Veysəloğlu Şirkətlər Qrupu mühasib axtarır

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya Baş mühasib VeysəloğluVakansiya: Mühasib / İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu


Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Vəzifə öhdəlikləri:

– Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
– Bölgələrdən sənədlərin təhvili;
– Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Tələblər:

– Vergi uçotu sahəsində biliklər;
– Micro proqram biliyi arzuolunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları:  / elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – Mühasib yazıb CV göndərməklə müraciət edilir.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi bağlamaq üçün işçidən tələb olunan sənədlər

posted in: Müqavilələr, Xəbər | 1

borc müqaviləsi təsisçiƏmək müqaviləsi bağlamaq üçün işçidən tələb olunan sənədlər.

Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. Məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə bu barədə müvafiq sənəd təqdim edilir. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlıq haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Telegram qrupumuza üzv olun

İşçilərin əmək müqaviləsi olmadan işə götürülməsi vergi qanunvericiliyinə də ziddir. Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratdığı üçün işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Vergi Məcəlləsinin 58.10-cu maddəsində müəyyən olunmuş yeni maliyyə sanksiyası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun qüvvəyə mindiyi gündən (1 yanvar 2019-cu il) 1 il müddətində belə hala birinci dəfə yol verildikdə yalnız vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq olunur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mərkəzi Bank stimullaşdırıcı lotereyaya start verib

posted in: Xəbər | 0

uçotMərkəzi Bank stimullaşdırıcı lotereyaya start verib.


Əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədi ilə Mərkəzi Bank tərəfindən 01.02.2019-cu il tarixdən etibarən bütün respublika ərazisində “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verilmişdir.

Lotereyada respublika ərazisində fəaliyyət göstərən təsərrüfat obyektlərində quraşdırılmış POS-teminallar vasitəsi ilə minimum 5 manat məbləğində nağdsız qaydada alış-veriş edən şəxslər avtomatik olaraq iştirak edəcək, keçirilməsi nəzərdə tutulan 3 tirajda qalib gələcək 1800 kart sahibinin bank hesabına 50 manat məbləğində uduş məbləği köçürüləcəkdir.

Bununla əlaqədar, nağdsız ödənişlərin qəbul edilməsi üçün tərəfinizdən POS-terminallardan istifadə edilməsi və istehlakçıların elektron ödəniş etmək imkanının təmin edilməsi Sizdən xahiş olunur.

Eyni zamanda xatırladırıq ki, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək Vergi Məcəlləsi ilə müəyyən olunmuş vəzifənizdir.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gələn ay 10 gün iş olmayacaq

posted in: Xəbər | 0

20 YanvarGələn ay 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün qeyri-iş günü olacaq.

Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.

Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün qeyri-iş günü olacaq. Martın 11-i isə iş günüdür.

Martın 2024-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.

Martın 27-də isə növbəti iş günüdür.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.