Çörəyin qiymətində dəyişiklik gözlənilirmi?

posted in: Xəbər | 0

Çörəyin qiymətində dəyişiklik gözlənilirmi?


“İdxalda və daxili istehsalda payı 35%-dən yuxarı olan idxalçı və istehsalçıların hamısı nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan dəyişə bilməz”.

Bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev çörəyin qiymətinin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Nazir əlavə edib ki, bu baxımdan süni qiymət artımına yol verilmir: “Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda qiymətləri bazar tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır.

Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin, hesablamalar aparılır. Bu gün sahibkarlar tərəfindən çörəyin qiymətində dəyişiklik gözlənilmir. Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

Obyektlərdə milyonlarla manat vergidən yayınma halı aşkarlanıb.


Vergi və sahibkar münasibətləri təmiz səhifədən başlamalıdır. Bu gün dövlət-biznes münasibətlərində yeni bir mərhələ start götürüb. Vergi qanunvericiliyində ciddi dəyişikliklər edilib.

Bunu vergilər naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfransda söyləyib.

Nazirin sözlərinə görə, 2019-cu ildə qarşıda duran hədəflərin mühüm bir hissəsi vergi sistemi ilə bağlıdır və verginin iqtisadi tənzimləmədə rolu artıb.


Mikayıl Cabbarov – “Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”

“Şəffaflığın təmin edilməsi istiqamətində yeni yanaşmalar işgüzar mühitdə yeni gözləntilər yaradır. Bu transformasiya dərhal baş vermədi və təbii ki, zaman tələb olunurdu”, – deyən Mikayıl Cabbarov ədalətli biznes mühitinin yaradılması üçün səylərin gücləndiyini vurğulayıb.

“Elə bir vəziyyət yaranmışdı ki, intizamlı işləmək istəyən şirkətlər bazar paylarını itirməklə üzləşirdilər. Kölgə iqtisadiyyatı, uçotun olmaması vəziyyəti pisləşdirmişdi. 2018-ci ildə kölgə iqtisadiyyatımın səviyyəsinin azaldılması üçün uçot sistemi ilə bağlı işlərimiz bəzən müqavimətlə və bir günlük şirkətlərin yaradılması halları ilə belə qarşılaşdı. Bunların aradan qaldırılması üçün görülən işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb. Şəffaflıq iqtisadiyyatı rəqabətqabiliyyətli edir, ona görə də haqsız rəqabətin qarşısının alınması üçün lazım olan addımları atırıq”.

Nazir bildirib ki, hökumətin qarşısında iki yol olub: vergi yükünün artırılması yolu ilə daxilolmaları yüksəltmək və ya vergi yükünün azaldılması ilə kölgə iqtisadiyyatında qalan subyektləri dövriyyəyə cəlb etmək.


Telegram qrupumuza üzv olun

Azərbaycan hökuməti isə bu iki ssenaridən ikincini seçib. 2019-cu ildə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində işlərin davam edəcəyini qeyd edən nazir 2018-ci ildə aparılan yoxlama zamanı ortaya çıxan rəqəmləri açıqlayıb:

“İri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon manat, özəl tibb müəssisələrində 230 milyon manat vəsaitin dövlət büdcəsindən yayındırılma halı aşkarlanıb. Bunlar hələ vergi yoxlamasına cəlb edilənlərdir”.

M.Cabbarovun fikrincə, 2019-cu ildə bəyan edilən dövriyyələrin sayı və daxilolmaların həcmi artıb:

“Sənədləşməni tam yoluna qoya bilsək, iqtisadiyyatın ağarması baş verəcək, bu isə ədalətli biznes mühiti yaradacaq”.

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”

posted in: Vergi, Xəbər | 0

vergi yanaşmasıMikayıl Cabbarov – “Yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq”


“Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik”.

Bunu Bakıda keçirilən “Vergilər, Şəffaflıq, İnkişaf” Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: “Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib”.


Bakıda “Vergilər, Şəffaflıq, İnkişaf” adlı forum keçirilir

Nazir qeyd edib ki, yeni vergi yanaşması haqsız rəqabətin qarşısını alacaq: “Vergi sistemində islahatların aparılması zamanı Vergilər Nazirliyinin qarşısında iki mühüm ssenari var idi. Birincisi, vergi yükünün artırılması yolu ilə gedərək daxilolmaları artırmaq, ikincisi isə vergi yükünü azaltmaqla kölgəyə çəkilmiş bütün biznes strukturlarını, vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergi ödəməyə cəlb etmək idi. Azərbaycan hökuməti ikinci yolu seçdi”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda “Vergilər, Şəffaflıq, İnkişaf” adlı forum keçirilir

posted in: Vergi, Xəbər | 0

Bakıda “Vergilər, Şəffaflıq, İnkişaf” adlı forum keçirilir


“2019-cu ildə vergi sahəsində keçirilən işlərin prioritetləri əvvəlki kimi qalır. Əsas məqsədlər kölgə iqtisadiyyatı ilə mübarizədir”.

Bunu vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergilər, Şəffaflıq, İnkişaf” adlı forum da çıxış edərkən deyib.

“Sizə bəzi rəqəmləri demək istəyirəm. Bu rəqəm həmin məsələlərlə bağlı müəyyən fikir yaradacaq. 2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930. mln manat, market şəbəkələrində 122 mln. manat, özəl tibb müəssisələrində isə 230 mlnş manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”, – nazir bildirib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.