Read More9
Read More9

Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi işə qəbulQeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb.


2019-cu ilin yanvar ayında qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 9.829 (1.122 hüquqi şəxs, 8.707 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur.

Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 48,9 faizi regionların payına düşüb. Bununla da 1 fevral 2019-cu il tarixinə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979.330-a çatıb. Ay ərzində 1.083 kommersiya hüquqi şəxsin 63,7 faizi; 8.707 fiziki şəxsin isə 3,3 faizi qeydiyyatdan elektron qaydada keçib. 2019-cu ilin ilk ayında qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4.332 olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.


Yeni nəsil kassa aparatları quraşdırılandan sonra yoxlama aparılmayacaq

Qeydiyyatdan keçmiş NKA-ların sayı 2.293, POS-terminalların sayı isə 890 olub ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə müvafiq olaraq 82,7 faiz və 26,8 faiz çoxdur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yeni nəsil kassa aparatları quraşdırılandan sonra yoxlama aparılmayacaq

posted in: Xəbər | 0

YoxlamaNazir müavini: Yeni nəsil kassa aparatları quraşdırılandan sonra yoxlama aparılmayacaq.


“İstehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması istiqamətində ciddi işlər gedir”.


Fəaliyyət dayandırılıbsa Məcburi Dövlət Sosial Sığorta hesabatı verilməlidir?

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması ilə bağlı infrastrukturun yaradılması istiqamətində tədbirlər görülür: “Artıq bir neçə müəssisədə, yanacaqdoldurma məntəqələrində, ticarət müəssisələrində yeni nəsil kassa aparatları quraşdırılıb. Bu kassa aparatları real vaxt rejimində işləyir. Yəni, nəzarət-kassa aparatına çek vurulan məqamda həmin göstəricilər Vergilər Nazirliyinin bazasında görünür. Bu, hələlik test rejimindədir. Biz indiki halda hansı sualların ortaya çıxacağını müəyyənləşdiririk. Qaytarılma mexanizmi ilə bağlı çoxlu müraciətlər olur. Bu, çox sadə mexanizmdir. Qanunvericiliyə əsasən malların geri qaytarılma müddəti, yəni 15 gün keçəndən sonra bu vəsaitlər avtomatik olaraq alıcının, vətəndaşın bank hesabına qaytarılmalıdır. Amma bu yeni nəsil kassa aparatları quraşdırılan yerdə mümkün olacaq. Biz ümid edirik ki, həm alıcılar, həm satıcılar burada maraqlı olduğundan yeni nəsil kassa aparatlarının tətbiqinə mümkün qədər tez başlayacaqlar. Çünki, alıcılar POS-terminal vasitəsi ilə ödəniş aparılanda 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq. Sahibkarlar da bu məsələdə güzəştlərdən yararlana biləcək”.

S.Ələkbərov qeyd edib ki, Vergilər Nazirliyi ilin sonuna qədər iri şəhərlərdə yeni nəsil kassa aparatlarının quraşdırılması prosesinin başa çatmasına çalışacaq.


Yoxlamalarla bağlı qanuna dəyişiklik təsdiqlənib

“Daha sonra digər şəhər və rayonlarda da yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanacaq. Biz çalışırıq mümkün qədər bu proses tez olsun. Bilirsiniz, bu, çox rahatlıq yaradacaq. Yəni, yeni nəsil kassa aparatları quraşdırılandan sonra məlumatların bir çoxu kassa çekində öz əksini tapacaq, biz yoxlama aparmayacağıq. Yəni, yoxlamalara ehtiyac qalmayacaq. Bizim də işimiz asanlaşacaq. Ən vacibi odur ki, vergi ödəyicilərinin işi asanlaşacaq və vətəndaşlarımız da bundan qazanacaq”, – deyə Nazir müavini vurğulayıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələr üçün Ödənişlə Maliyyə üzrə Təcrübə Proqramı elan olunur

posted in: İş elanı, Maliyyə, Təcrübə, Xəbər | 0

Vəzifə: Maliyyə üzrə Təcrübə Proqramı

İşəgötürən: Deliver Baku

  • Şəhər: Bakı
  • Yaş: 18 – 25 yaş
  • Təhsil: Natamam ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Nəzrin xanım


Təcrübə Proqramı barədə məlumat

– İş qrafiki yarı gün
– Maliyyə direktorunun tapşırıqlarını yerinə yetirmək
– Məlumatların sistemə daxil edilməsi və s
– Maya dəyərinin hesablanmasında iştirak

Namizədə tələblər
– 3-4-cü kurs tələbələri (maliyyə, mühasibatlıq və audit ixtisasları üzrə)

– Maliyyə sahəsi üzrə analitik biliklər
– Kompüter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq)

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fəaliyyət dayandırılıbsa Məcburi Dövlət Sosial Sığorta hesabatı verilməlidir?

posted in: Xəbər | 0

vergi öhdəlikləriFəaliyyət dayandırılıbsa Məcburi Dövlət Sosial Sığorta hesabatı verilməlidir?


Sual: Əgər müəssisə 2018-ci ilin 1-ci rübündə fəaliyyət göstərib, sonra vergi orqanına ərizə ilə müraciət edərək fəaliyyətini 2-cü rübdən etibarən dayandırmışsa və 2018-ci ilin sonuna qədər fəaliyyətini bərpa etməmişdirsə (fəaliyyəti olmamışsa) 2018-ci ilin 4-cü rübü üçün MDSS və İşsizlik üzrə hesabatları vergi orqanına təqdim etməlidirmi?


Yoxlamalarla bağlı qanuna dəyişiklik təsdiqlənib

Cavab: Vergi ödəyicisi fəaliyyətini dayandırdığı son hesabat dövrü üçün vergi və sosial sığorta hesabatı təqdim etməlidir. Sorğunuzda vergi ödəyicisinin 2018-ci ilin 4-cü rübü ərzində fəaliyyət olmadığı üçün həmin dövr üçün bəyannamə təqdim etməsi tələb olunmur.

Eyni zamanda sadələşdirilmiş verginin və əlavə dəyər vergisinin ödəyiciləri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni illik olaraq hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edirlər.

Bəyannamələrin təqdim edilməsi ilə bağlı məlumatı saytımızın “Vergi bəyannaməsini verən şəxslər” və “Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri” bölmələrindən əldə edə bilərsiniz.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!