Hansı borclar və hansı məbləğdə silinəcək?

posted in: Xəbər | 0

Xidməti müqaviləHansı borclar və nə qədər məbləğdə silinəcək?

Fərmanda nələr nəzərdə tutulub. 

(Problemli kreditlərin həllinə dair fərman imzalanıb)

Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kredit borclarına dair fərman imzalayıb. Fərmandan irəli gələn məsələlərin şərhini sizə təqdim edirəm.

Birincisi bu fərman yalnız fiziki şəxslərə şamil olunur, şirkət adına kredit götürənlərə aidiyyatı yoxdur.

İkincisi fərman iki hissədən ibarətdir, onun 1-ci hissəsinin əhatə dairəsinə 2012-ci ilin yanvarın 1-dən sonra götürülmüş 10.000 dollaradək olan xarici valyutada olan kredit borcları daxildir və bu borcların qalıq məbləğinə kompensasiya tətbiq olunacaq. Dollarla olan borclara nəzərdə tutulan kompensasiya 2 qrupda təsnifləşdirilir və bu proses 2 mərhələni əhatə edəcək.


Prezidentin fərmanının əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür

Birinci mərhələdə 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 21-dək olan borclar üçün 2015-ci ilin 21 fevralına olan qalıq borcu hər 1 dollara görə 15 sent silinəcək. Yəni bu müddətdə 5000 dollar borcdan 750 dollar, 6000 dollar borcdan 900 dollar, 7000 dollar borcdan 1050 dollar, 8000 dollar borcdan 1200 dollar, 10000 dollar borcdan isə 1500 dollar silinəcək. İkinci mərhələdə 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabr ayının 21-dək olan borcların qalıq məbləği üçün hər 1 dollara görə 35 sent silinəcək. 2015-ci ilin 21 dekabrına olan qalıq borcu 5000 dollar olarsa 1750 dollar, 6000 dollar olarsa 2100 dollar, 7000 dollar olarsa 2450 dollar, 8000 dollar olarsa 2800 dollar və yaxud da həmin tarxidə olan yeni kredit üzrə borc 10000 dollar olarsa isə 3500 dollar silinəcək.

Fərmana görə maksimum silinən borc 5000 dollardan çox ola bilməz. Bu o deməkdir ki, 1 nəfərin müxtəlif banklardan 10.000 dollaradək olan bir neçə borcu varsa, onun bütün borclar üzrə silinən məbləği 5000 dolları ötə bilməz. Eyni zamanda bu elə başa düşülməməlidir ki, hər kəsin 5000 dollarardək olan borcu silinəcək. Silinən borcun maksimum məbləği 5000 dollar ola bilər.

Lakin fərmana görə kompensasiya məbləği hesablanan dollarla olan borcun yerdə qalan hissəsi restrukturizasiya olunacaq. Belə ki, dollarla olan və devalvasiya görə kompensasiya məbləği silindikdən sonra qaliq borc manata cevriləcək və borcluya həmin məbləğdə illik 1 faizlə 5 il müddətinə kredit verilərək borc bağlanacaq.

Fərmanınn 2-cı hissəsi manatla olan borcları əhatə edir və manatla olan kreditlərə kompensasiya deyil, onların restrukturizasiyanı nəzərdə tutur. Bu zaman kredit müqavilələri 2012-ci ilin yanvar ayının 1-dən sonra bağlanmalıdır və kreditlərin borcunun geçikməsi 365 gündən çox olmalıdır. Lakin manatla olan kreditlərə kompensasiya verilməyəcək, onlar yalnız restrukturizasiya olunacaq. Yəni məbləği 17000 manatadək olan manatla götürülmüş problemli kreditlərin qalıq məbləğinə 5 il müddətinə illik 1 faizlə kredit veriləcək və borc bağlanacaq.


Kreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu

Nəhayət, fərmanının tətbiqi üçün 3 ay müddət ayrılıb. Bu müddət ərzində bocların bir hissəsi silinməli, digər hissəsi restrukturizasiya olunmalı və məhkəmədə olan işlərə görə banklar iddialarını geri götürməlidirlər.

