitalının artırılması barədə məlumat verilmişdir. Vergi orqanı tərəfindən nizamnaməyə müvafiq dəyişiklik edilərək müəssisəyə nizamnamənin yeni variantı təqdim olunmuşdur.

2. Fərdi sahibkar şəxsi mülkiyyətində olan avadanlığı sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etməyi qərara almışdır. Qərarı barədə sahibkar elektron məktubla vergi orqanına rəsmi məlumat vermiş və avadanlığın dəyərinin qiymətləndirilməsi barədə müstəqil auditor rəyini əlavə etmişdir. Avadanlığın dəyəri aparılan uçot sənədlərindədə öz əksini tapmışdır.

Yuxarıda qeyd olunan hər iki hal üzrə avadanlıq müəssisənin təsisçisi və fərdi sahibkar tərəfindən vaxtilə şəxsi istehlakları üçün alındığına görə alışın rəsmi sənədləri saxlanılmayıb (və ya sənəd itirilmiş). Qeyd olunanlarla əlaqədar müəssisə və fərdi sahibkar AR Vergi Məcəlləsinin 58.8.2 maddəsində nəzərdə tutulan maliyyə sanksiyasına məruz qala bilərlərmi?

Cavab: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

Auditor rəyi sorğunuzda qeyd olunan hər iki hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 58.8.2-ci130.1-1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxsin fəaliyyətinin online bərpası

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Fiziki şəxs: fəaliyyətin online bərpası

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3, 16.5, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli  191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş

“ Fiziki şəxs-in fəaliyyətinin online bərpası” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi: 

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 

– İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

– VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin bərpa edilməsi haqqında bildiriş (e-qutuya göndərilir)

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi: 

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb

VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.