Sahibkarlıq subyektlərinin elektron reyestr bazası yaradılacaq

posted in: Xəbər | 1

Sahibkarlıq subyektlərinin elektron reyestr bazası yaradılacaq.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edildiyini bildirib və qısa müddətdə layihənin Milli Məclisdə müzakirəsindən sonra qəbul olunacağına ümid etdiklərini vurğulayıb: “Qanunla bağlı təkliflərdə innovativ dəstəklə yanaşı, startaplara, o cümlədən biznes inkubatorlarının və onların statusunun müəyyənləşdirilməsi, mikro, kiçik və orta sahibkarlığa göstərilən dəstəklə bağlı istiqamətlər əksini tapıb. Yəqin ki, bu təkliflər qəbul edildikdən sonra həmin istiqamətlərdə tədbirlərə daha böyük önəm veriləcək. Sahibkarlıq subyektlərinin meyarları müəyyən edildikdən sonra onların dairəsini genişləndirmişik”.

E.İbrahimov qeyd edib ki, dövlət satınalmaları ilə bağlı qanunvericilikdə dəyişiklik edilərək, 3 milyon dollar ekvivalentində olan satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərin iştirakı və həmin satınalmaların hamısının bu sektordan alınması nəzərdə tutulub. Artıq bununla bağlı mexanizmin işlənildiyini qeyd edən sədr müavini elektron satınalma portalının hazırlandığını və qısa müddətdə istifadəyə veriləcəyini bildirib. Agentlik rəsmisi KOB-ların dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə də dəyişikliklər edildiyini vurğulayıb: “Artıq mikro sahibkarlığa ünvanlı yönələn dəstəklər Məcəllədə əksini tapıb. Mikro sahibkarlar sadələşdirilmiş verginin ödəyiciləridir və bu verginin məbləği 4 faizdən 2 faizə endirilib. Gəlir vergisi ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin isə gəlirlərinin 75 faizi vergidən azad edilib”.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə innovasiya yönümlü startapların agentlikdən aldığı şəhadətnamə əsasında mikro və kiçik sahibkarlıq subyekti kimi fəaliyyətə başladıqdan sonra 3 il müddətində gəlir və mənfəət vergisindən azad olunub. E.İbrahimov bu dəyişikliklərə əsasən, Nazirlər Kabinetində meyarların hazırlandığını deyib: “Meyarların hazırlanması Vergilər Nazirliyinə tapşırılıb. Hazırda Vergilər Nazirliyi bu meyarları aidiyyəti dövlət orqanları ilə razılaşdırır. Yəqin ki, qısa müddətdə meyarlar təsdiq edildikdən sonra KOB Agentliyi şəhadətnamələrin verilməsinə başlayacaq. Startaplar qeydiyyatdan keçdikdən və şəhadətnamə aldıqdan sonra Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəştlərdən yararlana bilərlər”.

Onu da deyək ki, KOB Agentliyindən şəhadətnamə alan sahibkarlıq subyektlərinin elektron reyestr bazası yaradılacaq və bu bazaya Vergilər Nazirliyinin girişi təmin ediləcək. Şəhadətnamə veriləndən sonra nazirlik bunu hansı sahibkarlıq subyektinin əldə etdiyini görə və güzəştlərlə bağlı müvafiq dəstək göstərə biləcək.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sığorta haqlarının gəlirdən çıxılması

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır. İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır. Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.


Telegram qrupumuza üzv olun

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi və sosial qanunvericilikdə həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılan sığorta müqavilələrinə görə gəlirlərin vergi və məcburi dövlət sosial sığorta hesablanmasından tam azad olunmasında məqsəd sığorta bazarının formalaşdırılması üçün əlavə maliyyə mənbələrinin yaradılması və buna dövlət dəstəyinin göstərilməsidir. Bu güzəştlərin təsiri olaraq 2016-2017-ci illərdə həyatın yığım sığortası üzrə sığorta şirkətləri tərəfindən, müvafiq olaraq, təxminən 80 və 138 milyon manat sığorta haqları toplanıb: “Ölkəmizdə sığorta bazarının formalaşması prosesi başa çatdığı üçün vergi və sosial qanunvericilikdə bu güzəşt üzrə müəyyən azalmaların tətbiq edilməsinə ehtiyac yarandı. Bundan əlavə, sosial sığorta üzrə bu tip güzəştin olmasının nəticəsi gələcəkdə işçinin pensiya təminatına öz mənfi təsirini göstərir. Çünki bu güzəştlərin tətbiqi nəticəsində sosial sığorta ödəməyən işçinin pensiya kapitalında lazımi vəsait formalaşmaması səbəbindən, işçinin pensiya təminatı olmur və ya az məbləğdə formalaşır”.

İqtisadçı qeyd edib ki, bu il yanvarın 1-dən işçinin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır: “Oxşar hal sosial qanunvericiliyə tətbiq edildiyindən, həmin gəlirlərin 50 faizə qədər hissəsi məcburi dövlət sığorta hesablamalarına cəlb olunur. Bir məsələni xüsusi vurğulayaq ki, Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanunun müddəaları 1 yanvar 2019-cu ilədək bağlanmış həyatın yığım sığortası müqavilələrinə də tətbiq olunur”.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi

posted in: Vergi, Xəbər | 0

bəyannamə Vergi mühasibatlığı Təcrübə proqramıQeyri-kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi


Sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri-kommersiya təşkilatı aldığı əvəzsiz köçürmələri, üzvlük haqlarını və ianələri “Mənfəət vergisinin bəyannaməsi”nin müvafiq sətirlərində əks etdirməklə vergi orqanına təqdim etməlidirmi?
Vergi Məcəlləsinin 149.1.5-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri kommersiya təşkilatları tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin təqdim olunması nəzərdə tutulduğundan, sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri kommersiya təşkilatlarının bəyannamə vermək öhdəliyi yaranmır.
Əsas: Vergi Məcəlləsi, 149.1.5-ci maddə
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Geri tarixlə ƏDV qeydiyyatına dayandıqda hansı dövrlər üçün ƏDV-ni əvəzləşdirə bilərik?

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Vergi Məcəlləsinin 157.3.3. maddəsinə əsasən əvvəlki 3 il ərzində istənilən vaxt ƏDV qeydiyyatına düşmüş şəxs həmin əvvəlki 3 iilik dövr ərzində aldığı EVHF-lara əsasən nağdsız ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi?

Cavab: Qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə Əlavə dəyər vergisiödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır.

Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü, 177.5-ci maddələri

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.