Əgər kimlərsə xarici valyuta ilə borclarının çox hissəsini ödəyibsə, onlara da eyni qaydada kompensasiya hesablanacaq və borc bağlanacaq. Kompensasiya məbləği bağlanmış borc məbləğindən çox olduğu halda həmin fərq fiziki şəxslərin sərəncamına veriləcək. Yəni əgər siz 10000 dollar kredit götürüb onun 7000 dollarını ödəmisinsə, sizin kompensasiya məbləğiniz isə 4000 dollardısa onda 1000 dollarlıq fərq (4000-3000) sizə geri ödənilicək.

Müəllif: Qubad İbadoğlu 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya MühasibVakansiya: Mühasib

Şirkət: “Kristal Abşeron” MTK

Əmək haqqı: 600-1000 AZN

Tələblər

– Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
– Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə arzuolunandır);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
– MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
– 1C yüksək səviyyədə bilmək
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Vəzifələr

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək

– Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək


Telegram qrupumuza üzv olun

İş şəraiti

– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək
– AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
– Ezamiyyətlərə hazır olmalı
– Yalnız kişi namizədlər

Əlaqələndirici şəxs

Samir Hacıyev 

Xahiş edirik, mövzu hissəsində Mühasib yazaraq, öz CV-lərinizi yalnız Azərbaycan dilində olmaqla  / e-poçt ünvanına göndərəsiniz.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Prezidentin fərmanının əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür

posted in: Xəbər | 0

Vergi orqanlarıPrezidentin fərmanının əhatə dairəsi 800 min nəfərdən çox insani əhatə edir. (Bax: Problemli kreditlərin həllinə dair fərman imzalanıb)


“Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə fərman imzalayb. Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının fərmanını şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb: “2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) və 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-nə qədər bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirmə olacaq. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur”.

V.Qasımlı bildirib ki, ödəniş, ilk növbədə, fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 dolların manat ekvivalentindən çox ola bilməz. Ümumiyyətlə, Prezident fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə ki, fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək”.

Onun sözlərinə görə, fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: “10.000 dollara qədər, milli valyutada isə 17 000 manata qədər əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinə qədər dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinə qədər xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq”.

Bax: Kreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu

V.Qasımlı bildirib ki, Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, həmçinin əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb: “Problemli kreditlərin həlli Prezident İlham Əliyevin apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. 2019-cu il Azərbaycanda sosial rifah ilidir”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu

posted in: Xəbər | 0

Kreditlərin silinməsi ilə bağlı prezidentin fərmanının sadə dildə məzmunu.


1. Hazırda 10000 ABŞ dollarınadək xarici valyutada kredit borcu (faizlər və cərimə nəzərə alınmadan) olub devalvasiyanın təsirinə məruz qalmış vətəndaşlara (krediti vaxtında ödəyib-ödəməməsindən asılı olmayaraq) kreditin əsas məbləği 0.78 məzənnə ilə hesablanacaq, artıq hissəni dövlət ödəyəcək. Əvvəlcə ötən dövr üçün borcların 0.78 manatdan artıq hissəsi banklara ödəniləcək, növbəti illər üzrə ödənilməli olan hissə isə vətəndaşlara veriləcək. 0.78 manatadək olan hissəni isə vətəndaşlar ödəməli olacaq. Faizlər üzrə və dəbbə üzrə güzəştlər əlavə şəkildə müəyyənləşdiriləcək. Hər bir şəxs üzrə ödənilən vəsaitin ümumi həcmi 5000 dollaradək ola bilər.
2. 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə 10000 ABŞ dollarınadək və ya 17000 manatadək kredit borcu olan və kreditin ödənilməsini 360 gündən (1 il) çox gecikdirən vətəndaşlarla borcun qaytarılmasına köməklik etmək üçün illik 1 faizlik yeni kredit müqavilələri bağlanacaq.
3. Bu kreditlər üzrə faizlər və cərimələr silinəcək, məhkəmədə və icrada olan işlərə xitam veriləcəkdir.

Müəllif: Elnur Əliyev / Hüquqşünas

Bax: Problemli kreditlərin həllinə dair fərman imzalanıb

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.