Vergilər Nazirliyi bu vergi ödəyicilərinə xəbərdarlıq göndərib

posted in: Vergi, Xəbər | 0

Əmlak vergisiVergilər Nazirliyi bu vergi ödəyicilərinə xəbərdarlıq göndərib.

Vergi güzəşti və azadolmalarını bəyan etməyənlərə xəbərdarlıq olunub.

Vergilər Nazirliyi vergi güzəşti və azadolmaları barədə məlumatları uçot-baza sistemində bəyan etməyən vergi ödəyicilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilir ki, qanunvericilikdə bəzi fəaliyyət sahələrində vergi güzəşti və azadolmalarının tətbiqi nəzərdə tutulsa da, aidiyyəti şəxslərin tərtib etdikləri bəyannamədə bəzi uçot-baza məlumatları əks etdirilmir. Bunlar aşağıdakılardır:

  • əsas və digər fəaliyyət növünün kənd təsərrüfatı məhsullarının istehsalı olması;
  • əsas və digər fəaliyyət növünün uşaq bağçalarının fəaliyyəti ilə bağlı olması;
  • əsas və digər fəaliyyət növünə əsasən təhsil müəssisəsi olmaq;
  • əsas və digər fəaliyyət növünə əsasən səhiyyə müəssisəsi olmaq;
  • əsas və digər fəaliyyət növünə əsasən mədəniyyət müəssisəsi olmaq;
  • əsas və digər fəaliyyət növünə əsasən idman müəssisəsi olmaq;
  • investisiya təşviqi sənədi əldə etmək;
  • sənaye texnologiya parklarının operator və rezidenti olmaq;
  • startap şəhadətnaməsi almaq;
  • KOB klaster şirkəti və onun iştirakçısı olmaq;
  • qeyri-kommersiya təşkilatı (Qeyri-Hökümət Təşkilatları, ictimai birliklər və s.) olmaq.
Xatırladaq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Məcəllədə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir. Buna görə də Vergilər Nazirliyi vergi ödəyicilərini əlavə maliyyə sanksiyalarına məruz qalmamaları üçün güzəşt və azadolmalar üzrə bəyan edilməli məlumatları bəyannamədə əks etdirməyə çağırır.

Nazirlik vergi ödəyicilərinin nəzərinə çatdırır ki, qanunla müəyyən edilmiş vergi güzəşti və azadolmalarından istifadə hüququ yalnız müvafiq təsdiqedici sənədlər olduğu təqdirdə yaranır.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri ilə bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

CinayətAzərbaycan Respublikası Nazirlər Kabinetinin “ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 123 nömrəli və “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1273-VQD nömrəli Qanununun tətbiqi və “ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 oktyabr tarixli 305 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 567; 2016, № 8, maddə 1449; 2018, № 6, maddə 1364) ilə təsdiq edilmiş “ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“7. Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (ərazinin) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər.

Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir.”.

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 568; 2016, № 8, maddə 1449, № 9, maddə 1585, № 10, maddə 1695; 2017, № 4, maddə 647) ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın 7.2-ci və 7.3-cü bəndlərində “102, 214, 214-1, 215, 219, 219-1, 277, 278, 279, 280 və ya 282-ci” sözləri “102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282-ci və ya 283- 1-ci” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                                   Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak vergisi ödəyicilərinin nəzərinə!

posted in: Vergi, Xəbər | 0

Əmlak vergisiƏmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 20 faizi həcmində dövlət büdcəsinə vergi ödəyirlər.

Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin fevral ayının 15-dən gec olmayaraq, tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi xidməti peşə bayramı“Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçiriləcək


Fevralın 18-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Vergilər. Şəffaflıq. İnkişaf mövzusunda forum keçiriləcək. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının və iş adamlarının iştirakı gözlənilir.

Forumun təşkilində məqsəd Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri və onun gələcək perspektivləri, həyata keçirilən islahatlar və onların nəticələri və s. ilə bağlı müzakirələr aparmaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində iş adamlarının, ictimaiyyət nümayəndələrinin təkliflərini dinləməkdən ibarətdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.